1. sif. Qar, süd, tabaşir rəngli (qara əksi). Ağ saç. Ağ köpük.
2. sif. Təmiz, yazılmamış. Ağ kağız. Ağ dəftər.
3. is. Gözün buynuz təbəqəsində əmələ gələn ağımtıl ləkə (xəstəlik). Gözünə ağ gəlmək.
4. sif. və is. Gümüş, yaxud ağ metaldan kəsilmiş (pul). Ağ pul.
5. sif. məc. tar. Sovet hökuməti əleyhinə mübarizə etmiş, əksinqilabçı, ağqvardiyaçı mənasında. Ağ qvardiya. Ağ zabit. Ağ qoşunlar.
// İs.
mənasında cəm şəklində: AĞLAR – ağqvardiyaçılar, əksinqilabçılar.
6. İs.
mənasında cəm şəklində: AĞLAR – qaralardan fərqli olaraq, açıq rəngli damalar, ya şahmat fiqurları.
7. İs.
mənasında cəm şəklində: AĞLAR – ağ irqə mənsub olanlar, avropalılar.
8. sif. məc. dan. İfrat, mübaliğəli, açıqdanaçığa mənasında. Ağ yalan. Ağ böhtan.
◊ Ağ düşmək – ağ ləkələr düşmək, ağarmağa başlamaq, çallaşmağa başlamaq (saç, saqqal).
Ağ eləmək – həddini aşmaq, ifrata varmaq.
Ağ gecə(lər) – şimalda işıq gecələr.
Ağ gün məc. – xoşbəxtlik, səadət. Ağ gün ağardar, qara gün qaraldar. ( Ata. sözü ).
Ağ gün ağlamaq – xoşbəxtlik axtarmaq, səadət arzulamaq.
Ağ günə çıxmaq – xoşbəxt olmaq, xoşbəxt həyat keçirmək, ehtiyacdan qurtarmaq.
Ağ kömür – su-elektrik stansiyalarında elektrik enerjisinə çevrilən çay sularının hərəkət qüvvəsi.
Ağa ağ, qaraya qara demək – düzünü demək, həqiqəti olduğu kimi demək.
Ağı qaradan seçməmək – yaxşını yamandan ayıra bilməmək.
Ağına-bozuna baxmamaq – yaxşı-yamanına baxmamaq, ayırd etməmək, heç bir şeyi nəzərə almamaq, heç bir şeylə hesablaşmamaq; necə gəldi, ucdantutma.