Толковый словарь азербайджанского языка

  • REJİSSORLUQ

    is. 1. Rejissorun işi, sənəti, vəzifəsi. 2. Tamaşanın, filmin quruluşuna rəhbərlik; rejissura. [Əmrulla:] Əsərin rejissorluğu Gülsabah xanıma tapşırıl

    Полностью »
  • REJİSSURA

    [fr.] 1. Rejissorun fəaliyyəti, işi. 2. Tamaşanın, filmin quruluşuna rəhbərlik. 3. top. Tamaşa, film quruluşunun rəhbərləri; rejissorlar

    Полностью »
  • REKLÁM

    [lat. reclamare – qışqırmaq] 1. Bir adama və ya bir şeyə şöhrət qazandırmaq, yaxud istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədilə görülən tədbirlə

    Полностью »
  • REKLAMÁSİYA

    [lat. reclamatio – inkar, etiraz] tic. Malın keyfiyyəti aşağı olduğu üçün zərəri ödəmək haqqında tələb, iddia

    Полностью »
  • REKLAMÇI

    is. Reklam tərtib edən, reklam düzəldən; reklam tərtibçisi

    Полностью »
  • REKÓN

    is. [lat.] Genetik rekombinasiyanın elementar vahidi

    Полностью »
  • REKORD

    [ing.] 1. İdman yarışında göstərilən ən yüksək nailiyyət. Dünya rekordu. Respublika rekordu. 2. Əməyin, təsərrüfatın hər hansı bir sahəsində ən yüksək

    Полностью »
  • REKORDÇU

    is. 1. bax rekordsmen. Rekordçu neft ustası. Rekordçu ekskavatorçu. 2. Rekordlara, rekordizmə çox uyan adam

    Полностью »
  • REKORDÇULUQ

    bax rekordizm

    Полностью »
  • REKORDİZM

    [ing.] idm. Qeyri-sağlam rəqabət nəticəsində rekord qazanmağa göstərilən ifrat səy, rekorda uyma; rekordçuluq

    Полностью »
  • REKORDSMEN

    [ing.] 1. Rekord əldə etmiş idmançı; rekordçu. 2. dan. Əmək fəaliyyətində ən yüksək nailiyyətlər əldə etmiş adam

    Полностью »
  • RÉKTOR

    [lat. rector – rəhbər, idarə edən] Ali məktəbə, habelə ali və orta dini məktəbə rəhbərlik edən şəxs. Universitet rektoru

    Полностью »
  • REKTORAT

    [lat.] bax rektorluq 2-ci mənada

    Полностью »
  • REKTORLUQ

    is. 1. Rektorun vəzifəsi, işi. 2. Ali məktəbin, rektorun başçılıq etdiyi inzibati tədris idarəsi; rektorat

    Полностью »
  • REKVİ́YEM

    is. [lat.] Dini matəm mərasimində oxunan çoxsəsli silsilə xor əsəri

    Полностью »
  • REKVİZİ́T

    [lat. requisitum – tələb olunan] Tamaşa və ya kinofilm çəkilən zaman lazım olan bütün əşyalar. [“Hamlet”də] dekorlar, paltarlar, rekvizit, musiqi şərt

    Полностью »
  • REKVİZİTÇİ

    bax rekvizitor

    Полностью »
  • REKVİZİTOR

    [lat.] Teatrda, kinostudiyada rekvizitə baxan adam; rekvizitçi

    Полностью »
  • RÉQBİ

    [ing. rugby] Uzunsov topla oynanılan futbol oyunu növlərindən biri

    Полностью »
  • REQBİÇİ

    is. Reqbi oynayan adam

    Полностью »
  • REQLÁMENT

    [fr.] Müşavirənin, iclasın, qurultayın və s. aparılması qaydası haqqında qabaqcadan müəyyən və qəbul edilmiş nizamnamə

    Полностью »
  • REQLAN

    [ing.] Qolları çiyni ilə bütöv biçilmiş, habelə bu cür biçilmiş palto və s. Reqlan palto. Reqlan paltar

    Полностью »
  • REQRÉSSİYA

    is. [lat.] Dənizin tədricən geri çəkilməsi halı

    Полностью »
  • RELAKSİYA

    is. [lat.] 1. Zəifləmə. 2. Gərginliyin özbaşına azalması halı

    Полностью »
  • RELÉ

    [fr.] Elektrik dövrəsini müəyyən hadisələr zamanı avtomatik olaraq açan və ya bağlayan alət

    Полностью »
  • RELİ́KT

    is. [lat. relictum – qalıq] Çox qədim dövrlərin qalığı olan şey, hadisə; qalıq. Yalançı reliktlər

