is. Ətlik heyvan yetişdirmə işi. Ətçilik təsərrüfatı
is. 1. Ət döymək, doğramaq üçün kiçik kəsərti; qiyməkeş. Qonşudan ətdoğrayanı gətir. 2. Kəsilmiş heyvanın ətini doğrayan adam; qəssab
bax ətdoğrayan 1 və 3-cü mənalarda
is. məh. Yun təmizləyən alət
is. 1. Paltarın beldən aşağı tərəfə uzanan hissəsi. Paltonun ətəyi uzundur. Pencəyin ətəyini bir qədər qısaltmaq lazımdır
zərf. Çoxlu, çoxlu miqdarda; bol, bolluca, ətəkdolusu. Ətək-ətək pul. – Bağlarında, bax, gül-gülü çağırır; Ətəkətək noğul səpər hər ağac
1. is. Gizlicə toplanılıb saxlanılan ehtiyat – pul və başqa şey. O, köhnə adamdır, onun çox ətəkaltısı olar
sif. Lap çox, həddən artıq çox
“Ətəkləmək”dən f.is
f. 1. Ətəyindən tutmaq, tutub saxlamaq. [Zərbəli:] Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım… Ə
“Ətəklənmək”dən f.is
məch. Ətəyindən tutulmaq, tutulub saxlanmaq
sif. 1. Ətəyi geniş və uzun. Ətəkli paltar. 2. Ətəyi, ətəkləri olan. Yaşıl ətəkli təpələr. – [Həcərin] gözləri qabağından yaşıl ətəkli, təpəsi qarlı d
is. köhn. Zinət üçün qadın paltarının ətəyinə düzülən pul və s. Ətəkliyi altun, qəsabəsi zər; Çəhrayı çarqatı qəddə bərabər
is. Məməlilərdə: ana bətnində balanı bürüyən və bala onun içindən çıxdıqdan sonra cırılıb düşən ət pərdəsi; son
sif. Ətənəsi olan (məməlilər haqqında)
sif. Ətənəsi olmayan (məməlilər haqqında)
is. dan. İz, əsər, əlamət, xəbər. Ondan heç bir ətər yoxdur. – Ancaq Arzunun nəbzi çox zəif vururdu, çünki onda qan ətəri qalmamışdı
is. [fars.] Susuzluq, bərk susama. Suyun səsi [Gəldiyevdə] ətəş oyatdı. Mir Cəlal. □ Ətəşini söndürmək – su içməklə susuzluğunu rəf etmək
is. [ər.] köhn. Əymə, çevirmə, meyil etdirmə, yönəltmə
is. [ər. “tifl” söz. cəmi] klas. Uşaqlar, tifillər. Bunlar bizim zükur və ünas ətfalımıza mürəbbi olurlarmı? M
sif. Öz rəftarı, hərəkəti, münasibəti, danışığı ilə başqalarını özündən incidən; diliacı. Ətiacı adam
is. Ətiacı adamın hərəkəti, xasiyyəti. Ətiacılıq etmək. – Gah [Hüseyni] hər kəsə yazığı gələn, qarışqanı belə incitməkdən çəkinən bir rəhmdil olur, ga
sif. köhn. dan. Döşü, qolları, qıçları açıq qadın, ya qız haqqında. Mən elə dərd çəkirəm, elin qız-gəlinini ətiaçıq görəndə mənim ürəyim cızıldayır
sif. [ər.] Qədim, köhnə, əski. □ Asari-ətiqə – bax asar. // İs. mənasında. Qədim şey, tapıntı. Misir ətiqələri ilə uğraşan alimlər ehramlarda, mədfənl
is. [ər.] 1. Gözəl iy, rayihə. Çiçəklərin ətri. – Qərənfil açdı, getdi; Ətrini saçdı, getdi; İstədim qucam yarı; Əlimdən qaçdı, getdi
is. [ər.] bax ətir 1-ci mənada
“Ətirləmək”dən f.is
f. Ətir vurmaq. Yaylığını, saçını ətirləmək
“Ətirləndirmək”dən f.is
f. Ətir saçmaq, ətirlə doldurmaq. Sübhün təmiz havası, güllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi
“Ətirlənmək”dən f.is. Pərvaz həmişəki kimi şıq geyinmişdi və həmişəki kimi də pərt və məyus idi. Lakin məyusluğuna baxmayaraq, yenə də ətirlənməni unu
1. qayıd. Özünə ətir vurmaq, özünü ətirləmək. [Şəmsiyyə] üz-gözünü yumuş, yenidən ətirlənmişdi. M.İbrahimov
sif. 1. Özündən ətir saçan; rayihəli. Ətirli çiçəklər. Ətirli otlar. – Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər
is. [ər. ətr və fars. şah] bot. Ətirli yarpaqları olan çoxillik çiçək (əksərən otaqlarda becərilir). Ətirşah zəngin qolbudaqları olan, gövdəsinin aşağ
bax atlaz. Ətlas nimtənəli, ipək köynəkli; Üstü-başı tirmə şallı Sənəm, gəl! Xəstə Qasım
“Ətlənmək”dən f.is. Tədqiqatlarımıza görə camışlarda tezyetişgənlik, ətlənmə, daha doğrusu, diri çəkinin artması … iş heyvanlarında olduğu kimidir
f. Ətə dolmaq, kökəlmək. Yayda göyə buraxılan heyvanlar ətlənir. – [Şahın] sifəti o qədər ətlənmişdi ki, göyəm çərdəyi boyda gözləri güclə görünürdü
“Ətləşmək”dən f.is
f. 1. Ətə dönmək, ət kimi olmaq. 2. Qalıb yumşalmaq, çürüməyə başlamaq. Armud ətləşmişdir. Qovun ətləşdi
sif. 1. Ətcə dolğun; kök, ətli-canlı. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vü
sif. Kök, dolğun və iri. Ay keçdi, il dolandı, Araz böyüdü, ətli-canlı, yaşına görə irigövdəli bir oğlan oldu
sif. Dolğun, sağlam
is. aşp. Ətlə düyü qarışdırılaraq bişirilən çilov
sif. Kəsilmək (əti yeyilmək) üçün saxlanılan. Ətlik mal. – Öküzün cütə getməyənini ətlik adına satarlar
sif. k.t. Ət və piy verən, ət və piy əldə etmək üçün saxlanılan. Ətlikpiylik donuz
sif. k.t. Ət və süd verən, ət və süd əldə etmək üçün saxlanılan. Ətliksüdlük camış
is. Ətli heyvanın hal və keyfiyyəti
is. köhn. Çörək. Yanmış ətmək yeməz idin əsla. M.Ə.Sabir. [Birinci işçi:] Bunu gördükdə hər insan utanır? Bu qabarlar sizə ətmək qazanır! H