Azərbaycan qadın adlarının izahlı lüğəti.

  • ŞƏBGÜLÜ

    sarı, mixəyi rəngli çiçəkləri olan çoxillik bitki; sarı bənövşə

    Tam oxu »
  • ŞƏBNƏM

    şeh; gecə nəmi, gecə suyu

    Tam oxu »
  • ŞƏBNUR

    gecə işığı, gecə aydınlığı

    Tam oxu »
  • ŞƏBNURƏ

    gecə işığı, gecə aydınlığı

    Tam oxu »
  • ŞƏFA

    sağalma, sağlamlıq, xəstəlikdən qurtarma

    Tam oxu »
  • ŞƏFAQƏT

    əslində “şəfəqqət”dir; acıma, yazığı gəlmə, ürəyi yanma; mehribanlıq, səmimiyyət; şəfqət

    Tam oxu »
  • ŞƏFANAZ

    şəfaverici naz, qəmzə, işvə

    Tam oxu »
  • ŞƏFANUR

    şəfalı işıq, şəfaverici nur

    Tam oxu »
  • ŞƏFƏQ

    dan; sübh; Günəşin ilk şüaları

    Tam oxu »
  • ŞƏFƏQQƏT

    rəhm, mərhəmət, acıma, yazığı gəlmə; sübh çağı; mehribanlıq

    Tam oxu »
  • ŞƏFƏQNUR

    şəfəqin nuru, parlaqlığı, işığı

    Tam oxu »
  • ŞƏFQƏT

    rəhm, mərhəmət, acıma, yazığı gəlmə; sübh çağı; mehribanlıq

    Tam oxu »
  • ŞƏHİDƏ

    şəhid olan (Qarabağ müharibəsində atasının həlakından sonra doğulduğu üçün belə adlandırılmışdır)

    Tam oxu »
  • ŞƏHLA

    ala, iri, böyük (göz haqqında)

    Tam oxu »
  • ŞƏHLABƏYİM

    Şəhla bəyim; alagöz xanım olan qız

    Tam oxu »
  • ŞƏHLAXANIM

    Şəhla xanım; alagöz bəyim olan qız

    Tam oxu »
  • ŞƏHNAZ

    zərli ipək parça; mülayim, xoşxasiyyət; "Şur" muğamının bir hissəsinin adı

    Tam oxu »
  • ŞƏHNİGAR

    şah gözəli, şah istəklisi

    Tam oxu »
  • ŞƏHNİYAR

    şah gözəli, şah istəklisi

    Tam oxu »
  • ŞƏHRƏBAN

    şəhər valisinin (hökmdarının) arvadı; şəhərin ən böyük, tanınmış xanımı

    Tam oxu »
  • ŞƏHRƏBANU

    şəhər valisinin (hökmdarının) arvadı; şəhərin ən böyük, tanınmış xanımı

    Tam oxu »
  • ŞƏHRİ

    (ə.) aylıq; (f.) şəhərli

    Tam oxu »
  • ŞƏHRİGÜL

    zərif gül, incə çiçək

    Tam oxu »
  • ŞƏHRİZAD

    şəhər uşağı, şəhərli övladı, şəhərdə doğulmuş qız

    Tam oxu »
  • ŞƏHRİZƏ

    hər gün şəhərdə gəzən kasıb; acgöz qız

    Tam oxu »
  • ŞƏHRUZƏ

    hər gün şəhərdə gəzən kasıb; acgöz qız

    Tam oxu »
  • ŞƏXSİYYƏ

    şəxsiyyəti, əxlaqı, mənliyi olan

    Tam oxu »
  • ŞƏKƏR

    qənd, qənd tozu; şirin(qız)

    Tam oxu »
  • ŞƏKƏRNAZ

    nazı, qəmzəsi şirin olan, işvəsi ləzzət verən

    Tam oxu »
  • ŞƏLALƏ

    çayın qayadan tökülən hissəsi

    Tam oxu »
  • ŞƏMAİL

    təbiətlər, xasiyyətlər; əks, surət; görünüş

    Tam oxu »
  • ŞƏMAYIL

    təbiətlər, xasiyyətlər; əks, surət; görünüş

    Tam oxu »
  • ŞƏMİMƏ

    yaxşı iyi, qoxusu olan, gözəl qoxulu

    Tam oxu »
  • ŞƏMİRƏ

    çox qədim zamanlardan Assuriya, Babil, Urartu və Azərbaycanda dillərdə gəzən məşhur əfsanə qəhrəmanı "Şammuramata" adının sadələşdirilmiş forması

    Tam oxu »
  • ŞƏMS

    Günəş

    Tam oxu »
  • ŞƏMSİCAHAN

    cahanın Günəşi, dünyanın Günəşi

    Tam oxu »
  • ŞƏMSİQƏMƏR

    Günəş və Ay sözlərindən yaranmışdır

    Tam oxu »
  • ŞƏMSİNUR

    Günəşin nuru, Günəşin işığı

    Tam oxu »
  • ŞƏNALƏM

    aləmin sevinci, sevimli, şad dünya

    Tam oxu »
  • ŞƏNAY

    şən Ay; parlaq Ay; məmnunedici gözəl qız

    Tam oxu »
  • ŞƏNBAHAR

    bahar sevinci; sevinc gətirən bahar

    Tam oxu »
  • ŞƏNDƏ

    sevincli, məmnun, həyatından, yaşayışından razı olan, gülər üzlü, xoşbəxt

    Tam oxu »
  • ŞƏNEL

    eli şən olan, şən el

    Tam oxu »
  • ŞƏNGÜL

    «şən» və «gül» sözlərindən düzəlmiş, «gül sevincli, şad olan çiçək, sevinən çiçək» deməkdir

    Tam oxu »
  • ŞƏNGÜL

    şən gül, məmnun gül; şad gözəl

    Tam oxu »
  • ŞƏNGÜLƏ

    «şən» və «gül» sözlərindən düzəlmiş, «gül sevincli, şad olan çiçək, sevinən çiçək» deməkdir

    Tam oxu »
  • ŞƏNGÜLƏ

    şən gül, məmnun gül; şad gözəl

    Tam oxu »
  • ŞƏNLİK

    şadlıq, sevinc, fərəh; təntənə, şadyanalıq

    Tam oxu »
  • ŞƏNNAZ

    şadlıqla nazlanan, şənlənərək naz edən

    Tam oxu »
  • ŞƏNOL

    şən olmaq; sevimli ol, məmnun ol

    Tam oxu »