Bənövşəyi-göy eqonixon
Bənövşəyi-göy eqonixon - (lat. Aegonychon purpureo-coeruleum)
== Qısa morfoloji təsviri ==
Çoxillik 30-50 sm hündürlükdə bitkidir. Kökümsovu qısa, ağaclanmış və az budaqlanandır. Gövdəsi aralı tükcüklü, sıx yarpaqlıdır. Yarpaqları oturaq, lansetvari, tamkənarlı, iti və ya küt, 2-4 sm uzunluqdadır. Çiçəkqrupu yaba şəklində 2-3 sayda, hərdən isə tək-tək yerləşərək qısa, azçiçəkli boş buruqlar şəklindədir, ləçəkləri lansetvaridir. Çiçək tacı 15 mm uzunluğunda, göy-bənövşəyi rəngli, bükük zəngşəkillidir. Meyvə saplağı qısa və qalındır; fındıqçalar 4–5 mm uzunluqda, yumurtavari, küt, hamar və parıldayan, ağ rənglidir.
== Yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Meşədə, kolluqların arasında, bağçalarda, dirriklərdə bitir.