Azərbaycan dilinin izahlı lüğəti

  • ÖKCƏ

    is. Ayaqqabı altının topuq altına düşən hündür hissəsi; daban

    Tam oxu »
  • ÖKSÜZ

    is. 1. Yetim. Ta uşaqlıqdan öksüz qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı

    Tam oxu »
  • ÖKSÜZLÜK

    is. Yetimlik. // Kimsəsizlik. Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım; Qapadım bir məzara öksüzlüyün daşını

    Tam oxu »
  • ÖKÜZ

    is. 1. İş heyvanı kimi istifadə edilən buğa. Təpəl öküz. Öküzləri arabaya qoşmaq. – …Kiçik çobanlar öküzlərə minib, malları evə sarı qovurdular

    Tam oxu »
  • ÖKÜZGÖZÜ

    is. bot. Sarı çiçəkləri təbabətdə işlədilən ot bitkisi

    Tam oxu »
  • ÖKÜZLÜK

    is. Yekəlik, nahamarlıq, zorbalıq (adam haqqında). // məc. Qabalıq, kobudluq, qanmazlıq

    Tam oxu »
  • ÖLÇDÜRMƏ

    “Ölçdürmək”dən f.is

    Tam oxu »
  • ÖLÇDÜRMƏK

    icb. Ölçməyə məcbur etmək, yaxud xahiş edərək ölçmə işi gördürmək

    Tam oxu »
  • ÖLÇMƏ

    “Ölçmək”dən f.is

    Tam oxu »
  • ÖLÇMƏK

    f. 1. Bir şeyin ölçüsünü, miqdarını qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək. Südü ölçmək

    Tam oxu »
  • ÖLÇÜ

    is. 1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid. Uzunluq ölçüsü. Həcm ölçüsü. 2. məc. Bir şəxsə, ya şeyə qiymət vermək, müqayisə etmək üçün

    Tam oxu »
  • ÖLÇÜ-BİÇİ

    bax ölçü 1 və 3-cü mənalarda. Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı

    Tam oxu »
  • ÖLÇÜB-BİÇMƏ

    “Ölçüb-biçmək”dən f.is

    Tam oxu »
  • ÖLÇÜB-BİÇMƏK

    f. 1. Tikiləcək paltarın və s.-nin ölçüsünü götürmək və bu ölçüyə əsasən parçasını kəsmək. 2. məc. Götür-qoy etmək, hərtərəfli fikirləşmək

    Tam oxu »
  • ÖLÇÜCÜ

    is. xüs. Ölçən, bir şeyin ölçüsünü müəyyən edən cihaz, alət və s. // Sif. mənasında. Ölçücü cihazlar

    Tam oxu »
  • ÖLÇÜLMƏ

    “Ölçülmək”dən f.is. Taxılın ölçülməsi. Sahənin ölçülməsi. Paltarın ölçülməsi

    Tam oxu »
  • ÖLÇÜLMƏK

    “Ölçmək”dən məch. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. – Vəzni, dərəcəsi hər bir hörmətin; Zəhmətlə ölçülür vətənimizdə

    Tam oxu »
  • ÖLÇÜLMƏZ

    bax ölçüyəgəlməz

    Tam oxu »
  • ÖLÇÜLMƏZLİK

    bax ölçüyəgəlməzlik

    Tam oxu »
  • ÖLÇÜLÜ

    sif. Ölçüsü olan

    Tam oxu »
  • ÖLÇÜLÜB-BİÇİLMƏ

    “Ölçülüb-biçilmək” dən f.is

    Tam oxu »
  • ÖLÇÜLÜB-BİÇİLMƏK

    məch. Hərtərəfli düşünülmək, götür-qoy edilmək

    Tam oxu »
  • ÖLÇÜLÜB-BİÇİLMİŞ

    f.sif. Hərtərəfli düşünülmüş, hərtərəfli düşünüldükdən sonra qəbul edilmiş. Ölçülüb-biçilmiş qərar

    Tam oxu »
  • ÖLÇÜSÜZ

    sif. Ölçüsü olmayan; çox böyük, geniş, ölçüyəgəlməz. Həyat ona nə böyük; Nə ölçüsüz (z.) görünür; Birdən qapıda əziz; Mehriban üz görünür

    Tam oxu »
  • ÖLÇÜSÜZ-BİÇİMSİZ

    zərf Ölçüb-biçmədən, götür-qoy etmədən, fikirləşmədən. [Hacı Əliqulu] ölçüsüz-biçimsiz söz danışan adam deyil

