is. 1. Laqqıldayaraq axan və ya tökülən mayedən çıxan səs. 2. bax laqqırtı
is. Söhbət, danışıq, laf (çox vaxt mənasız, boş, qeyri-ciddi söhbət mənasında). [Nurcahan xala] dəstələrdən birinə yanaşaraq laqqırtıya başlardı
sif. 1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam. // İs. mənasında. Lalın dilini anası bilər
1. zərf Səs çıxarmadan, dinmədən, danışmadan, susaraq. Lal-dinməz oturmaq. – Səlimnaz lal-dinməz dayanıb, bütün bədəni ilə qapını tutmuşdu
1. sif. Həm danışmaq, həm də eşitmək qabiliyyəti olmayan. Lal-kar uşaq. // İs. mənasında. Lal-karlar məktəbi
is. Həm danışmaq, həm də eşitmək qabiliyyətindən məhrumluq; lal və kar adamın halı
zərf Heyrət içərisində; susaraq. Arvad belə rəftarı gördükdə lal-mat geri dönüb qayıtdı. B.Talıblı
sif. Tamam lal olmayıb, ancaq kəlməni bütöv tələffüz edə bilməyən. Lalapiti(k) adam
is. [fars.] 1. bot. İriləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin çiçəyi. Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi d
cəm bot. Lalə və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi
sif. şair. Dodaqları lalə kimi qırmızı. Bu evlər, lalədodaq kəndli qızları, hamısı [Əsgərə] məxsus idi
sif. [fars.] klas. Lalə rəngində, lalərəngli, lalə kimi qırmızı. Tərk etdi libasilaləguni. Füzuli. □ Laləgun olmaq klas
“Lalələnmək”dən f.is
f. 1. Lalə açılmaq, lalə ilə örtülmək. Yaz gəldi, çöllər lalələndi. 2. Qırmızı rəng almaq; qızarmaq. Al bayraqlar; Lalələnib sinəsində; Doğma yurdun;
sif. Lalə bitmiş, lalə əkilmiş, lalə olan. Laləli çəmən. Laləli bağ. – Bahar fəsli, yaz ayları gələndə; Süsənli, sünbüllü, laləli dağlar! Aşıq Ələsgər
bax laləzar. Al-əlvan geyinmiş qızlar çöllərə səpələnib gül-çiçək dərir, sinəsi qızaran taxılların arası ilə qaçıb laləlikdə görünməz olurdular
sif. [fars.] şair. Lalə rəngində, lalə rəngli, qırmızı. Durnanın qatarı gör nə qəşəngdir; Səhər buludları nə lalərəngdir! R
klas. bax laləyanaq. Lalərüxlər köysümün çakinə qılmazlar nəzər; Hiç bir rəhm eyləməzlər daği-pünhanım görüb
sif. şair. Yanaqları, üzü lalə kimi qırmızı; alyanaq, qırmızıyanaq
is. [fars.] şair. Laləlik, çiçəklik, güllük, çoxlu lalə bitən yer. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir ki, day nə deyim
bax laləzar. [Rizvan] bura hər cür ağacdan, güldən əkib, bura olub bir laləzarlıq. (Nağıl). [Zeynəb] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu v
sif. Həddindən artıq dəyib boşalmış, yetişib vaxtı ötmüş; lırt. Lalıq armud. Lalıq zoğal
sif. dan. Dilsiz-ağızsız, sözünü, fikrini başa sala bilməyən. Lalıqmalıq uşaq
“Lalıqlamaq”dan f.is
f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, boşalmaq. Əzgillər lalıqlamış, armudlar dəymişdi. Ə.Vəliyev
“Lalıqlanmaq”dan f.is
f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, lalıq hala gəlmək
“Lalıqlaşmaq”dan f.is
bax lalıqlanmaq
“Lallaşmaq”dan f.is
f. Lal olmaq, danışmaq qabiliyyətini itirmək
is. Lal adamın halı
sif. və zərf məh. bax lal 2-ci mənada. …Alagöz artıq birbaş lam axan Kürə doğru addımlayırdı. S.Rəhimov
[ər.] Ərəb əlifbasında “ ” şəklində yazılan hərfin adı. Üç hərflə ismin eylədin aşkar; Biri kafdı, biri lamdı, biri sad
[isp.] zool. Dəvə ailəsindən Cənubi Amerika yük heyvanı
[tibet.] Tibet və Monqolustanda: lamaizm rahibi
[tibet.] Lamaizm tərəfdarı, lamaizm dininə inanan adam
[tibet.] Tibet və Monqolustanda yayılmış buddizm məzhəblərindən biri
zərf [ər.] dan. Heç olmazsa, ən azı. [Hacı Nuru:] Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdı ki, onun təsirini qəbul edə
sif. [ər.] klas. Məkansız, yeri, məkanı olmayan. Vətəndən ayrı düşüb indi laməkan (z.) ölürəm. X.Natəvan
sif. [ər.] Məzhəbsiz, dinsiz, Allahsız. // İs. mənasında. [Hacı Səmsam:] Mən bu laməzhəblərin hər birinin başına on tümən verəcəyəm
is. [ər.] Toxunmaqla hiss etmə. …Bir çox karlarda, korlarda yüksək iybilmə, lamisə həssaslığının olduğu məlumdur
is. [fr.] 1. Müxtəlif növ və quruluşlu, işıq verən cihaz. Neft lampası. Onluq lampa. Şarlı lampa. – [Murad] əlini qoltuq cibinə salıb dəfələrlə oxuduğ
is. Kiçik lampa, balaca lampa
is. Lampanın üstünə keçirilən, salınan şar, örtük və s
[rus. лампа söz. kiç.] Elektrik lampası. Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı. M.İbrahimov
[alm.] 1. coğr. Hər hansı bir yerin tipik əlamətlərinin məcmusu. // Yer səthinin quruluşu. 2. Mənzərə
is. [alm.] Cərrah aləti
əd. Sözlərin qabağına gələrək, onların mənasını daha da şiddətləndirir, dəqiqləşdirir. Bu söz onun lap ürəyindən oldu