Raçiya Açaryan
Raçiya Açaryan (erm. Հրաչեայ Աճառեան; 8 (20) mart 1876 və ya 1876, Konstantinopol[…] – 16 aprel 1953 və ya 1953, İrəvan) — Ermənistan linqvisti, leksikoqrafı, etimoloqu və filoloqu.
İstanbul ermənisi olan Açaryan yerli erməni məktəblərində, Sorbonnada Antuan Meyenin rəhbərliyi altında və Strasburq Universitetində Henrix Hübşmanın rəhbərliyi altında təhsil almışdır. O, Rusiya imperiyasında və İranda müxtəlif erməni icmalarında dərs demiş, sonra 1923-cü ildə Ermənistan SSR-də məskunlaşmışdır və ölənə qədər İrəvan Dövlət Universitetində çalışmışdır.
Poliqlot olan Açaryan bir neçə böyük lüğət, o cümlədən monumental "Erməni etimoloji lüğəti"ni tərtib etmiş, erməni dialektlərini geniş şəkildə öyrənmiş, erməni əlyazmalarının kataloqlarını tərtib etmiş, erməni dili və əlifbası tarixinə dair hərtərəfli tədqiqatların müəllifi olmuşdur. Açaryan erməni linqvistikasının atası hesab olunur.
Açaryan 8 mart 1876-cı ildə Konstantinopolda (İstanbul) erməni ailəsində anadan olmuşdur Erkən yaşda onun bir gözü kor olmuşdur. Atası Akop çəkməçi idi. İlk təhsilini Samatiyadakı Arami və Sahaqi məktəblərində, sonra Getronaqanda (1889–1893) almış, burada fransız, türk və fars dillərini öyrənmışdır. O, erməni dilinin Konstantinopol (İstanbul) dialektində danışırdı.