AZMAQ

f.
1. Yolu itirmək, istiqaməti itirmək. Meşədə azmaq. Atlılar yolu azdılar.
[Həkim:] Axı necə oldu ki, belə sağlam və qüvvətli adam olduğunuz halda, birdən azdınız və evinizin yerini itirdiniz? C.Cabbarlı.
Kənardan baxana elə gəlirdi ki, bu maşın azıb, yoldan çıxmışdır. Mir Cəlal.
İndi yay günü Mil düzün(də) … azan yolçunun susuzluqdan qorxusu yoxdur. İ.Əfəndiyev.

2. Doğru yoldan çıxmaq, yanılmaq, sapmaq.
[Şəhrəbanı xanım:] Çox yaxşı, sən azıbsan; yolundan, izindən çıxıbsan, get! M.F.Axundzadə.
Sən azma sədaqət yolunu, sevgili qardaş! C.Cabbarlı.

3. məc. Coşmaq, qudurmaq, həddini aşmaq, şiddət göstərmək.
Sən lap azmısan ha! – [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım. A.Səhhət.

◊ Ağlı azmaq – bax ağıl 1 Əməli azmaq – bax əməl.
Hər yol(un)dan azan – hər bir adam, hər ötən, hər kəs, hər yetən.
[Arvad:] Sən də hər yoldan azanı evə buraxırsan. S.Rəhimov.

Kəkliyi azmaq – bax kəklik. Nə iti(m) azıb – “nə işi(m) var, getməz, getmərəm” mənasında.
[Şəhrəbanı xanım:] Firəngdə onun nə alıb-verəcəyi var, Parijdə onun nə iti azıbdır? M.F.Axundzadə.
[Zeynəb xanım:] Mənim elə yerlərdə nə itim azıb? Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AZMAQ AZMAQ Mövlanverdi baba bir qış gecəsi qar basmış meşədə azdığı zaman bir dərviş peyda olaraq onu gətirib kəndin kənarına çıxarandan sonra özü necə qey
  • AZMAQ yanılmaq — sapmaq
  • AZMAQ itmək — çaşmaq
  • AZMAQ çaşmaq — qudurmaq
  • AZMAQ pozulmaq

Etimologiya

  • AZMAQ Dilimizdə “səhv etmək” mənasını verən yazmaq (azca səhv edən adam haqqında deyirlər: “qıl yazdı, yəni səhv qılın diametri qədər kiçik oldu”) feili olu
AZMA
AZMAN

Digər lüğətlərdə

ва́тманский вы́хватить набути́ть по-караи́мски пока́ркать фиточа́й захло́пыванье куртиза́нка невмо́чь несловоохо́тливый промока́ть кочмара стернь equalizer Hottentot long pig pincer movement saw-back silver-grey termitary автосани выправляться компьютер сцепщик шапка