Толковый словарь азербайджанских женских имен.

  • TƏBABƏ

    “təbabət” sözünün qısaldılmış forması; təbiblik

    Полностью »
  • TƏBƏRRİK

    uğur gətirən torpaq, su; müqəddəs adamların geyimlərinin kiçik parçası; aztapılan hər şey

    Полностью »
  • TƏBƏSSÜM

    gülümsəmə

    Полностью »
  • TƏBİƏT

    Yerdə təbii şəraitin (Yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri üzvi aləm, Yerdə insan fəaliyyəti ilə yaradılmamış hər şey

    Полностью »
  • TƏCRİDƏ

    ayırma, təkləmə

    Полностью »
  • TƏCRÜBƏ

    sınama, sınaq, yoxlama

    Полностью »
  • TƏKAY

    bircə Ay, yeganə Ay; Aya bərabər gözəl qız

    Полностью »
  • TƏKCƏGÜL

    gözəllikdə, təravətdə tək olan çiçək

    Полностью »
  • TƏKCƏNAZ

    bircə nazlı, işvəli gözəl qız

    Полностью »
  • TƏKCƏNUR

    tək bircə işıq verən, nurlandıran; misilsiz gözəl

    Полностью »
  • TƏKCƏYAR

    «təkcə» və «yar» sözlərindən yaranmış, «bircə istəkli, yeganə sevilən» deməkdir

    Полностью »
  • TƏKGÜL

    bircə gül, yeganə gül, çiçək; tayı-bərabəri olmayan gözəl

    Полностью »
  • TƏKNAZ

    tayı-bərabəri olmayan nazlı gözəl

    Полностью »
  • TƏKNUR

    tayı-bərabəri olmayan; misilsiz gözəl, nur saçan gözəl; işıq saçan tək qız

    Полностью »
  • TƏKNURƏ

    tayı-bərabəri olmayan; misilsiz gözəl, nur saçan gözəl; işıq saçan tək qız

    Полностью »
  • TƏKZƏR

    bənzərsiz qızıl; tayı-bərabəri olmayan, qiymətli zər

    Полностью »
  • TƏLİƏ

    qabaqcıl, öndə gedən, avanqard dəstə, kəşfiyyatçı dəstəsi

    Полностью »
  • TƏMİLƏ

    qədim slavyanca “tomiti” (incitmək, əziyyət vermək, üzmək; parçalamaq, dağıtmaq; usandırmaq) sözündəndir

    Полностью »
  • TƏNAY

    Aya bərabər, Ay ilə eyni olan; Ay bədənli

    Полностью »
  • TƏNHA

    tək, yalnız, yalqız; köməksiz qız

    Полностью »
  • TƏNZİFƏ

    təmiz, pak, suya çəkilmiş; nazik cunayı, tül rübənd, qatqat örtük

    Полностью »
  • TƏRANƏ

    nəğmə, mahnı, şərqi, melodiya

    Полностью »
  • TƏRAVƏT

    gözəllik, qəşənglik, gənclik

    Полностью »
  • TƏRBİYƏ

    insanın ümumi inkişaf, sistematik təhsil və tərbiyə nəticəsində biliyə, mədəni vərdişlərə və s

    Полностью »
  • TƏRGÜL

    təzə gül, yeni gul, tər gül

    Полностью »
  • TƏRXUN

    yeyilən ətirli göyərti

    Полностью »
  • TƏRXUNƏ

    yeyilən ətirli göyərti

    Полностью »
  • TƏRLALƏ

    təzə lalə, tər lalə; tər lalə kimi gözəl qız

    Полностью »
  • TƏRMİNƏ

    təzə mina, tər büllur

    Полностью »
  • TƏRNAZ

    təzə naz, təzə işvə; yeniyetmə qız

    Полностью »
  • TƏRNİSƏ

    təzə tər qız, gözəl və təravətli qız

    Полностью »
  • TƏRNUR

    təzə nur, təzə işıq, təzə doğulmuş Ay

    Полностью »
  • TƏRNURƏ

    təzə nur, təzə işıq, təzə doğulmuş Ay

    Полностью »
  • TƏRSANƏ

    arsenal, zavod, fabrik, sənaye binası, istehsal evi

    Полностью »
  • TƏSKİRƏ

    hədiyyə, yadigar, abidə; qeyd, yaddaş, xatirə

    Полностью »
  • TƏSMİNƏ

    qiymətləndirmə; kökəltmək

    Полностью »
  • TƏSMİYƏ

    qiymətləndirmə; kökəltmək

    Полностью »
  • TƏSVİRƏ

    şəkil, rəsm, surət

    Полностью »
  • TƏZƏGÜL

    tər çiçək, yeni gül, tər gül

    Полностью »
  • TƏZƏNAR

    təzə nar, təzə meyvə; yeniyetmə qız

    Полностью »
  • TƏZƏNUR

    yeni işıq, yeni nur, yeni şəfəq

    Полностью »
  • TƏZKİRƏ

    hədiyyə, yadigar, abidə; qeyd, yaddaş, xatirə

    Полностью »
  • TİFLİSXANIM

    Tiflis xanım; tiflisli xanım; çeşmə kimi qaynar xanım

    Полностью »
  • TİLA

    qızıl, qızıl suyu

    Полностью »
  • TİLAXANIM

    qızıl, qızıl suyu olan xanım; qızıl suyu kimi gözəl

    Полностью »
  • TİNATİ

    sənin mayan, sənin zatın, sənin kökün

    Полностью »
  • TİNATİN

    sənin mayan, sənin zatın, sənin kökün

    Полностью »
  • TİNƏ

    maya, əsil, zat

    Полностью »
  • TİNƏXANIM

    əsli, nəsli olan, zatı məlum olan hökmdar qadın

    Полностью »
  • TİNƏNUR

    mayası nurdan, işıqdan olan; kökü işıqla bağlı olan

    Полностью »