Толковый словарь азербайджанского языка

  • ƏN

    ədat. Keyfiyyət bildirən sifətlərin və zərflərin əvvəlinə gətirilərək üstünlük, şiddət bildirir. Ən böyük çay

    Полностью »
  • ƏNAM

    is. [ər. “nemət” söz. cəmi] Bəxşiş, hədiyyə, mükafat. Ənam almaq. Ənam vermək. – [Odabaşı:] Hətta Mirzə Əhməd ağa qız üçün ənam göndərmişdi

    Полностью »
  • ƏNBƏR

    is. [ər.] 1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. Ənbər qara, boz, sarı rəngli, çox yağlı maddədir

    Полностью »
  • ƏNBƏRBAR

    sif. [ər. ənbər və fars. …bar] klas. şair. Ənbər saçan, ətir saçan. Ənbərbar zülf. – Görməmişəm belə bir səfalı zülf; Çox sünbüli-ənbərbarı tutmuşam

    Полностью »
  • ƏNBƏRBU

    sif. [ər. ənbər və fars. bu] 1. klas. şair. Ənbər qoxulu, ənbər kimi ətirli. 2. Ağ, parlaq, ipi dənəli əla düyü növü

    Полностью »
  • ƏNBƏRÇƏ

    is. köhn. Qızıldan döş bəzəyi. Keçmişdə bir çox kəndlərdə qadınlar döşlərinə ənbərçə taxırdılar

    Полностью »
  • ƏNBƏRƏ

    is. Dəyirman çarxını işlədən suyun yığılıb şiddətlə töküldüyü nov. Dəyirmanın suyu ənbərəyə yığılır, oradan tökülür və çarxı işlədir

    Полностью »
  • ƏNBƏRFƏŞAN

    sif. [ər. ənbər və fars. …fəşan] klas. şair. Ənbər saçan, ətir səpələyən; ənbər qoxuyan. Badi-səba İsa kibi gərçi dirildir ölüyü; Ənbərfəşan zülfün də

    Полностью »
  • ƏNBƏRİ

    sif. [ər.] Ənbər kimi, ətirli, xoşiyli

    Полностью »
  • ƏNBƏRİN

    sif. [ər. ənbər və fars. …in] klas. şair. Ənbər kimi ətirli, ətir saçan. Cənnətin ənbərin qapıları usta Ağabalanın üzünə açıldı

    Полностью »
  • ƏNBİR

    is. Dəmirçi tutğacı, maşası. Dəmirçilər qızğın dəmiri ənbirlə tutub döyürlər

    Полностью »
  • ƏNBİYA

    is. [ər. “nəbi” söz. cəmi] Nəbilər, peyğəmbərlər

    Полностью »
  • ƏNCAM

    is. [fars.] 1. Son, axır, nəhayət, nəticə. Hər işi əncamı ilə ölçərlər. Əncamı xeyir olsun (axırı xeyir olsun)

    Полностью »
  • ƏNCAMƏ

    is. Qapı və pəncərə qanadlarını çərçivəyə bağlayan və onların açılıbörtülməsinə imkan verən dəmir hissə; rəzə

    Полностью »
  • ƏNCİR

    is. [fars.] İçində xaş-xaş kimi xırda tumları olan ətli, şirin, yumşaq qabıqlı, yumru meyvə. Əncir mürəbbəsi

    Полностью »
  • ƏNCİRLİ

    sif. 1. Əncir ağacları olan. Mən səni çox görmüşəm cavanlıq çağlarında; Bol əncirli, üzümlü Novxanı bağlarında

    Полностью »
  • ƏNCÜMƏN

    is. [fars.] kit. köhn. Məclis, cəmiyyət, şura. Səttar xan məsələni əncüməndə qoymaq üçün bir söz demədi

    Полностью »
  • ƏNDAM

    is. [fars.] 1. Bədən. Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir? M

    Полностью »
  • ƏNDAMLI

    sif. 1. Boylu, boylu-buxunlu, biçimli, bədən quruluşu çox düzgün, gözəl bədənli. 2. Bir qədər dolğun, bədən quruluşu yerliyerində

    Полностью »
  • ƏNDAMSIZ

    sif. Bədən quruluşu yerliyerində olmayan; biçimsiz. // Boysuz, qısaboylu

    Полностью »
  • ƏNDAMSIZLIQ

    is. Əndam çirkinliyi, bədən nöqsanı, bədən quruluşunun düzgün olmaması; biçimsizlik

    Полностью »
  • ƏNDAZƏ

    is. [fars.] 1. Kağızdan, kartondan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü vahidi. □ Bir əndazədə – bir ölçüdə, bir qaydada

    Полностью »
  • ƏNDAZƏLİ

    sif. Biçimli, düzgün, mütənasib, qaydalı, hər cəhətdən yerli-yerində

    Полностью »
  • ƏNDAZƏSİZ

    sif. 1. Biçimsiz, ölçülməmiş, tənasübsüz, ölçüsüz. İndi bizim evin quruluşu sənə olduqca ölçüsüz-biçimsiz və əndazəsiz görünür

