Azərbaycan dilinin izahlı lüğəti

  • ZİLDƏN

    zərf Ucadan, zil səslə. Zildən oxumaq

    Tam oxu »
  • ZİLHİCCƏ

    is. [ər.] Hicri qəməri ərəb təqviminin on ikinci ayı. Zilhiccə ayının 18-də [qızın] doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub

    Tam oxu »
  • ZİLXAN

    is. [fars.] mus. Zildə oxuyan xanəndə, zil səsi olan adam

    Tam oxu »
  • ZİLİ

    is. xüs. Xalça növlərindən birinin adı. [Xalçanın sumaq] tipinin müxtəlif növləri Qubada, Qusarda, Qarabağda və Bakıda toxunur

    Tam oxu »
  • ZİLQƏDƏ

    is. [ər.] Ərəb qəməri təqviminin on birinci ayı. [Əli dayı:] Zilqədə ayının 14-də Müzəffərəddin şah ölüb

    Tam oxu »
  • ZİLLƏMƏ

    “Zilləmək2”dən f.is

    Tam oxu »
  • ZİLLƏMƏ

    “Zilləmək1”dən f.is

    Tam oxu »
  • ZİLLƏMƏK

    f. Gözlərini bir nöqtəyə dikmək, kirpiklərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq (çox vaxt “gözlərini” sözü ilə)

    Tam oxu »
  • ZİLLƏMƏK

    f. Zilə keçmək, səsi zilə qaldırmaq. Tərəqqi, tənəzzül kəmənçəsini; Gah zilləyib, gah da bəmə çəkirsən

    Tam oxu »
  • ZİLLƏNMƏK

    f. Zilə qalxmaq, yüksəlmək, ucadan səslənmək

    Tam oxu »
  • ZİLLƏNMƏK

    1. qayıd. Zilləyib baxmaq, gözlərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq. 2. məch. Yönəldilmək, dikilmək

    Tam oxu »
  • ZİLLƏŞDİRİLMƏ

    “Zilləşdirilmək”dən f.is

    Tam oxu »
  • ZİLLƏŞDİRİLMƏK

    məch. Zilə qaldırılmaq, tonu yüksəldilmək

    Tam oxu »
  • ZİLLƏŞDİRMƏ

    “Zilləşdirmək”dən f.is

    Tam oxu »
  • ZİLLƏŞDİRMƏK

    f. Zilə qaldırmaq, yüksək tona qaldırmaq (səsi)

    Tam oxu »
  • ZİLLƏŞMƏ

    “Zilləşmək”dən f.is

    Tam oxu »
  • ZİLLƏŞMƏK

    f. Zilə qalxmaq, yüksək tona qalxmaq, tonu yüksəlmək

    Tam oxu »
  • ZİLLƏT

    is. [ər.] Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət. [Mehribanın atası:] [Mehribanın] zillətdə qalmasına heç

    Tam oxu »
  • ZİLLƏTLİ

    sif. Zillətlə dolu, ağır, çətin, əzablı, məşəqqətli

    Tam oxu »
  • ZİLLƏTMƏK

    bax zilləmək1

    Tam oxu »
  • ZİLLİ

    sif. Zil tökülmüş, zil qarışmış, zil ilə örtülü (bax zil3)

    Tam oxu »
  • ZİLTƏNG

    is. Atın dal tərəfindən belinə çəkilən ip, toqqa, örkən. Koroğlu Qıratın ziltəngini bərkitdi. “Koroğlu”

    Tam oxu »
  • ZİLVİYƏ

    is. Un, bal və yumurtadan hazırlanan şirniyyat növü

    Tam oxu »
  • ZİMİSTAN

    is. [fars.] şair. Qış, qış fəsli. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz. (Ata. sözü). Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıld

    Tam oxu »
  • ZİNA

    is. [ər.] köhn. Qeyri-qanuni cinsi əlaqə. □ Zina etmək (eləmək) – qeyriqanuni cinsi əlaqədə olmaq. …Bu rəvayət bir kişi ilə bir arvadın zina eləməyi b

