azərbaycanlılar

azərbaycanlılar
azərbaycanlı
azərbaycanlılıq
OBASTAN VİKİ
Görkəmli azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Dünya Azərbaycanlılar Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Görkəmli Azərbaycanlılar panteonu
Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə Azərbaycanın görkəmli ictimai xadimlərin dəfn olunduğu memorial qəbiristanlıq. Burada Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və s. kimi görkəmli şəxslər dəfn edilib. Panteon Botanika bağının ərazisində, köhnə müsəlman qəbiristanlığının yerində yerləşir. == Tarixi == Qəbiristanlıq "Gorxana" adı ilə XVII əsrdə yaradılıb. Şərqi Gürcüstan İrandan vassal asılılıqda olanda, qəbiristanlığın yerləşdiyi rayona seyidlər köçməyə başladılar, ona görə şəhərin bu rayonu Seyidabad adlanmağa başlandı. Həmçinin, Tiflisdə yaşayan bütün müsəlmanları elə bu qəbiristanlıqda dəfn edirdilər. XIX əsrdə qəbiristanlığın ərazisi xeyli genişləndirilmişdir. Adı çəkilən şəxslərdən başqa qəbiristanlıqda general Abdulla-ağa Bakıxanov, Məmməd-Həsən Hacınski, yazıçı və publisist Əliqulu Qəmküsar, aktyor və rejissor İbrahim İsfahanlı, şair Mehdiqulu xan Vəfa, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, yazıçı və publisist Eynəli bəy Sultanov, yazıçı və publisist Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov, Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy Qayıbov, Müzəffər Nərimanov, Fərəc bəy Sultanov, Mirzəli Abbasov, Abbas Qurbanov, Ənvər Xudaverdiyev, Mustafa Vəliyev, Yusif Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev kimi mədəniyyət, elm xadimləri və siyasətçilər də dəfn olunub, üstəlik Axundovun ailəsinin üzvləri, onun xanımı Tuba-xanım, oğulu Adil bəy və qızı Seyra, xanımının qardaş və bacıları və Mirzə Şəfi Vazehin xanımı da burada son mənzilini tapmışdılar. Onların bir çoxunun adları bu gün panteonun girişindəki abidəyə həkk olunmuşdur.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Azərbaycanlılar
Azərbaycanlılar (az.-əski. آذربایجانلیلار‎), Azərbaycan türkləri, azəri türkləri və ya azərilər (az.-əski. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Azərbaycanlılar Türkiyədə
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar. Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır. Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir. Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir. == Tarixçə == Azərbaycanlılar, Qars və qonşu bölgələr üzərindəki Səfəvi idarəetməsi dövründə ilk olaraq Türkiyəyə köçmüşlər.
Bolqarıstanda azərbaycanlılar
Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur. Onlardan: Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978 nəfər. Onlardan: 913,957 nəfəri sünni 53,021 nəfəri isə qızılbaş-şiə Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664 nəfər. Onlardan: Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136 nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfər. Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024 nəfər.
Cənubi Azərbaycanlılar
İran azərbaycanlıları, cənubi azərbaycanlılar, İran türkləri və ya İran azəriləri (Farsca: ایرانیان آذربایجان; Azərbaycanca: ایران آذربایجانلیلاری [iˈɾɑːn ɑːzæɾbɑjˈdʒɑnlɯlɑɾɯ]) — İranda yaşayan və Azərbaycan türkcəsini özlərinin ana dili kimi danışan etnik qrup. Onlar Şimali Azərbaycanda yaşayanlarla eyni etnik qrup hesab edilirlər və İrandakı Türk xalqlarından birini təşkil edirlər. İran azərbaycanlıları özlərinin doğma bölgəsi olan İran Azərbaycanında və ya Cənubi Azərbaycanda yaşamaqdadırlar. Buraya Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Qərbi Azərbaycan ostanları daxildir. Bu ostanlarda onlar əhalinin mütləq əksəriyyətini təşkil etsələr də, habelə Kürdüstan, Qəzvin, Həmədan, Gilan, Mərkəzi və Kermanşah ostanlarında da kütləvi şəkildə yaşamaqdadırlar. Həmçinin onlardan xeyli sayda insan Tehranda, Kərəcdə və digər yerlərdə də yaşamaqdadır. İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 35–40 milyondur. Bu isə İran əhalisinin 42% — 46%-ni təşkil edir. == Demoqrafik göstəricilər == İran Orta Şərqdəki bir çox digər dövlət kimi çoxmillətli bir dövlətdir.