    Полностью »
  • ƏNDƏ-MƏNDƏ

    əndə-məndə demək dan. – yersiz danışmaq, artıq-əskik danışmaq. Pulsuz rəncbər atar bir fitə ortası dəlik; Əndə-məndə desə, ombasına beş-on da təpik

    Полностью »
  • ƏNDƏLİB

    is. [ər.] klas. Bülbül. Hər qanda eşitdi bir təbibi; Gülzarının oldu əndəlibi. Füzuli. Ey əndəlib, səndə bu nə qanundur; Fəğan çəkmək növbaharı görənd

    Полностью »
  • ƏNDƏR-DÖNDƏR

    əndər-döndər eləmək dan. – alt-üst etmək, yoxlamaq, axtarmaq, araşdırmaq. Rövşən getdi, dağları, daşları əndər-döndər elədi

    Полностью »
  • ƏNDƏRİLMƏ

    “Əndərilmək”dən f.is

    Полностью »
  • ƏNDƏRİLMƏK

    f. 1. Hamısı birdən-birə tökülmək. Başına bir vedrə su əndərildi. 2. Birdən yıxılmaq, aşmaq. Ağacın üstündə olan uşaq birdən yerə əndərildi

    Полностью »
  • ƏNDƏRQƏLİB

    əndərqəlib eləmək dan. – başdan eləmək, rədd eləmək. Necə, nə təhər eləyim? Get, at çölə, əndərqəlib elə çıxsın getsin

    Полностью »
  • ƏNDƏRMƏ

    “Əndərmək”dən f.is

    Полностью »
  • ƏNDƏRMƏK

    f. 1. Duru, yaxud səpələnən şeyləri qabdan və s.-dən birdən-birə və bütünlüklə tökmək, boşaltmaq. Vedrənin suyunu əndərmək

    Полностью »
  • ƏNDƏRUN

    [fars.] 1. sif. köhn. İç, içəri, daxil. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər

    Полностью »
  • ƏNDƏRUNİ

    bax əndərun 1-ci mənada. Şərq şəhərlərinə məxsus əndəruni və biruni, iki həyətli, bağçası evlərinə yanaşı, boz palçıqdan tikilmiş yoxsul və zəhmətkeş

    Полностью »
  • ƏNDƏRZ

    is. [fars.] köhn. Nəsihət, vəsiyyət

    Полностью »
  • ƏNDİŞƏ

    is. [fars.] 1. Fikir, qayğı. Mənəm qalan haman bu əndişədə; Zəmanə dönübdür, qovğayə bir bax. Q.Zakir

    Полностью »
  • ƏNDİŞƏLİ

    sif. Əndişəsi, ürəyində fikri olan; dərdli, qayğılı, iztirablı. Əndişəli adam. – Sonra qızın gözləri ovçunun əndişəli və sualedici baxışlarına sataşar

    Полностью »
  • ƏNDİŞƏLİLİK

    is. Əndişəli, dərdli, fikirli, qayğılı, mənəvi iztirab çəkən, təşviş içində olan adamın hal və vəziyyəti

    Полностью »
  • ƏNDİŞƏSİZ

    sif. Əndişəsi, fikri, qayğısı, qorxulacaq bir şeyi olmayan; fikirsiz, qayğısız, dərdsiz, sakit, rahat

    Полностью »
  • ƏNDİŞƏSİZLİK

    is. Fikirsizlik, qayğısızlıq, dərdsizlik

    Полностью »
  • ƏNDUH

    is. [fars.] köhn. Qəm, qüssə, kədər

    Полностью »
  • ƏNƏK

    is. 1. Yük atı, qoşqu atı, minik atı. 2. Heyvanın qulağına vurulan nişan. Çoban ənəklərindən qoyunlarını tanıyır

    Полностью »
  • ƏNƏNƏ

    is. [ər.] Tarixən meydana gələrək nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlər, zövqlər və s

    Полностью »
  • ƏNƏNƏÇİ

    bax ənənəpərəst

    Полностью »
  • ƏNƏNƏÇİLİK

    bax ənənəpərəstlik

    Полностью »
  • ƏNƏNƏPƏRƏST

    sif. [ər. ənənə və fars. …pərəst] Adətən vaxtı keçmiş ənənələrə sadiq olan, ənənə saxlayan, ənənələrə riayət edən; mühafizəkar

    Полностью »
  • ƏNƏNƏPƏRƏSTLİK

    is. Adətən vaxtı keçmiş ənənələrə sədaqət, ənənələrə riayət etmə; mühafizəkarlıq

    Полностью »
  • ƏNƏNƏVİ

    sif. [ər.] Ənənə şəkli almış, ənənə mahiyyətində olan. Ənənəvi adət. Ənənəvi şeir. // Ənənə üzrə keçirilən, keçən

    Полностью »
  • ƏNƏNƏVİLİK

    is. Ənənə mahiyyətində olma, ənənə kimi nəsildən-nəslə keçmə. Adətlərin ənənəviliyi

    Полностью »
  • ƏNFİYƏ

    is. [ər.] Burunotu

    Полностью »