Azərbaycan dilinin izahlı lüğəti

  • ÜSKÜK

    is. məh. bax oymaq3. Həsən sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarının arxasını diqqətlə büzmələməyə başladı

    Tam oxu »
  • ÜSKÜKOTU

    is. bot. Dağ meşələrində, cəngəlliklərdə bitən, üskükə oxşar çiçəkləri olan çoxillik ot bitkisi

    Tam oxu »
  • ÜSLUB

    is. [ər.] 1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideyabədii xüsusiyyətlərin, fərqlən

    Tam oxu »
  • ÜSLUBİ

    sif. [ər.] Üsluba aid, üslubla əlaqədar, üslub baxımından. Üslubi səhv. Lüğətdə üslubi işarələr. Romanın üslubi xüsusiyyətləri

    Tam oxu »
  • ÜSLUBİYYAT

    is. [ər. “üslub” söz. cəmi] Ədəbiyyat nəzəriyyəsinin, bədii əsərin dil xüsusiyyətlərini və ifadə vasitələrini öyrənən bəhsi

    Tam oxu »
  • ÜSRƏT

    is. [ər.] köhn. 1. Çətinlik, zəhmət. 2. Sıxıntı, ehtiyac

    Tam oxu »
  • ÜST

    sif. və zərf 1. Bir şeyin ən yuxarı səthi, üzü; üzər (alt ziddi). Şkafın üstünü təmizləmək. – Sona kağızı mizin üstünə qoymuşdu

    Tam oxu »
  • ÜST-BAŞ

    is. Paltar, pal-paltar, geyim. [Qumral:] Anacan, sən qapını aç, mən gedim, üst-başımı qaydaya salım. S

    Tam oxu »
  • ÜST-ÜSTƏ

    zərf 1. Bir-birinin üstünə, qalaq-qalaq. Rəflərdə pas atmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli

    Tam oxu »
  • ÜSTDƏN-AŞAĞI

    zərf 1. Yuxarıdanaşağıya, yuxarıdan-aşağıya enərək, başıaşağı. Valentina isə oğlu ilə qızını ötərək üstdənaşağı toplara sarı cumdu

    Tam oxu »
  • ÜSTƏGƏL

    is. riyaz. 1. Toplama əməlini və ya kəmiyyətin müsbətliyini göstərən işarə (+). 2. İki rəqəmin toplandığını göstərmək üçün onların arasında işlədilir

    Tam oxu »
  • ÜSTƏGƏLMƏ

    is. riyaz. Rəqəmləri birbirinin üstünə gəlmə; toplama

    Tam oxu »
  • ÜSTƏLƏMƏ

    “Üstələmək”dən f.is

    Tam oxu »
  • ÜSTƏLƏMƏK

    f. Üstün gəlmək, qalib gəlmək, məğlub etmək. Teymur sevinir ki, mollanı üstələyib. “M.N.lətif.”

    Tam oxu »
  • ÜSTƏLİK

    1. is. Bir şeyin üstündə verilən şey; əlavə. 2. zərf Əlavə olaraq. [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqlar

    Tam oxu »
  • ÜSTQURUM

    is. Cəmiyyətin siyasi, hüquqi, dini, bədii, fəlsəfi görüşləri və onun iqtisadi quruluşunun – bazisinin bunlara müvafiq olaraq yaratdığı siyasi, hüquqi

    Tam oxu »
  • ÜSTLÜK

    is. Bir şeyin üstünü örtməyə, üstünə çəkməyə məxsus şey. Dəri üstlüyü

    Tam oxu »
  • ÜSTÜAÇIQ

    1. sif. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq. [Qoşatxan:] [Xəstəni] üstüaçıq maşında xəstəxanaya aparmaq olmaz

    Tam oxu »
  • ÜSTÜN

    sif. 1. Bənzərlərinə görə daha yaxşı, daha yüksək səviyyədə olan, onları geridə buraxan. [Ərəstun:] Sənətkarlıqla yazılmış balaca bir şerin özü hər ha

    Tam oxu »
  • ÜSTÜNLÜK

    is. Bənzərləri arasında daha yaxşı, daha yüksək, daha əlverişli olma. Ağbulaq dağlarının bütün gözəllik və üstünlükləri Sevildə unudulmaz … bir təsir

    Tam oxu »
  • ÜSTÜÖRTÜLÜ

    1. sif. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü. Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü

    Tam oxu »
  • ÜSTÜPƏRDƏLİ

    bax üstüörtülü 2-ci mənada

    Tam oxu »
  • ÜSTÜRLAB

    is. [ər. əsli yun.] Keçmişdə göy cisimlərini müşahidə etmək üçün işlədilmiş astronomik cihaz. Kimi pərgar ilə həndəsi şəkillər çəkər, kimi durbinlə ya

    Tam oxu »
  • ÜSUL

    is. [ər.] 1. Hər hansı işdə tətbiq edilən sistem, yol, qayda, tərz, metod. Qabaqcılların iş üsulu. Tədris üsulu