Məşhur azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Pravoslav azərbaycanlılar
Pravoslavlıq — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan müstəqil (avtokefal) pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. Mənbə: Şərqi pravoslav kilsəsi Pravoslav azərbaycanlılar pravoslavlığı qəbul edən və eyni zamanda keçmiş etnik köklərini qoruyan azərbaycanlılar və onlara yaxın olan xalqlar arasındakı etno-dini qrupdur . Kilsə ənənəsinə görə, müasir Azərbaycan ərazisində ilk missioner və təbliğçi həvari Varfolomey idi . Məşhur pravoslav azərbaycanlılar arasında Mirzə Kazım bəy (1802 - 1870 ) rus şərqşünas alim, Sankt-Peterburq Universitetinin (indi Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi) Şərq Dilləri fakültəsinin ilk dekanı, hərbi xadimlər Mirzə-bek (Nikolay) Qayıbov, İbrahim bəy Aslanbəyov , rəssam Ucal (Peter) Haqverdiyev , yazıçı Fasil (Basil) Irzabekov və söz yazarı Onegin Hacıqasımov da yer almışlar. Onegin Hacıqasımov pravoslavlığı1985-ci ildə qəbul etmişdir. 1988-ci ildə Optina Çöl Monastırının rahibi oldu.
Qırğızıstanda azərbaycanlılar
Qırğızıstanda azərbaycanlılar — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qırğızıstanda yaşayan hissəsinin adı. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Qırğızıstanda 16,000 nəfər etnik azərbaycanlı yaşamaqda idi. Siyahıyaalmalara və rəsmi təxminlərə əsasən Qırğızıstan əhalisi və bu ölkədəki etnik azərbaycanlıların sayı: 1999-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 4,822,938 nəfər, azərbaycanlıların sayı: 14,014 nəfər 2009-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 5,362,793 nəfər, azərbaycanlıların sayı: 17,267 nəfər 2010-cu ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,418,299 nəfər, azərbaycanlıların sayı: 17,498 nəfər 2011-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,477,620 nəfər, azərbaycanlıların sayı: 17,823 nəfər 2012-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,551,888 nəfər, azərbaycanlıların sayı: 18,046 nəfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Qırğızıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardır: “Azəri” İctimai Birliyi: Bişkek şəhərində yerləşir. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu: Bişkek şəhərində yerləşir. “Azərbaycan” Gənclər Təşkilatı: Bişkek şəhərində yerləşir.
Qərbi azərbaycanlılar
Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrı-seçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar. 1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi.
Rusiyada Azərbaycanlılar
Rusiya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Rusiyada yaşayan hissəsinin adı. Rusiya FR-nın subyekti olan Dağıstan Respublikasında yaşayan etnik azərbaycanlılar istisna olmaqla bu ölkənin digər bölgələrində yaşayan etnik azərbaycanlılar Rusiyada Azərbaycan diasporunu təşkil edirlər. 1926–2010-cu illərdə aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən Rusiya FR-da etnik azərbaycanlıların sayı: 1926-cı il sa. əsasən 27,991 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 23.428 nəfər. 1939-cu il sa. əsasən 43,123 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 31.141 nəfər. 1959-cu il sa. əsasən 70,947 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 38.224 nəfər. 1970-ci il sa. əsasən 95,689 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 54.403 nəfər.
Tanınmış azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Türkiyədə azərbaycanlılar
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar. Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır. Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir. Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir. Azərbaycanlılar, Qars və qonşu bölgələr üzərindəki Səfəvi idarəetməsi dövründə ilk olaraq Türkiyəyə köçmüşlər.
Yunanıstanda azərbaycanlılar
Yunanıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Yunanıstanda yaşayan hissəsinin adı. DAK-ın 2006-cı ildə yaımladığı məlumata əsasən Yunanıstandakı Azərbaycan diasporunun sayı 13 min nəfərdir. 10–24 may 2011-ci il siyahıyaalınmasına əsasən bu ölkədə rəsmən qeydiyyatda olan (de-yuri) Azərbaycan vətəndaşlarının sayı 126 nəfərdir.
