AĞ I is. Ağ rəngli bez və s. parça. Firəngiz ağı çıxarda-çıxarda ciddiləşdi (B.Bayramov).
AĞ II is. Gözün buynuz təbəqəsində əmələ gələn ləkə (xəstəlik). Mən onun gözünə ağ sallam (C.Məmmədquluzadə).
AĞ III is. köhn. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı (Aşıq Fətəli).
AĞ IV is. məh. Tuman və ya şalvarın orta hissəsi.
AĞ V sif. Yaxşı. Ağ gün ağardar, qara gün qaraldar (Ata. sözü).
AĞ VI sif. Rəng. Qar, süd, tabaşir rəngli. Ağ ipəkdən donlar geyir çılpaq ağaclar (O.Sarıvəlli).
AĞ VII sif. [ ər. ] Sözə qulaq asmayan, itaət etməyən. Ağanın üzünə adam hər zaman bir bürüncək üçün heç ağ olarmı? (O.Sarıvəlli).
AĞ VIII sif. Tamamilə. Bu lap ağ yalandır, – dedi. – Doğrudur, Gülyanaqovla mən bir küçədə anadan olmuşuq (Anar).