Толковый словарь азербайджанского языка

  • SOLÇU

    is. fəls. Öz xırda burjua görüşlərini inqilabi cümləpərdazlıqla gizlədən opportunist

    Полностью »
  • SOLÇULUQ

    is. Solçu mövqeyində durma, solçunun yeritdiyi siyasət, solçunun görüşü; solluq

    Полностью »
  • SOLDÁT

    [rus.] 1. bax əsgər. 2. bax valet

    Полностью »
  • SOLDIŞ

    is. etnoqr. Toy mərasimində bəyin (oğlanın) və ya gəlinin sol tərəfində oturan, yaxud müşayiət edən şəxs

    Полностью »
  • SOLDURMA

    “Soldurmaq”dan f.is

    Полностью »
  • SOLDURMAQ

    f. Solğun etmək, solğunlaşdırmaq. Hansı boyalardan vurmuşdu naxış; Soldura bilməmiş onu zaman da. N.Rəfibəyli

    Полностью »
  • SOLFÉCİO

    is. [ital.] mus. Musiqini eşitmə və duyma qabiliyyətini inkişaf etdirmək, eləcə də not oxumaq təcrübəsini artırmaq məqsədi daşıyan tədris fənni

    Полностью »
  • SOLĞUN

    sif. 1. Rəngi qaçmış, rəngi solmuş, soluq. Solğun çöhrə. – [Ovçunun] solğun dodaqları əsir, bir-birindən xeyli aralı olan qövsəbənzər qaşları çatılmış

    Полностью »
  • SOLĞUNLAŞMA

    “Solğunlaşmaq”dan f.is

    Полностью »
  • SOLĞUNLAŞMAQ

    f. 1. Rəngi solmaq, solğun olmaq. Üzü solğunlaşmaq. – [Bibixanımın] solğunlaşıb altı kölgələnən gözləri elə bil yenidən canlandı

    Полностью »
  • SOLĞUNLUQ

    is. Solğun olma, saralma, rəngi qaçma, solğun şeyin halı. Lakin onun sifətində bir solğunluq nişanı var; Məncə onun bu dərdini dərd çəkənlər duyub anl

    Полностью »
  • SOLİ́ST

    [ital.] Solo ifa edən müğənni, rəqqasə və ya çalğıçı

    Полностью »
  • SOLLAŞMA

    “Sollaşmaq”dan f.is

    Полностью »
  • SOLLAŞMAQ

    f. Siyasi görüşcə sol partiyalara yaxınlaşmaq

    Полностью »
  • SOLLUQ

    bax solçuluq

    Полностью »
  • SOLMAQ

    f. Rəngi qaçmaq, rəngini, parlaqlığını itirmək, saralmaq, təravətini itirmək. Payız gəldi, yarpaqlar soldu

    Полностью »
  • SOLMAZ

    sif. 1. Solmayan, təravətini itirməyən. Solmaz çiçək. – Siz bu xalıların parlaq və solmaz naxışlarında böyük bir xalqın arzularını, faciəsini, sevincl

    Полностью »
  • SOLO

    [ital. Solo – tək] Bir çalğıçı, bir müğənni tərəfindən ifa olunan musiqi əsəri və ya onun ayrıca bir hissəsi

    Полностью »
  • SOLTAN

    is. [ər. sultan] Padşah, hökmdar. Hər kimin ki, mövla olur köməyi; Nə işi var soltan ilə, xan ilə. M

    Полностью »
  • SOLUB-SARALMA

    “Solub-saralmaq”dan f.is

    Полностью »
  • SOLUB-SARALMAQ

    f. Solmaq, saralmaq; rəngini, parlaqlığını, təravətini itirmək; bozarmaq. Burada sınıq budaqlı ağaclar susuz qalıb qurumağa başlamış, bağçalar solubsa

    Полностью »
  • SOLUXMA

    “Soluxmaq”dan f.is

    Полностью »
  • SOLUXMAQ

    f. Solmaq. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib. F.Köçərli. Gün batdı, ağardı hər cığır, hər iz; Amma soluxma

    Полностью »
  • SOLUQ

    sif. Solmuş, solğun, rəngi qaçmış, təravəti qaçmış. [Qurbanın] biixtiyar soluq dodaqlarından bütün iztirab və kədərlərinə tərcüman olan bir “of” uçdu