İspaniyada azərbaycanlılar
İspaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun İspaniyada yaşayan hissəsinin adı. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən İspaniyada 14,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :İspaniyadakı təşkilatlar Azadlıq Radiosu :İspaniyada azərbaycanlılar əsasən Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar---yayınlanma tarixi: 05.01.2007.
Azərbaycanlılar partizan hərəkatında
Azərbaycanlılar partizan hərəkatında — İkinci Dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsi. == SSRİ-də alman faşizminə qarşı partizan hərəkatının təşkili == SSRİ XKS və ÜİK(b)MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində və ÜİK(b)MK-nın 1941-ci il 19 iyul tarixli "Alman ordularının arxasında mübarizənin təşkili haqqında" qərarında, bir sıra digər qərar və direktivlərində müvəqqəti işğal edilmiş rayonlarda düşmən və onun əlaltıları üçün dözülməz şərait yaratmaq, süvari və piyada partizan dəstələri təşkil etmək, işğalçılara qarşı bütün mübarizə formalarına rəhbərlik etmək üçün gizli partiya təşkilatları şəbəkəsi yaratmaq və genişləndirmək vəzifələri müəyyən olunmuşdu. Böyük Vətən müharibəsinin ilk aylarında sovet ordusunun bir sıra uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınmışdı. Lakin dözülməz əzab və işgəncələr, təbliğat və təxribat onların böyük əksəriyyətinin iradəsini qıra bilməmiş, faşizmə qarşı mübarizədən çəkindirməmişdi. Mükəmməl hərbi təlim və təcrübəyə malik olan bu döyüşçülər əsir düşərgələrindən qaçaraq partizan dəstələrinə qoşulurdular. == Azərbaycanlı döyüşçülər partizan hərəkatında == Azərbaycan döyüşçüləri Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın başqa işğal olunmuş vilayətlərində gedən partizan hərəkatında da iştirak etmişlər. Kalinin vilayətindəki Liza Çaykina adına partizan briqadasının qərargah rəisi İsmayıl Əlibala oğlu Əliyevin rəhbərliyi altında 1942-ci ilin dekabrında partizanlar Çernoyarovo kəndində düşmən qarnizonunu darmadağın etmiş və satqınlardan təşkil edilmiş polis dəstəsini, xeyli hərbi sursat ələ keçirmişdi. Quduzlaşmış faşist komandanlığı 1943-cü ilin mart-aprel aylarında Kalinin partizanlarına divan tutmaqdan ötrü güclü cəza dəstələri ayırmışdı. Aprelin 16-dan 23-ə kimi İ.Əliyevin rəhbərliyi altında xalq intiqamçıları qeyri-bərabər döyüşə girmiş, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdilər. Lakin aprelin 23-də İ.Ə.Əliyev Kudeveri kəndi ətrafında düşmən mühasirəsini yarıb çıxarkən qəhrəmanlıqla həlak olmuşdu.
Əskişəhər Azərbaycanlılar Dərnəyi
Əskişəhər Azərbaycanlılar Dərnəyi - Türkiyənin Əskişəhər şəhərində fəaliyyət göstərən diaspor təşkilatı, azərbaycanlılar dərnəyi. Üç çizgi jurnalının təsisçisi.2015-ci ildə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq ilk dəfə Əskişəhərin Muttalib bölgəsində 613 ağac əkərək Xocalı Soyqırımı Xatirə Ormanının salınmasının təşəbbüskarı. Türkiyədə Əbülfəz Elçibəyə aid təşkil olunan ilk mədəni layihənin təşkilatçısı.
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında - İkinci dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsinin şanlı səhifələrindən biri. == Avropada Antifaşist müavimət hərəkatında Azərbaycanlıların iştirakı == Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər. === Polşada === Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar. Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".