    Tam oxu »
  • ZİNAKAR

    is. və sif. [ər. zina və fars. …kar] köhn. Zina edən, qeyri-qanuni cinsi əlaqədə olan (qadın və ya kişi)

    Tam oxu »
  • ZİNAKARLIQ

    is. köhn. Qeyri-qanuni cinsi əlaqədə olma

    Tam oxu »
  • ZİNCİLFƏRƏC

    is. Əncir doşabı ilə unun qarışığından bişirilib qurudulduqdan sonra yeyilən (adətən qışda) şirni

    Tam oxu »
  • ZİNDAN₂

    is. [ər.] Üzərində metal döymək üçün dəmirçi aləti. Dəmirçi qabarlı əlinə hovxurub, çəkici bir-iki dəfə boş zindana vurdu

    Tam oxu »
  • ZİNDAN₁

    is. [fars.] 1. Keçmiş zamanlarda: qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı). Zindana atmaq

    Tam oxu »
  • ZİNDANBAN

    is. [fars.] bax zindançı. Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər, qüssəsindən fücətən h

    Tam oxu »
  • ZİNDANBANLIQ

    bax zindançılıq

    Tam oxu »
  • ZİNDANÇI

    is. Zindan baxıcısı, həbsxana gözətçisi, həbsxanaçı

    Tam oxu »
  • ZİNDANÇILIQ

    is. Zindançının işi, vəzifəsi, zindan (dustaqxana) baxıcılığı

    Tam oxu »
  • ZİNDANXANA₁

    [fars.] bax zindan1. Bəli, şahın əmri üzrə Qəməri bargahın xüsusi zindanxanasına saldılar. (Nağıl). Zindanxanada dar ağacı quruldu

    Tam oxu »
  • ZİNDANXANA₂

    [ər. sindan və fars. …xanə] klas. bax dəmirçixana

    Tam oxu »
  • ZİNDANLAMA

    “Zindanlamaq”dan f.is

    Tam oxu »
  • ZİNDANLAMAQ

    f. köhn. Zindana salmaq, həbsə salmaq. Can alan, qan axıdanlarını zindanlamışıq. Ə.Nəzmi

    Tam oxu »
  • ZİNDANLANMA

    “Zindanlanmaq”dan f.is

    Tam oxu »
  • ZİNDANLANMAQ

    məch. Zindana salınmaq, həbsə salınmaq

    Tam oxu »
  • ZİNDƏ

    sif. [fars.] klas. Diri, canlı. Sən sanma ki oldur ol, mənəm mən; Bir can içrə zindədir iki tən. Füzuli

    Tam oxu »
  • ZİNDƏGAN

    is. [fars.] Həyat, yaşayış, məişət, dolanacaq, zindəganlıq, dirilik. Sən də deyirsən, dünya görürəm, ərik, kişmiş şirəsinə bulana-bulana gün keçirərsə

    Tam oxu »
  • ZİNDƏGANİ

    is. [fars.] Həyat, dirilik, dolanacaq. Leyli sənə verdi zindəgani; Sən ol baqi, ol oldu fani. Füzuli

    Tam oxu »
  • ZİNDƏGANLIQ

    is. Həyat, dirilik, yaşayış, dolanacaq, məişət. [Xotkar:] Nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq

    Tam oxu »
  • ZİNƏT

    is. [ər.] Bəzək, süs, yaraşıq. Rəhimin evində səhər tezdən qonaqlıq tədarükü görülürdü. Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər

    Tam oxu »
  • ZİNƏTÇİ

    is. Zinət verən, zinət vuran adam; bəzəkçi

    Tam oxu »
  • ZİNƏTÇİLİK

    is. Zinətçinin işi, peşəsi, sənəti

    Tam oxu »
  • ZİNƏTLƏMƏ

    “Zinətləmək”dən f.is

    Tam oxu »
  • ZİNƏTLƏMƏK

    f. Bəzəmək, zinət vermək, süsləmək, gözəlləşdirmək

    Tam oxu »
  • ZİNƏTLƏNDİRİLMƏ

    “Zinətləndirilmək”dən f.is

    Tam oxu »