azərbaycançılıq
azərbaycanlı
OBASTAN VİKİ
Azərbaycandilli
Azərbaycan dili və ya Azərbaycan türkcəsi (Cənubi Azərbaycanda: Türk dili — تورک دیلی) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləriAzərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırmaq olar. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Azərbaycandilli Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 16 oktyabr 2023 — Azərbaycan dilində olan Vikipediyada 196.051 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5 000 məqalə 22 iyul 2007–10 000 məqalə 6 dekabr 2009–2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Azərbaycandilli radio kanalların siyahısı
Azərbaycandilli radio kanalların siyahısı — Azərbaycandilli radio kanalların siyahısı Azərbaycanda ilk azərbaycandilli radio 6 noyabr 1926-cı ildə Azərbaycan Dövlət Radiosunun (indiki Radio Respublika) yaradılması ilə yaranmışdır. 1930-cu ildə Naxçıvan şəhərində yerli radionun yaradıması ilə ilk Azərbaycandilli regional radio yaranmışdır. 1953-cü idlə Almaniyanın Münhen şəhərində ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatı olan Azadlıq Radiosunun Azərbaycanca xidmətinin yayıma başlaması ilə ilk dəfə olaraq Azərbaycandan xaricdə Azərbaycandilli radio yaranmışdır.26 may 1994-cü ildə ANS ÇM radiostansiyasının fəaliyyətə başlaması ilə Azərbaycan ərazisində ilk Azərbaycandilli özəl radio yaranmışdır. 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Yayımı Teleradio İstehsalat Birliyi həyata keçirir. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2008-ci ildə verdiyi qərara əsasən 1 yanvar 2009-cu il tarixindən etibarən ölkənin "Teleradioyayım haqqında" qanununa uyğun olaraq Azərbaycan tezliklərində BBC, Azadlıq və Amerikanın səsi radiostansiyalarının yayımı dayandırılmışdır. == Ümumrespublika == === Dövlət === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Özəl == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır. == Regional == Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.
Azərbaycandilli televiziya kanalların siyahısı
Azərbaycandilli televiziya kanallarının siyahısı — Azərbaycan dilində fəaliyyət göstərən tv kanalların siyahısı. Dünyada ilk azərbaycandilli televiziya kanalı 14 fevral 1956-cı ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində Azərbaycan Televiziyasının yaradılması ilə yaranmışdır. 1963-cü ildə Naxçıvan şəhərində Naxçıvan Televiziyasının yaradılması ilə dünyada ilk azərbaycandilli regional TV kanal yaranmışdır. 9 mart 1991-ci ildə ANS TV-nin yaradılması ilə dünyada ilk azərbaycandilli özəl televiziya kanalı, SSRİ-də isə ilk özəl televiziya kanalı yaranmışdır. 1992-ci ildə İranda İran İslam Respublikası Teleradio Təşkilatının Sərhədaşırı Bölməsinin nəzdində fəaliyyət göstərən Sahar Televiziyasının azərbaycanca xidmətinin fəaliyyətə başlaması ilə dünyada ilk Azərbaycandan xaricdə fəaliyyət göstərən azərbaycandilli televiziya kanalı yaranmışdır. 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Yayımı Teleradio İstehsalat Birliyi həyata keçirir. Milli Televiziya və Radio Şurasının 2008-ci ildə verdiyi qərara əsasən 1 yanvar 2009-cu il tarixindən etibarən ölkənin "Teleradioyayım haqqında" qanununa uyğun olaraq Azərbaycan tezliklərində "Kanal D", Samanyolu və ORT 1 kimi xarici dillərdə yayımlanan qonşu ölkə kanallarının yayımı dayandırılmışdır. == Ümumrespublika == === Dövlət === Qeyd: xronoloji ardıcıllıqla sıralanmışdır.
Azərbaycandilli televiziya kanallarının siyahısı

Azərbaycandilli xəbər saytlarının siyahısı
Azərbaycandilli xəbər saytlarının siyahısı — Azərbaycanda fəaliyyət göstərməyən, baş ofisi Azərbaycanda olmayan, həmçinin Azərbaycanca versiyası olan xəbər saytlarının siyahısı.
джем-се́шен мамо́н на́кра повева́ть заве́т манса́рдный му́тно серни́стый трёхлинейный рис biplane Chaldea embowel fourling he porker Pretoria vapouring заплаканный масон наблюдение отвиснуть присчитать сырный утоление