Rusiya–Ukrayna müharibəsində azərbaycanlılar
Azərbaycanlılar Rusiya–Ukrayna müharibəsində birbaşa və dolayısı ilə iştirak edirlər. 2023-cü ilin qeyri-rəsmi məlumatına görə, Ukraynada azı 130 azərbaycanlı öldürülüb, 70 nəfər itkin düşüb və 100-ə yaxın azərbaycanlı yaralanıb (2023-cü ilin may ayına qədər Rusiya işğalı zamanı Ukrayna uğrunda şəhid olmuş 26 azərbaycanlının adı məlumdur). 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrində təxminən 500 Azərbaycan əsilli Ukrayna vətəndaşı xidmət edib. Ukraynaya humanitar yardım həm Azərbaycan hakimiyyəti, həm də Ukrayna azərbaycanlıları tərəfindən təmin edilmişdir. Bəzi azərbaycanlılar Ukraynanın hərbi mükafatları ilə təltif olunmuşdur. Bakıda Ukraynanın şəhid olmuş azərbaycanlı müdafiəçilərinin xatirə lövhəsi var. Azərbaycanlılar Rusiya–Ukrayna müharibəsində onun 2014-cü ildə əvvəlindən iştirak edirlər. Krımın ilhaqı zamanı Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirmişdi ki, ukraynalılar və ruslar qohum xalqlar olsalar da, müharibə başlayarsa, Ukraynanın azərbaycanlı vətəndaşları Ukraynanı silahla müdafiə etməyə hazırdırlar. 2014-cü il sentyabrın 30-da Debaltsevoda Kiyev Rus Batalyonunun kəşfiyyat qrupunun komandiri İlqar Bağırov ("Balu") mühasirəyə düşərkən qumbara ilə özünü partladıb (ölümündən sonra "İgidlik" ordeni ilə təltif olunmuşdur). 2018-ci il iyulun 27-də Donbass uğrunda döyüşlərdə Aydar Batalyonunda vuruşmuş Beyləqan rayonunun Daşburun qəsəbəsindən olan Yolçu Əliyev həlak olmuşdur.
Almaniyada elmi dərəcə almış azərbaycanlılar
Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir. == Məktəbəqədər təhsil == Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir.
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".
Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar
Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar — Rəsmi məlumata görə, sovet işğalına qarşı mübarizədə partizanlar və dinc sakinlər də daxil olmaqla milyon yarım əfqan həlak olub. Sovet ordusu isə 15 min itki verib. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının sədr müavini Nizami Məmmədovun verdiyi məlumata görə, Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb.
Dünya Azərbaycanlıları Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Dünya Azərbaycanlılarının III Qurultayı
Dünya Azərbaycanlılarının III Qurultayı — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq 2011-ci il iyulun 5–6 tarixlərində Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının üçüncü Qurultayı. "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5–6-da Bakı şəhərində keçirilmişdir. == İştirakçılar == Dünya azərbaycanlılarının II qurultayında 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır. Ümumilikdə qurultayda 1872 nəfər iştirak etmişdir. Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir.
Dünya Azərbaycanlılarının II Qurultayı
Dünya Azərbaycanlılarının II Qurultayı — 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının ikinci Qurultayı. "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir. 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər — Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Prezident İlham Əliyev qurultaydakı çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da vurğulamışdır. İlham Əliyev qurultaydakı nitqində: == İştirakçılar == Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.. Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.
Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının IV qurultayı. İyunun 3-də Heydər Əliyev Mərkəzində açılış mərasimi olan Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirdilər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində saxlanıldı. Qurultayda ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərləri və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edilib. İyunun 4-də yekunlaşan qurultay görüşlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdi. == İştirakçılar == 2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində gerçəkləşən Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının Qurultayı
Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir. Dünya Azərbaycanlılarının I Qurultayı Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib. == Tarixi == === İlk təşəbbüs === Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikasının o zamankı Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır. Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün ö dövrkü, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edilmişdir. Lakin qurultay baş tutmamışdır. Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 725 nömrəli Sərəncamına əsasən "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli və "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. == Bütün qurultaylar == === I Qurultay === Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının i Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Ermənistan azərbaycanlıları
Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrı-seçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar. 1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi.
Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Ermənistan azərbaycanlılarının siyahısı
Bu Ermənistan azərbaycanlılarının siyahısıdır. == İncəsənət xadimləri == Aşıq Ələsgər — 19-cu əsr xalq aşığı və şairi Mirzə Qədim İrəvani — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Sabir Rzayev — yazıçı, dramaturq, tənqidçi və kino mütəxəssisi, Ermənistan SSR-in xalq artisti (1975) Səid Rüstəmov — Azərbaycanlı bəstəkar Hüseyn Seyidzadə — Azərbaycanlı film direktoru Əkbər Yerevanlı (Süleymanov) — ədəbiyyatşünas, yazıçı, pedaqoq, Ermənistan Yazıçılar İttifaqında Azərbaycan bölməsinin rəhbəri. == Elm xadimləri == Əhliman Əmiraslanov — Azərbaycanlı akademik. Heydər Hüseynov — Azərbaycanlı filosof. Mustafa Topçubaşov — tanınmış Sovet cərrahı və akademiki, Sosialist Əməyi Qəhrəmanı Arif Şəkərəliyev — Azərbaycan Respublikasının əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Maqsud Nəcəfov — Azərbaycan Respublikasının əməkdar müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor. == Siyasətçilər == İsmət Abasov — Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri (2004–2013), baş nazirin müavini (2013–2018) Əvəz Ələkbərov — Azərbaycan Respublikasının İqtisadiyyat naziri (1999–2006) Əziz Əliyev — Dağıstan Kommunist Pariyasının Regional Komitəsinin sədri (1942–1948) Oqtay Əsədov — Azərbaycan Milli Məclisinin sədri (2005–2019) Zülfü Hacıyev — Baş nazirin müavini (1989-1991), Azərbaycan SSR Ali Sovetinin deputatı (1976-1991) Nəriman İmranov — Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri (1992–1993) Xələf Xələfov — Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Qərib Məmmədov — Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri (2001-2015) Hüseyn Məmmədov — Naxçıvan MSSR Ali Sovetinin sədri (1952–1964) Misir Mərdanov — Azərbaycan Respublikasının Təhsil naziri (1998–2013) Şahin Mustafayev — Azərbaycan Respublikasının İqtisadi inkişaf naziri (2008–2013), Azərbaycan Respublikasının İqtisadiyyat və sənayə naziri (2013–2016), Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2016–2019), Azərbaycan Respublikası Baş nazirinin müavini (2019) Hidayət Orucov — Azərbaycanlı yazıçı və Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Həsən Seyidov — Azərbaycan SSR Kənd təsərrüfatı naziri (1955–1959) Əkbər ağa Şeyxülislamov — Azərbaycan Demokratik Respublikasının Kənd təsərrüfatı naziri (1918–1920) Əli İnsanov — Azərbaycan Respublikasının Səhiyyə naziri (1993–2005) Azay Quliyev — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Fransa azərbaycanlıları
Fransa azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Fransada yaşayan hissəsinin adı. 2012-ci ilə olan məlumata əsasən Fransada 70 min nəfərə yaxın miliyyəti azərbaycanlı olan şəxs yaşayır. Azərbaycanlıların Fransa ilə ilkin təmasları XIX əsrin sonlarına yaxın başlamışdır. Azərbaycan Demokratik Respublikası 1919-cu ildə 100 nəfərə yaxın tələbəni dövlət hesabına təhsil almaq üçün Avropa ölkələrinə, onlardan 42 nəfərini müxtəlif ixtisaslar üçün Fransaya göndərmişdir. Azərbaycan Demokratik Respublikasının SSRİ dönəmində məhdud səviyyədə davam edən əlaqələr Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etməsinin ardından yenidən inkişaf etməyə başlamışdır. Bu gün azərbaycanlılar əsasən Fransada paytaxt Paris şəhərində, Elzas bölgəsində, Bordo, Marsel və Kann kimi böyük şəhərlərdə yaşamaqdadırlar. == İlkin qarşılıqlı əlaqələr == Fransa ilə Azərbaycan arasında ilkin qarşılıqlı əlaqələrin tarixi XIII əsrə dayanır. Həmin dövrdə müxtəlif fransız səyyahların Azərbaycan və digər qonşu dövlətlərin ərazilərinə səfər məqsədi ilə səyahətlər etmələri məlumdur. Fransiskanlar təriqətindən olan və Fransanın şimalında yerləşən, departamentdən gəlmiş katolik rahib Vilyam Rubrok, 1254-cü ildə Şamaxı şəhərinə gələrək bir müddət burada qalmışdır. Fransız səyyahların Azərbaycana səfər etməkdə əsas başlıca məqsədləri dini missionerlik fəalliyət ilə məşğul olmaq və əsasən həmin zaman mövcud olmuş dövlətlərlə diplomatik-siyasi münsaibətlər yaratmaqdan ibarət idi.
Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası
Gürcüstan azərbaycanlıları
Gürcüstan Azərbaycanlıları — Gürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ilədə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən 233 000 nəfərdir . == Tarix == Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür. == Siyasi tarixi == Gürcüstanda yaşayan azərbaycanlılar Qamsaxurdiya zamanında ciddi təzyiqlərə məruz qalmış, dövlət qurumlarında, yerli idarələrdəki azərbaycanlıların əksəriyyəti vəzifələrdən kənarlaşdırılmış, yaşayış məntəqələrinin adları sürətlə gürcüləşdirilmişdir. == Mövcud olmuş milli dövlətlər və dövlət qurumları == Borçalı xanlığı Borçalı Qarapapaq Türk Cümhuriyyəti == Gürcüstanın azərbaycanlılar yaşayan əraziləri == Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər.
Gürcüstan azərbaycanlılarının siyahısı
Gürcüstan azərbaycanlıları siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar. Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir. Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiyası yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür.
Kanada azərbaycanlıları
Kanada azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporunun Kanadada yaşayan etnik azərbaycanlıların təşkil etdiyi hissəsinin adı. Azərbaycandan, İrandan, Şərqi Avropadan və Türkiyədən gələrək Kanadada məskunlaşmışdırlar. Azərbaycan diasporasının məlumatına görə Kanadada 275 min azərbaycanlı yaşamaqdadır, onlardan 100 mini İran azərbaycanlıları, 50 mini Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır. == Tarixi == Kanadada məskunlaşmış ilk azərbaycanlılar 1930-cu illərdən ərazidə məskunlaşmış İran azərbaycanlılarıdır. Azərbaycan mühacirlərinin ikinci dalğası isə 1950-ci illərə təsadüf edir. İmmiqrasiyanın üçüncü dalğası soyuq müharibə dövrünə, Kanadaya çox sayda SSRİ-dən immiqrantın, o cümlədən azərbaycanlıların gəldiyi dövrə təsadüf edir. Dördüncü dalğa1979-cu ildən sonraya, İran inqilabı baş verdiyi dövrə təsadüf edir. Bu zaman çox sayda etnik iranlılar, o cümlədən azərbaycanlılar Kanadaya mühacir etdilər. Beşinci dalğa isə SSRİ-nin dağıldıqdan sonrakı dövrə təsdüf edir. == Statistika == (Mənbə: Kanada 2006 rəsmi əhali sayıları) Azərbaycan diasporasının məlumatına görə azərbaycanlılar əsasən Ontario vilayətində yaşayırlar.
Latviya azərbaycanlıları
Latviya azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı. == Sayı == Latviyada təxminən 1200 nəfərdən 2000 nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir. == Təşkilatları == === "Azəri" Cəmiyyəti === "Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur. === "Ocaq" Mədəniyyət Mərkəzi === Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır. 30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir.
Lenin Ordeni ilə təltif olunan azərbaycanlıların siyahısı
== 1950-ci illər ==
Macarıstan azərbaycanlıları
Macarıstan azərbaycanlıları (ing. Azerbaijani Hungarians) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Macarıstanda yaşayan hissəsinin adı. Əsasən Budapeşt, Debreçen, Peç, Györ, Dunauyvaroş, Mişkolç, Seqed şəhərlərində yaşayırlar. == Tarixi == Azərbaycanlıların Macarıstana miqrasiyası əsas etibarilə təhsil məqsədilə olmuşdur, lakin ailə birləşməsi, iş məqsədilə də miqrasiya da aparıcı faktorlardan biri olmuşdur. === Azərbaycanlıların Macarıstanda təhsili === Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə "Study in Hungary" adlanır. == Budapeştdə Azərbaycan Evi == 28 dekabr 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılışı olub. == Macarıstanda Azərbaycan Kitab Guşəsi == 3 May 2019-cu il tarixində Macarıstanın Dunauyvaroş Universitetinin kitabxanasında Azərbaycan universitet və institutlarından ianə edilən kitabların nəticəsində "Azərbaycan Kitab Guşəsi" açılmışdır. === Təşkilatlar === Macarıstandakı azərbaycanlılar 4 müxtəlif təşkilatlarda aktiv iştirak edirlər: Macarıstan-Azərbaycan Gənclər Birliyi (qısaca MAGB).
Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. == Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası == Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".