Толковый словарь азербайджанского языка

  • TEMÁTİKA

    [yun. thematike] Mövzular, mövzular məcmusu. Elmi əsərlərin tematikası. Ədəbiyyatda istehsalat tematikası

    Полностью »
  • TEMBR

    [fr. timbre] Hər bir səs və ya musiqi aləti üçün səciyyəvi olan xüsusi səs keyfiyyəti, səs çaları; ton

    Полностью »
  • TEMP

    [lat. tempus – vaxt] 1. Musiqi əsərinin ifasının sürət dərəcəsi. Sürətli tempdə uvertüra. Ariyanın tempi

    Полностью »
  • TEMPERÁMENT

    is. [lat.] Şəxsiyyətin psixi fəaliyyətində dinamik cəhətlərin xarakteristikası

    Полностью »
  • TEMPERATUR

    [lat. temperatura – vəziyyət] 1. Cismin istilik dərəcəsi. Havanın temperaturu. Suyun temperaturu. 2. İnsanın sağlamlıq vəziyyətini göstərən istilik də

    Полностью »
  • TENDENSİYA

    is. [alm.] 1. Meyil, fikir, ideya gedişatı. 2. Təmayül

    Полностью »
  • TENDER₂

    is. [ing.] 1. Təklif, arzu. 2. Müsabiqə (təkliflər müsabiqəsi)

    Полностью »
  • TENDER₁

    is. [ing.] Paravozun su, yanacaq saxlanılan hissəsi

    Полностью »
  • TENNİS

    [ing. lawn tennis] Oyunçuların xüsusi meydançada topu raketkaların zərbəsilə tor üstündən bir-birinə atmasından ibarət idman oyunu

    Полностью »
  • TENNİSÇİ

    is. Tennis oynayan oyunçu. Tennisçilərin yarışı

    Полностью »
  • TÉNOR

    [ital.] Ən uca zil kişi səsi. // Belə səsi olan müğənni. Tenor artist

    Полностью »
  • TENT

    [ing.] Günəş və yağışdan qorunmaq üçün parusin örtük. Avtomaşının tenti

    Полностью »
  • TEOLOGİYA

    is. [yun.] İlahiyyat, din elmi

    Полностью »
  • TEORÉM

    [yun. theorema – fikirləşirəm] Düzgün sübutlarla müəyyən edilən riyazi müddəa. Teoremi sübut etmək. Pifaqor teoremi

    Полностью »
  • TEPLOXÓD

    [rus.] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi

    Полностью »
  • TEPLOVÓZ

    [rus.] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən lokomotiv. Teplovoz sürmək

    Полностью »
  • TERAPÉVT

    [yun. therapeutes – xəstəyə qulluq edən] Daxili xəstəliklər mütəxəssisi olan həkim, can həkimi

    Полностью »
  • TERAPİ́YA

    [yun. therapeia – qulluq etmə, müalicə] Təbabətin, daxili xəstəlikləri öyrənməklə məşğul olan sahəsi və onların dərmanlar və qeyri-cərrahi vasitələrlə

    Полностью »
  • TÉRMİN

    [lat. terminus – hədd, sərhəd] 1. Elm, texnika, incəsənət və s. müəyyən ixtisas sahəsinə aid anlayışı dəqiq ifadə edən söz (və ya söz birləşməsi); ist

    Полностью »
  • TERMİNÁTOR

    is. [lat.] İşıqla kölgənin sərhədi

    Полностью »
  • TERMİNOLÓGİYA

    [lat. terminus və yun. logos – məfhum, təlim] Elmin, texnikanın, incəsənətin, ictimai həyatın hər hansı bir sahəsində işlədilən terminlərin məcmusu

    Полностью »
  • TERMİNOLOJİ

    sif. Terminologiyaya aid olan, terminologiya ilə əlaqədar olan. Terminoloji lüğət

    Полностью »
  • TERMO...

