Словарь омонимов азербайджанского языка

  • SORMAQ

    SORMAQ I f. Soruşmaq, xəbər almaq. Durnanın qatarı keçəndə bir-bir; Soruram yurdumun halı necədir? (H

    Полностью »
  • SOVET

    SOVET I is. Sosializm cəmiyyətinin siyasi təşkilat forması. SOVET II is. Şura, iclas, müşavirə. Həmin məsələyə sovetdə baxılacaq

    Полностью »
  • SOY

    SOY I is. Cins, kök. Çox oldum davada, doyda; İgid görmədim sən soyda (“Koroğlu”). SOY II is. Nəsil. Dədəm məni öz soyumuzdan bir yetim oğlana nişanla

    Полностью »
  • SOYMAQ

    SOYMAQ I f. Təmizləmək. O, almanı soyub yanındakı qıza verdi. SOYMAQ II f. Talamaq. Koroğlunun dəliləri taciri soyub var-dövlətini kasıblara payladıla

    Полностью »
  • SÖNMƏK

    SÖNMƏK I f. Keçmək. İşıqlar qəflətən söndü. SÖNMƏK II f. Ölmək. Göylərin altında bir günəş sönür (S.Vurğun)

    Полностью »
  • SÖVDA

    SÖVDA I is. [ ər. ] Eşq, məhəbbət. Yox, İmran, bu, ömür-gün sövdasıdır. Əgər sən məni yaxşı tanısan, fikrindən əl çəkərsən (İ

    Полностью »
  • SÖZLƏŞMƏK

    SÖZLƏŞMƏK I f. Dalaşmaq. Mən kişi ilə sözləşirəm (M.İbrahimov). SÖZLƏŞMƏK II f. Vədələşmək. Deyəsən, ay qız, özü də buradadır axı, sözləşmisiniz, hə?

    Полностью »
  • SULU

    SULU I sif. Suyu olan. Çün bunlar bilirdilər ki, mənim əyalımın 4000 desyatin sulu yerini hökumət alıbdır (C

    Полностью »
  • SUMAQ

    SUMAQ I is. bot. Ağac növü. Yaqutun həyətimizdən çıxartdığı sumaq kötükləri də qurtarmışdı (Ə.Əylisli)

    Полностью »
  • SURƏT

    SURƏT I is. [ ər. ] Şəkil, görünüş. Qəhrini çəkdiyim gülün surəti; Sakit xəyalımın gölünə düşdü (M.Müşfiq)

    Полностью »
  • SÜRMƏ

    SÜRMƏ I is. [ fars. ] Qaşa və gözə çəkilən qara rəng. Səhər dura sürmə çəkə gözünə; Birçəklərin həlqə qoya üzünə (M

    Полностью »
  • SÜRMƏK

    SÜRMƏK I f. Çapmaq. Nəbigil atlarını minib iki boy sürməmişdilər, Şəfi bəyi Çay Tumasda gördülər (“Qaçaq Nəbi”)

    Полностью »
  • SÜRÜ

    SÜRÜ I is. Naxır, dəstə. Qatarın qışqırıb ötən zaman; Sürülər, naxırlar qaçıb dağılır (O.Sarıvəlli). SÜRÜ II is

    Полностью »
  • SÜZMƏK

    SÜZMƏK I f. Oynamaq. Al fişənglər göy üzündə çal-çarpaz süzür (O.Sarıvəlli). SÜZMƏK II f. Baxmaq, tamaşa etmək

    Полностью »
  • ŞAH

    ŞAH I is. [ fars. ] Hökmdar. Şah sağ olsun, bu sürüyə; Bəs bir köpək, deyil gərək! (S.Vurğun). ŞAH II is

    Полностью »
  • ŞAX

    ŞAX I is. [ fars. ] Budaq, qol-budaq. Almanı şaxdan üzmə; Bir anlıq baxmaq üçün (H.Arif). ŞAX II is. Ütülü, əzilməmiş