    Tam oxu »
  • ÖLÇÜSÜZLÜK

    is. Ölçüsü olmama; çox böyüklük, ölçüyəgəlməzlik

    Tam oxu »
  • ÖLÇÜYƏGƏLMƏZ

    sif. Heç bir ölçü ilə ölçülə bilməyən; çox böyük, saysız-hesabsız, çox yekə, ucsuz-bucaqsız. Ölçüyəgəlməz miqdar

    Tam oxu »
  • ÖLÇÜYƏGƏLMƏZLİK

    is. Heç bir ölçü ilə ölçülə bilməmə; son dərəcə çoxluq, böyüklük, irilik, ölçülməzlik

    Tam oxu »
  • ÖLDÜ-QALDI

    is. Başına gələn hadisə; tale, aqibət. [Hacı Murad:] …Öldü-qaldısından da xəbərim yoxdur. S.S.Axundov

    Tam oxu »
  • ÖLDÜRMƏ

    “Öldürmək”dən f.is

    Tam oxu »
  • ÖLDÜRMƏK

    f. 1. Cismən məhv etmək, həyatdan məhrum etmək, ölümünə səbəb olmaq; qətl etmək. …[Mələyin] sevimli nişanlısını … gecə oğurluqda öldürmüşdülər

    Tam oxu »
  • ÖLDÜRTMƏ

    “Öldürtmək”dən f.is

    Tam oxu »
  • ÖLDÜRTMƏK

    icb. Öldürülməsinə səbəb və ya vasitə olmaq, başqasının əli ilə öldürmək. [Çopur:] Mən çox nahaq qanlara fitva verib adam öldürtmüşəm

    Tam oxu »
  • ÖLDÜRÜCÜ

    sif. 1. Ölümlə nəticələnə bilən, ya nəticələnən; məhvedici, yoxedici, həlakedici. Öldürücü zəhər. Günəş şüaları bakteriyalara öldürücü təsir göstərir

    Tam oxu »
  • ÖLDÜRÜLMƏ

    “Öldürülmək”dən f.is

    Tam oxu »
  • ÖLDÜRÜLMƏK

    məch. Cismən məhv edilmək, yox edilmək, aradan qaldırılmaq, qətl edilmək

    Tam oxu »
  • ÖLƏ-ÖLƏ

    zərf Güc-bəla ilə, zorla, çətinliklə, əziyyətlə. [Qurban:] Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır

    Tam oxu »
  • ÖLƏT

    is. köhn. Öldürücü xəstəlik epidemiyası. [Hacı Qara:] Heç kəs malın üzünə baxmır. Deyəsən, ölətdən qırılanların sovxasıdır

    Tam oxu »
  • ÖLƏZİK

    sif. məh. Alovu azalmağa, sönməyə başlamış; sönmüş, közərmiş

    Tam oxu »
  • ÖLƏZİMƏ

    “Öləzimək”dən f.is

    Tam oxu »
  • ÖLƏZİMƏK

    f. məh. Alovu sönməyə, közərməyə başlamaq; işarmaq, közərmək. Karvansaranın bir tərəfində qalanmış ocaq gah yanır, gah öləziyirdi

    Tam oxu »
  • ÖLGÜN

    sif. Canlılığı, təzəliyi, təravəti qalmamış; düşkün, solğun. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün

    Tam oxu »
  • ÖLGÜNLƏŞMƏ

    “Ölgünləşmək”dən f.is

    Tam oxu »
  • ÖLGÜNLƏŞMƏK

    f. Ölgün hala gəlmək, ölgün kimi görünmək. Divardakı əcaib şəkillər Məşuqənin gözlərində ölgünləşirdi

    Tam oxu »
  • ÖLGÜNLÜK

    is. 1. Ölgün şeyin halı. 2. məc. Fəaliyyətsizlik, durğunluq, həyat əsərinin olmadığı hal. Şəhərin ölgünlüyünə baxmayaraq, yalnız bu zavod canlıdır

    Tam oxu »
  • ÖLKƏ

    is. 1. Məmləkət, diyar; yer, ərazi. İsti ölkələr. Mərkəzi Afrikadakı ölkələr. Ölkə bütün dağlıqdır. – Var isticə ölkələr; Qışda bizə xoş gələr

    Tam oxu »
  • ÖLKƏDAŞ

    is. Bir ölkənin vətəndaşı olan adamlardan hər biri

    Tam oxu »
  • ÖLKƏŞÜNAS

    is. Ölkəşünaslıq mütəxəssisi. Ölkəşünasların qurultayı

    Tam oxu »
  • ÖLKƏŞÜNASLIQ

    is. Hər hansı bir ölkənin və ya onun müəyyən yerinin, rayonunun təbiəti, tarixi, iqtisadiyyatı və s. haqqındakı biliklərin məcmusu

    Tam oxu »
  • ÖLMƏ

    “Ölmək”dən f.is

    Tam oxu »