    Tam oxu »
  • ÜSULCA

    zərf Ehtiyatla, üsulla, asta-asta, yavaşca, ehmalca. [Məcid əfəndi:] Üsulluca hərəkət etməliydin. H.Cavid

    Tam oxu »
  • ÜSULİ-CƏDİD

    is. [ər.] köhn. Yeni üsul, yeni qayda. O vaxt üsuli-cədidə bələd olan müəllim bir nəfər isə də müsəlmanlardan yox idi

    Tam oxu »
  • ÜSULİ-İDARƏ

    is. [ər.] Bir ölkənin idarə üsulu, dövlət quruluşu, rejim. Çar üsuliidarəsi. Xalq demokratik üsuli-idarəsi

    Tam oxu »
  • ÜSULLU

    1. sif. Ehtiyatlı, ehmallı, üsulla, ehtiyatla işgörən, hərəkət edən. Üsullu adam. Üsullu hərəkət. 2. bax üsulluca

    Tam oxu »
  • ÜSULLUCA

    zərf Ehtiyatla, üsulla, asta-asta, yavaşca, ehmalca. [Məcid əfəndi:] Üsulluca hərəkət etməliydin. H.Cavid

    Tam oxu »
  • ÜSYAN

    is. [ər.] 1. Köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxış

    Tam oxu »
  • ÜSYANÇI

    is. 1. Üsyanda iştirak edən, üsyan iştirakçısı. [Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər

    Tam oxu »
  • ÜSYANÇILIQ

    is. Üsyana meyil göstərmə, bir şeyə qarşı haqlı-haqsız baş qaldırma, qarşı durma

    Tam oxu »
  • ÜSYANKAR

    [ər. üsyan və fars. …kar] 1. Bax üsyançı. [Kapitan qərargah rəisinə:] Biz … üsyankarları taparıq. S.Vəliyev

    Tam oxu »
  • ÜSYANKARLIQ

    is. 1. Üsyançılıq, üsyana meyil. 2. məc. Bir şeyə qarşı baş qaldırma, mənfi münasibət, narazılıq, barışmazlıq göstərmə

    Tam oxu »
  • ÜŞŞAQ

    is. [ər. “aşiq” söz. cəmi] 1. klas. Aşiqlər. Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar. Füzuli. Üşşaq yardan nəzəri-mərhəmət dilər

    Tam oxu »
  • ÜŞÜDÜCÜ

    sif. Üşüdən, soyuq, dondurucu. Sonra sərin, üşüdücü dərəcədə sərin bir meh əsdi. M.Rzaquluzadə

    Tam oxu »
  • ÜŞÜMƏ

    “Üşümək”dən f.is

    Tam oxu »
  • ÜŞÜMƏK

    f. 1. Canına üşütmə düşmək, bədənində soyuğun təsirini hiss etmək, soyuqdan titrəmək. Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Bir parası çox üşü

    Tam oxu »
  • ÜŞÜNMƏ

    “Üşünmək”dən f.is

    Tam oxu »
  • ÜŞÜNMƏK

    bax üşümək. Üşünürsən, görürəm, söylə nə var? M.Rahim

    Tam oxu »
  • ÜŞÜTMƏ

    1. “Üşütmək”dən f.is. 2. Titrətmə, vicvicə. Canıma üşütmə düşdü. – [Nemət] bir az dincəldikdən sonra bədəninə bir üşütmə gəldi ki, köynəyi tamamilə so

    Tam oxu »
  • ÜŞÜTMƏK

    f. Canına üşütmə salmaq, soyuğu hiss etdirmək. Soyuq hava [Tərlanı] birdən üşütdü. M.Hüseyn. Çayaşağı əsən bu külək bütün kolxozçuları üşütdü və titrə

    Tam oxu »
  • ÜTƏLGƏ

    is. zool. Alacəhrə. Gəlib ütəlgətək düşələr tora; Yolub tüklərini basdıraq qora. H.K.Sanılı

    Tam oxu »
  • ÜTMƏ

    “Ütmək”dən f.is

    Tam oxu »
  • ÜTMƏK

    f. Qızğın dəmirlə və ya oda tutaraq üzdən yandırmaq, qarsalamaq, oda vermək (tükü, qabığı və s.-ni). Kəsilmiş toyuğu ütmək

    Tam oxu »
  • ÜTÜ

    is. Paltar, parça və s. ütüləmək üçün işlədilən, kömür və ya elektriklə qızdırılan dəmir alət. Elektrik ütüsü

    Tam oxu »
  • ÜTÜK

    sif. Üzdən yanmış, azacıq yanmış, ütülmüş, yaxud yolunmuş. Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub … nə deyəcək idisə, beş-altı yerdən onun

    Tam oxu »
  • ÜTÜLƏMƏ

    “Ütüləmək”dən f.is

    Tam oxu »
  • ÜTÜLƏMƏK

    f. Qızğın ütü ilə hamarlamaq, ütü çəkmək. [Pəri] geri sürüşmüş qara kəlağayısını qabağa çəkib, paltar ütüləməklə məşğul oldu

    Tam oxu »
  • ÜTÜLƏNMƏ

    “Ütülənmək”dən f.is

    Tam oxu »