    Полностью »
  • ŞAL

    ŞAL I Baş örtüyü. Bürünübdür gül əndamı; Tirmə şalın saçağına (Ə.Kürçaylı). ŞAL II is. Yun parça, kişmiri

    Полностью »
  • ŞAM

    ŞAM I is. [ fars. ] Axşam; axşam yeməyi. ŞAM II is. [ ər. ] Yandırmaq üçün mumdan hazırlanmış cisim. Yanır saxsı parçasının üstündə bir şam (R

    Полностью »
  • ŞAN

    ŞAN I is. [ ər. ] Şöhrət, ad-san. Yanacaq olsa rəsədxana bizə; Şan verir fənnilə tariximizə (H.Cavid)

    Полностью »
  • ŞANA

    ŞANA I is. [ fars. ] Ağacdan hazırlanmış yabayabənzər kənd təsərrüfat aləti. Cana doymuş kəndlilər yabanı, şananı çəki dedilər (“Qaçaq Nəbi”)

    Полностью »
  • ŞAR

    ŞAR I is. Kürə, Yer kürəsi. Yer şarını bir nar kimi ovcunda sıxsa; Tamahsıyıb, ulduzlara tor atacaqdır (M

    Полностью »
  • ŞƏKƏR

    ŞƏKƏR I is. Qənd. Mağazadan 5 kq şəkər aldım. ŞƏKƏR II is. Xəstəliyin bir növü. O, şəkər xəstəliyinə tutulub

    Полностью »
  • ŞƏKİL

    ŞƏKİL I is. [ ər. ] Rəsm və ya foto rəsmi. Qəzetə anasının şəkli vurulmuşdu (C.Gözəlov). ŞƏKİL II is

    Полностью »
  • ŞƏR

    ŞƏR I is. [ ər. ] Pislik, müsibət, bəla. Ah köprüdükcə şu xain bəşər; Yer üzü daim qusacaq zülmü şər (H

    Полностью »
  • ŞƏRQİ

    ŞƏRQİ I is. [ ər. ] Mahnı. Qəfildən qarşıda partlayan bir mərmi gurultusu qızın şərqisini qırdı (S.Qədirzadə)

    Полностью »
  • ŞƏVƏ

    ŞƏVƏ I is. Aqat, qiymətli qara daş. Fatmanı qapı qonşudan yığma qızıllarla bəzəmişdilər: araqçının qabağında qızıl pilək, boynunda mərcan, inci, qızıl

    Полностью »
  • ŞİKƏSTƏ

    ŞİKƏSTƏ I is. [ fars. ] Segah məqamında zərbli muğam. Tarın tellərində kəsmə şikəstə; Tutmuşdum dişimdə bir tatlı bəstə (M

    Полностью »
  • ŞİRƏ

    ŞİRƏ I is. Meyvələrdən alınan maye. Hey gül bitirmişəm, ağac əkmişəm; Əlvan çiçəklərdən şirə çəkmişəm

    Полностью »
  • ŞİŞ

    ŞİŞ I is. tib. Bədəndə əmələ gələn qabarma (xəstəlik). Dirsəkdən yuxarı qolumda şiş əmələ gəldi (M.İbrahimov)

    Полностью »
  • ŞİT

    ŞİT I sif. Duzsuz. Şit yağ. ŞİT II sif. Yüngül. Bu isə şit sözləri olan mahnıların yaranmasına gətirib çıxarır

    Полностью »
  • ŞİVƏ

    ŞİVƏ I is. [ fars. ] Ləhcə, tələffüz. Daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkər qızğın bir tövr ilə

    Полностью »
  • ŞOR

    ŞOR I is. Kəsmik. Bir az cılxa şor, bir eymə də turş qatıq göndərmişdi (Ə.Vəliyev). ŞOR II is. coğr. Qurumuş göllərin yerində əmələ gələn şoranlıq

