Azərbaycan qadın adlarının izahlı lüğəti.

  • SƏADƏT

    xoşbəxtlik, bəxtiyarlıq, ağgünlük

    Tam oxu »
  • SƏBA

    yüngül və lətif səhər mehi; sabah yeli

    Tam oxu »
  • SƏBAGÜL

    sabah gülü, səhər açılan gül

    Tam oxu »
  • SƏBAHƏT

    gözəllik, göyçəklik, lətif olan

    Tam oxu »
  • SƏBAXANIM

    səba xanımı, sübh gözəli; Günəş

    Tam oxu »
  • SƏBANİSƏ

    səhər qız(lar)ı, səba qadın(lar)ı, sübh gözəli; Günəş

    Tam oxu »
  • SƏBAT

    «səbat» sözündən düzəlmiş, «dözüm, mətanət» deməkdir

    Tam oxu »
  • SƏBİHƏ

    gözəl, göyçək, qəşəng, dilbər, şirin

    Tam oxu »
  • SƏBİKƏ

    əridilmiş metal külçə; sağlam bədənli

    Tam oxu »
  • SƏBİNƏ

    əsli “Sabina”dır və e.ə. X əsrdə Romada yaşamış bir qadın qəbiləsinin adındandır; sevinən, şənlənən; qiymətli

    Tam oxu »
  • SƏBİYYƏ

    kiçik qız, qız uşağı, balaca qız

    Tam oxu »
  • SƏBUYƏ

    kiçik qız, qız uşağı, balaca qız

    Tam oxu »
  • SƏBUZƏR

    kiçik zər, balaca zər kimi qız; gözəl qız

    Tam oxu »
  • SƏBZƏ

    göyərti; kişmiş növü; yaşıllıq

    Tam oxu »
  • SƏBZƏGÜL

    bax: Səbzə və Gül

    Tam oxu »
  • SƏBZƏXANIM

    Səbzə xanım; yaşıl xanım; uğurlu qız

    Tam oxu »
  • SƏCİDƏ

    düzülmüş, rədiflənmiş

    Tam oxu »
  • SƏDA

    səs, səs-səda, ün

    Tam oxu »
  • SƏDAGÜL

    səda gülü, çiçəyi; gülün sədası

    Tam oxu »
  • SƏDAQƏT

    sadiqlik, dostluq, vəfa, etibar, vəfalılıq

    Tam oxu »
  • SƏDAYƏ

    “səd” (ağgünlülük, xoşbəxtlik, bəxtiyarlıq) və “ayə” (əlamət, nişan, “Quran” surələrindəki cümlələrin hər biri) sözlərindən yaranmışdır

    Tam oxu »
  • SƏDDİQƏ

    səmimi, saf, ürəyitəmiz

    Tam oxu »
  • SƏDƏF

    dəniz böcəyinin qabığından hazırlanan parlaq maddə; saflıq, parlaqlıq

    Tam oxu »
  • SƏDƏFNUR

    sədəf nuru; sədəf kimi parlaq qız

    Tam oxu »
  • SƏDİQƏ

    həqiqi dost, vəfalı yoldaş, etibarlı rəfiqə

    Tam oxu »
  • SƏDİLƏ

    yüz il yaşayan

    Tam oxu »
  • SƏDİYYƏ

    bəxtiyarlıq, xoşbəxtlik, uğurluluq; uğurlu ulduz

    Tam oxu »
  • SƏFA

    saflıq, təmizlik; könül; könül şənliyi

    Tam oxu »
  • SƏFAGÜL

    saf gül, xalis gül

    Tam oxu »
  • SƏFALƏT

    son dərəcə ehtiyac içində yaşama

    Tam oxu »
  • SƏFANAZ

    saf işvə, xoşagələn qəmzə

    Tam oxu »
  • SƏFANƏ

    gəlir, xəzinə; böyük qayıq, gəmi

    Tam oxu »
  • SƏFANƏT

    gəlir, xəzinə; böyük qayıq, gəmi

    Tam oxu »
  • SƏFANUR

    saflığın, təmizliyin şəfəqi, işığı, ziyası

    Tam oxu »
  • SƏFAZƏR

    saf, xalis qızıl kimi gözəl qız

    Tam oxu »
  • SƏFİNAZ

    saf işvə, xoşagələn qəmzə

    Tam oxu »
  • SƏFİNƏ

    gəlir, xəzinə; böyük qayıq, gəmi

    Tam oxu »
  • SƏFURƏ

    parlaq, işıqlı ulduz

    Tam oxu »
  • SƏHƏR

    sabah açıldığı vaxt, sübh

    Tam oxu »
  • SƏHƏRBANI

    səhər banusu; Günəş; gözəl qız

    Tam oxu »
  • SƏHƏRBANU

    səhər banusu; Günəş; gözəl qız

    Tam oxu »
  • SƏHƏRGÜL

    səhər çiçəyi, səhər açılan gül

    Tam oxu »
  • SƏHƏRGÜN

    səhər Günəşi; günəşli səhər; səhər günü

    Tam oxu »
  • SƏHƏRİ

    sabah açıldığı vaxt, sübh

    Tam oxu »
  • SƏHƏRİYYƏ

    səhərlər, səhərli

    Tam oxu »
  • SƏHƏRNAZ

    səhər nazı, səhər qəmzəsi

    Tam oxu »
  • SƏHƏRNUR

    səhər nuru, işığı; səhərin aydınlığı kimi gözəl qız

    Tam oxu »
  • SƏHƏRŞƏN

    səhərin şənliyi, fərəhi; səhərin bəxşiş etdiyi sevinc

    Tam oxu »
  • SƏHƏRZƏR

    səhərin zəri; səhərin şəfəqi, Günəş kimi qız

    Tam oxu »
  • SƏHHARƏ

    cadugər, sehrlik; gözəlliyi ilə əfsunlayan

    Tam oxu »