AÇILACAQ
AÇILAN
OBASTAN VİKİ
Aşağı açılan siyahı
Aşağı açılan siyahı - kompüter elmlərində qrafik istifadəçi interfeysində istifadəçilərə verilmiş siyahıdan bir seçim etmək üçündür. Əgər aşağı açılan siyahı aktiv deyilsə, deməli o, hazırda ancaq bir seçim imkanı verir. Aktiv olduqda isə, o aşağı açıla bilın bir neçə seçim imkanı verir ki, istifadəçi bunlardan ancaq birini seçə bilər. İstifadəçi yeni seçimini etdikdə, o yenidən qeyri-aktiv formaya düşür və seçilmiş menyu göstərilir.
Açılan Rostov dəmiryol körpüsü
Açılan Rostov dəmiryol körpüsü — üç aşırımlı, iki zolaqlı açılan, Don çayı üzərində inşa edilmiş dəmiryol körpüsü. Körpü Rostov-na-Donu şəhərində Temernik çayının mənsəbinə yaxın ərazidə, Rostov-Qlavnı və Zareniya stansiyaları arasında yerləşir. Buradan Rostov ərazisindən keçən sərnişin qatarlarının böyük əksəriyyəti və yük qatarlarının isə bir qismi buradan keçir. == Tarixi == === 1874-ci il körpüsü === Burada ilk dəmiryol körpüsü 1873—1874-cü illərdə Vladiqafqaz dəmiryollarının rəhbərliyi altında Erast Mixayloviç Zubovun layihəsi əsasında yaradılmışdır. Bu körpü bir xəttli beş aşırımlı körpü olmuşdur. Bu körpü gəmilərin hərəkəti üçün çətinliklər törədirdi. Bəzən isə hətta toqquşmalar baş verirdi. Bu məqsədlə hətta eniş barjası istifadəyə verilmişdir. Barjanın hədəfi gəmiləri sərbəst şəkildə üzü axara və əksinə istiqamətdə endirmək olmuşdur. === 1917-ci il körpüsü === Əlverişsizliyi ucbatından 1912-ci ildə 40–50 m aşağı axarda bir xəttli körpünün əvəzinə iki xəttli körpü inşa etmək qərara alınır.
Milad bayramında açılan atəş (roman)
"Milad bayramında açılan atəş" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır. == Məzmun == Tarixi gedişatın zərurəti ilə cəmiyyət quruluşu kəskin dəyişilərkən, ictimai münasibətlər də təbəddülata uğrayır. İnsanlar bir həyat tərzindən zorla qoparılıb digər yaşam şəraitinə atılır, bu da dərin faciələrə gətirib çıxarır. Müasir cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmiş oliqarxlar zümrəsinin nümayəndələri Şotlandiyadakı qəsrlərində Milad bayramını qeyd edərkən, faciə baş verir. Sıx ailə çərçivəsində qeyd olunan bayramda gənc biznesmenin dəvət etdiyi rəfiqəsi qətlə yetirilir. Bütün əşyayi-dəlillər oliqarxın şəksiz günahkar olmasını göstərsə də, müstəqil təhqiqat məramı ilə dəvət olunmuş məşhuri-cahan ekspert-analitik Dronqonun şübhələri vardır. Dronqo kələfin ucunu tapdıqca, faciə günü malikanəyə heç bir yad adamın varid ola və əsla cinayət törədə bilməyəciyi aşkara çıxır. Mahiyyətə vardıqda isə bəlli olur ki, ailə üzvləri Dronqonun əsil həqiqəti üzə çıxaracağına qətiyyən şad deyillər. Tədricən daha qəribə müəmmaların üstü açılır...

Digər lüğətlərdə

влюби́ть девятнадцати... замурова́ться кинорепортёр льнолавса́новый овеществи́ть самосбро́ска тотеми́зм восста́ние перестыко́вывание пить горькую чашу до дна работорго́вля стемали́т сши́бка эквадо́рцы крен -ility avant-garde camera toter terbium timberling дамоклов обругать полярность розоватый