    Полностью »
  • SOLYARİ

    is. [lat.] Günəş vannası qəbul edənlər üçün avadanlığı olan yer

    Полностью »
  • SOLYARKA

    is. [rus.] Neft yanacağının bir növü

    Полностью »
  • SOMATOLOGİYA

    is. [yun.] tibb. İnsan bədəninin ölçülərini və tənasübünü öyrənən elm sahəsi

    Полностью »
  • SOMBRÉRO

    is. [isp.] Kənarları enli şlyapa

    Полностью »
  • SON

    is. 1. Bir şeyin qurtaracağı, nəhayəti, axırı; axır. Yolun sonu. Küçənin sonu. – Bayramın Məşədibəygilə qonaq gəldiyi ilk gün son gün olmadı

    Полностью »
  • SONA

    is. Əsil mənası ördək olub, gözəlliyinə görə aşıq şerində gözəlin epitetlərindən biri kimi (çox vaxt yaşılbaş sona tərkibində) işlənir

    Полностью »
  • SONALAMA

    “Sonalamaq”dan f.is

    Полностью »
  • SONALAMAQ

    f. Hər şeyə irad tutmağa çalışmaq, hər şeydə nöqsan axtarmaq. Əfruz bacı hər şeyi sonalayan idi. O, evin qabağında Kosanı qarşılayıb bala baxdı və qız

    Полностью »
  • SONÁTA

    [ital.] Xarakter və tempi etibarilə adətən üç və ya dörd hissədən ibarət instrumental musiqi əsəri

    Полностью »
  • SONATİ́NA

    [ital.] mus. Kiçik sonata

    Полностью »
  • SONBEŞİK

    is. Sonuncu, axırıncı uşaq, övlad. Ailənin sonbeşiyi. – Tükəzban ilk və sonbeşiyi olan Qüdrəti min əziyyətlə boya-başa çatdırdığından onun üstündə, öz

    Полностью »
  • SONCUQ

    is. Təpik, şıllaq. □ Soncuq atmaq – bax soncuqlamaq. Öküz soncuq atır. // Tərslik eləmək, deyilənə qulaq asmamaq

    Полностью »
  • SONCUQLAMA

    “Soncuqlamaq”dan f.is. Köçün yaraşığı dananın soncuqlamasıdır. (Ata. sözü)

    Полностью »
  • SONCUQLAMAQ

    f. Soncuq atmaq, təpik atmaq, şıllaq atmaq. Cöngə isə hey soncuqlayır, təkə kimi atılıb-düşürdü. S.Rəhimov

    Полностью »
  • SONÉT

    is. [fr.] Şeir janrı

    Полностью »
  • SONLUQ

    is. qram. Sözün qrammatik dəyişən son hissəsi. Hal sonluqları

    Полностью »
  • SONOR

    is. [lat.] Səs tellərinin ahəngdar hərəkəti ilə yaranan samit səs

    Полностью »
  • SONRA

    1. zərf Bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı

    Полностью »
  • SONRADAN

    zərf Sonra, axırda, nəhayətdə, nəticədə, aqibətdə; bir müddət, bir az keçəndən sonra. Məsələni sonradan başa düşdü

    Полностью »
  • SONRADAN-SONRAYA

    zərf Axırda, bir az keçəndən sonra, bir qədər fikirləşəndən sonra. İsmayıl kişi fikrə getdi. Sonradansonraya dedi: – Silahlarını ələ gətirə bilsək, da

    Полностью »
  • SONRAKI

    zərf 1. Sonra olan, sonra baş verən, bir şeyin ardınca gələn. Sonrakı hadisə. Sonrakı fikir. Sonrakı nəticələr

    Полностью »
  • SONRALAR

    zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu

    Полностью »
  • SONRALARI

    zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu

    Полностью »
  • SONRALIQ

    1. bax sonradan. Bu kağızın məzmunundan və 2000 manat puldan hamısı şad olub, sonralıq xoşbəxt və şadlıq ilə yaşadılar

    Полностью »
  • SONRALIQCA

    zərf Sonradan, sonra. Sonralıqca hamı gəldi. – Bəs bu yazıq Tükəzbana niyə erkək deyirlər, əlbəttə, sonralıqca hamımız biləcəyik

    Полностью »
  • SONRASI

    zərf Axırı, ardı, nəticəsi, aqibəti. Sonrası bəlli olar. Sonrasına baxarıq

    Полностью »