    Полностью »
  • RELS

    [ing. rails, rail, lat. regula – düz taxta, tir] Üzərində vaqon, vaqonet və s. təkərlərinin diyirlənərək hərəkət etdiyi ensiz polad tir, ray

    Полностью »
  • RELSLİ

    sif. Relslərdən düzəldilmiş, yaxud rels üzərində hərəkət edən. Relsli yol. Relsli nəqliyyat

    Полностью »
  • RELSSİZ

    sif. Rels döşənməmiş, rels üzərində hərəkət etməyən. Relssiz nəqliyyat

    Полностью »
  • RELYATİVİ́ST

    [lat.] Relyativizm tərəfdarı

    Полностью »
  • RELYATİVİZM

    [lat. relativus – nisbi] fəls. İnsan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan

    Полностью »
  • RELYÉF

    [fr. relief] Yer səthində olan müxtəlif kələ-kötürlük, dərə-təpə, dağ və düzənlik və s. Dəniz dibinin relyefi

    Полностью »
  • REMÁRKA

    [fr. remarque] Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən

    Полностью »
  • REMÉDİUM

    is. [lat.] Qızıl sikkə standartı şəraitində sikkənin faktik çəkiyə və əyara görə qanuni normadan kənara çıxması

    Полностью »
  • RÉNTA

    [alm. Rente, fr. rente] 1. iqt. Sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan müntəzəm alınan gəlir

    Полностью »
  • RENTGÉN

    [alman fizikinin adından] 1. Rentgen şüaları ilə işıqlandırma. Rentgenin nəticəsi. □ Rentgen şüaları – qeyrişəffaf cisimlərdən keçə bilən qısa elektro

    Полностью »
  • RENTGENOQRÁFİYA

    [rentgen və yun. grapho – yazıram] Rentgen şüaları vasitəsilə qeyri-şəffaf cisimlərin daxili quruluşunun şəklinin çəkilməsi

    Полностью »
  • RENTGENÓQRAM

    [rentgen və yun. gramma – yazı] Rentgen şüaları vasitəsilə fotoplastinka və ya plyonkada alınan əks

    Полностью »
  • RENTGENOLÓGİYA

    [rentgen və yun. logos] Tibbin, rentgen şüalarının diaqnostika və müalicə məqsədilə tətbiqindən bəhs edən şöbəsi

    Полностью »
  • RENTGENOLOJİ

    sif. [rentgen və yun. logos] Rentgenologiya ilə əlaqədar olan, rentgenologiya ilə bağlı olan. Rentgenoloji üsul

    Полностью »
  • RENTGENOLOQ

    [rentgen və yun. logos] Rentgenologiya və rentgen şüaları ilə müalicə mütəxəssisi olan həkim

    Полностью »
  • RENTGENOSKOPİK

    sif. [rentgen və yun. skopeo – baxıram] Rentgenoskopiyaya aid olan, rentgenoskopiya ilə əlaqədar olan

    Полностью »
  • RENTGENOSKÓPİYA

    [rentgen və yun. skopeo – baxıram] Qeyri-şəffaf cisimlərin rentgen şüaları vasitəsilə tədqiq edilməsi, yoxlanılması

    Полностью »
  • RENTGENOTERAPİ́YA

    [rentgen və yun. therapeia] Rentgen şüalarının müalicə məqsədilə tətbiqi

    Полностью »
  • REOSTÁT

    [yun. rheos – axın və statos – hərəkətsiz] Elektrik çevrəsində enerjinin və gərginliyin gücünü nizama salan cihaz

    Полностью »
  • REPERTUÁR

    [fr.] Teatrda, estradada, konsertdə və s.-də ifa olunan dramaturji, musiqi və s. əsərlərinin məcmusu

    Полностью »
  • REPETİSİYA

    [lat.] Tamaşanın, konsertin, kinoçəkilişi üçün səhnənin və s. hazırlanması üçün görülən ilkin işlər; habelə nümunə üçün onların ifası; məşq

    Полностью »
  • RÉPLİKA

    [fr.] 1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı

    Полностью »
  • REPORTÁJ

    [fr. reportage] Günün hadisələri haqqında dövri mətbuatda çap olunan və ya radio və televiziya ilə verilən məlumat

    Полностью »
  • REPORTYOR

    [ing. əsli fr.] Yerli həyatda baş verən hadisələr, əhvalatlar və s. haqqında məlumat verən qəzet, jurnal, radio, televiziya, məlumat agentliyi və s

    Полностью »