    [yun. thermos – isti] Xarici mürəkkəb sözlərin, istilik mənasında olan birinci tərkib hissəsi; məs.: termometr, termodinamika və s

    Полностью »
  • TERMODİNAMİ́K

    sif. Termodinamikaya aid olan, termodinamika ilə əlaqədar olan. Termodinamik müvazinət

    Полностью »
  • TERMODİNÁMİKA

    [yun. thermos və dynamikos] Fizikanın, istiliyin müvazinət qanununu və enerjinin başqa növlərinə keçməsi hallarını öyrənən bəhsi

    Полностью »
  • TERMÓQRAF

    [yun. thermos və grapho – yazıram] Temperaturun dəyişməsini avtomatik qeyd edən cihaz

    Полностью »
  • TERMÓMETR

    [yun. thermos və metreo – ölçürəm] Hərarətölçən cihaz. Civəli termometr. Termometrlə xəstənin hərarətini ölçmək

    Полностью »
  • TÉRMOS

    [yun.] İçindəki isti və ya soyuq şeyi olduğu kimi saxlayan xüsusi qab. Termosda sərin su var. Çayı termosa tökmək

    Полностью »
  • TERMOSTÁT

    [yun. thermos və statos – duran] Daimi temperaturu saxlamaq üçün aparat. Hava termostatı

    Полностью »
  • TERRAS

    is. [fr.] 1. Dərə yamacları, göl və dəniz sahillərinin pilləvari relyef formaları. 2. Səki, meydança

    Полностью »
  • TERRÓR

    [lat. therror – qorxu, dəhşət] Öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən məhv etməyə qədər zorakı tədbirlər siyasəti; tədhiş

    Полностью »
  • TERRORÇU

    is. Fərdi terror tərəfdarı və iştirakçısı. Terrorçu qrup

    Полностью »
  • TERRORÇULUQ

    is. Terror siyasəti və taktikası; tədhişçilik. Hərbi terrorçuluq

    Полностью »
  • TERSİYA

    is. [lat.] 1. Diatonik qammanın üçüncü pilləsi. 2. Saniyənin 1/ 60 hissəsi

    Полностью »
  • TEST

    is. [ing.] 1. İnsanın zehni inkişafını, bacarığını yoxlamaq üçün standart tapşırıq. 2. Ali məktəblərə qəbul imtahanlarının aparılması üsulu

    Полностью »
  • TESTER

    is. [ing.] Bir şeyi yoxlamaq, sınaqdan keçirtmək cihazı

    Полностью »
  • TEŞT

    is. [fars.] İri mis tas. [Dərviş:] Xanım, buyurun, bir teşt su gətirsinlər. N.Vəzirov. Feyzi iç qovurmasını teştdə cızhacız gətirdi

    Полностью »
  • TET-A-TET

    zərf [fr.] Təklikdə, üzbəüz

    Полностью »
  • TEY

    sif. dan. 1. Qatışığı olmayan, xalis, xəlitəsiz, saf. Tey buğda unu. 2. Tamam, bütün, səlt. Xörək tey yağdır

    Полностью »
  • TEYF

    is. [ər.] Qarabasma, kabus; vahimə

    Полностью »
  • TEYXA

    zərf məh. Tamam, tamamilə, büsbütün

    Полностью »
  • TEYLƏMƏ

    “Teyləmək”dən f.is

    Полностью »
  • TEYLƏMƏK

    f. İti bir şeylə yaralamaq; batırmaq. Dərin-dərin dəryaları boyladı; Xəncər alıb qara bağrım teylədi

    Полностью »
  • TEYLƏNMƏ

    “Teylənmək”dən f.is

    Полностью »
  • TEYLƏNMƏK

    məch. İti bir şeylə deşilmək; yaralanmaq. Səlbi boyun görən kimi əylənir; Yar ucundan bağrım başı teylənir

    Полностью »
  • TEZ

    zərf 1. Dərhal, gecikmədən, gecikdirmədən, əlüstü, az zaman ərzində, sürətlə, cəld. Tez əlac etmək. – Telli tez qalxıb öz otağına çəkildi

    Полностью »
  • TEZ-GEC

    bax gec-tez. Tez-gec o cığırı tamamilə alaq basacaqdır. Ə.Məmmədxanlı

    Полностью »
  • TEZ-TEZ

    zərf 1. Hər anda, ara vermədən, aralarından çox keçmədən. Cavan enişi çox çətinliklə enirdi, çünki yedəyindəki atın ayaqları yamacda tez-tez sürüşürdü

    Полностью »
  • TEZ-TƏLƏSİK

    zərf 1. Sürətlə, becid, teztez, çox tez, iti. Tez-tələsik getmək. – Səkilər tez-tələsik yeriyən adamlarla dolu idi

    Полностью »
  • TEZALIŞAN

    sif. Tez alışıb-yanan, tez odlanan. Tezalışan maddələr

    Полностью »