    Полностью »
  • ŞORAN

    ŞORAN I is. Əkinə yaramayan sahə. Torpağımız şoran, suyumuz az, toxumumuz da gec yetişəndir (Ə.Vəliyev)

    Полностью »
  • ŞTAT

    ŞTAT I is. [ alm. ] Bir idarə işçilərinin sabit heyəti. ŞTAT II is. [ alm. ] Bir sıra ölkələrdə ərazi bölgüsü

    Полностью »
  • ŞURA

    ŞURA I is. [ ər. ] Hökumət, sovet. Mən bu şura vətənimi sevirəm; Yamacımı, gülşənimi sevirəm (M.Müşfiq)

    Полностью »
  • TAB

    TAB I is. [ fars. ] Güc, qüvvət. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, aclıq da məni tabdan salmaqda idi (Çəmənzəminl

    Полностью »
  • TAĞ

    TAĞ I is. [ ər. ] Bostan bitkilərinin gövdəsi. Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldır, yaşıl (Aşıq Ələsgər)

    Полностью »
  • TAXTA

    TAXTA I is. [ fars. ] Tikinti materialı: yonulmuş, hamarlanmış ağac. Yükü taxta-şalban, torpaqdı, daşdı (Ə

    Полностью »
  • TALA

    TALA I is. Meşənin qırılmış və ya əkilmiş biçənək yeri. Nağılda gördüyüm cin-şeytan kimi; Talada çəyirtkə hoppanıb-düşər (Ağa Laçınlı)

    Полностью »
  • TAM

    TAM I is. [ ər. ] Dad. Bəs yeyəndə xörəyin dadından, tamından, ədasından heç hiss etmədiniz ki, bu bişmiş o bişmişlərdən deyil, ev bişmişidir (C

    Полностью »
  • TAMBUR

    TAMBUR I is. [ fr. ] Dəmiryolu vaqonlarında örtülü meydança. Onlar vaqonun tamburunda durub söhbət edirdilər

    Полностью »
  • TAR

    TAR I is. [ ər. ] mus. Azərbaycan simli musiqi aləti. Dostumun əlində bir sızlayan tar; Səpirdi ətrafa şəffaf dalğalar (M

    Полностью »
  • TAS

    TAS I is. [ ər. ] Tabaq kimi qab. Hava qaralcaq qapını kilidləyib, tası taxtapuşa çıxardı (S.Qədirzadə)

    Полностью »
  • TAVA

    TAVA I is. Qızartmaq üçün yararlı qab. Əlində balaca tava tutmuş Şölə ərinin qızınıb qurtarmağını gözləyirdi (M

    Полностью »
  • TAVAN

    TAVAN I is. [ fars. ] Tab, güc, zor. Ah, Bəhlul Danəndə! Bəhlul Danəndə! Nə tab qaldı; Nə tavan məndə (R

    Полностью »
  • TAVAR

    TAVAR I is. Mal. Misri qılınc bağlamışam belimə; Tərlanların tavarına gəlmişəm (“Koroğlu”). TAVAR II sif

    Полностью »
  • TAY

    TAY I is. Eşq bazarının aləmində mənəm həmmalı; Almışam çiynimə qəm yüklərini tay kimi (Ə.Vahid). TAY II is

    Полностью »
  • TAYFA

    TAYFA I is. [ ər. ] Qəbilə, nəsil. Deyirlər ki, onlar çox qəribə bir tayfa imişlər (M.İbrahimov). TAYFA II is

    Полностью »
  • TƏBİƏT

    TƏBİƏT I is. [ ər. ] Varlıq, maddi aləm. Təbiət varlığı əlində oynadır; Ruzgarlar qudurmuş, səmalar əsəbi

    Полностью »
  • TƏHƏR

    TƏHƏR I is. [ fars. ] Üsul, yol, qayda, cür. Məsələni bu təhər həll etmək lazımdır. TƏHƏR II is. [ fars

    Полностью »