AĞA
OBASTAN VİKİ
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği — Digər Ağa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Arqun ağa
Arqun ağa (1210 – 17 iyun 1275) — Oyrat tayfasından olan monqol əsilzadə, Elxanilər dövləti yaradılmazdan əvvəl 1243–1255-ci illərdə Monqol imperiyasının İranda mövcud olmuş darğaçısı. == İlk dövrləri == Rəşidəddinə görə, atası gənc ikən oğlu Arqunu Ögedeyin tərbiyəçisi Cəlair Qadana satıb, o da onu öz oğlu İlügeyə verib. Ataməlik Cüveyniyə görə isə atası minbaşı idi. Ögedey sülaləsinin xidmətində yaşadığı illərdə o, savadlı olduğu və qədim uyğur dilini bildiyi üçün hakim ailə mənsubları arasında nüfuz qazanmışdır. Argun Ögedeyin dövründə bitikçi (katib) kimi fəaliyyətə başlamışdır. Sonralar, onun xanımı Töregene xatun Arqunu monqolların Mavəraünnəhrdəki darğaçısı Körgüzün müavini təyin etmişdir. Körgüzün 1242-ci ildəki edamından sonra Arqun yeni darğaçı təyin edilmişdir. == Fəaliyyəti == Yeni katibi Şərəfəddin Xarəzmi ilə birlikdə Amu Dəryadan Anadoluya qədər geniş ərazilərə nəzarət etmək üçün təyin edilmişdi. Güyük xan hakimiyyətə gələndən sonra 1246-cı ildə bu vəsifəsini bir daha təsdiqlədi. Ola bilsin ki, Lombardiyalı Askelin 1247-ci ildə Arqun ağa ilə Baycu noyonun sarayında tanış olub.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
Ağa (titul)
Ağa (osman. أغا türk. ağa azərb. ağa‎ fars. آقا‎ Qədim türk dilində aka — böyük) — bəzi Şərq ölkələrində (Osmanlı İmperiyası, Səfəvi dövləti və s.) rütbəli bir başçıya müraciət forması, qəbilə zadəganlığının və titulunun təyin edilməsi anlamında işlədilirdi. Osmanlı İmperatorluğunda yeniçəri komandiri - yeniçeri ağası və sipahi komandiri - sipahi ağası adlanırdı. Habelə bəzi məhkəmə işçiləri qruplarının başçıları da daxil olmaqla hərbi rəhbərlərin adı ada adlanması ilə seçilirdi. Yeniçərilər ləğv edildikdən sonra (1826) Osmanlı ordusunun kiçik və orta zabitləri bu cür adlandırılırdı. XX əsrə qədər Türkiyə və Azərbaycanda ağa çiçəklənən torpaq mülkiyyətçilərinə edilən müraciət forması idi. Bəzən bir adın ayrılmaz bir hissəsi ola bilirdi.
Ağa Axundov
Ağa Əbdülxalıq oğlu Axundov (21 mart 1882, Şamaxı – 26 oktyabr 1949, Bakı) — Azərbaycan mühəndisi, energetik. == Həyatı == Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1900-cü ildə Bakı real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır). Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N. Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı.
Ağa Ağamirov
Ağa Musa oğlu Ağamirov- Vartaşen rayonu Partiya Komitəsinin birinci katibi Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu.Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son iş yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdur.
Ağa Ağayev
Ağa Aşurov
Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1936, Rostov, Rostov rayonu[d], SSRİ, Sovet Rusiyası[d]) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur. == Həyatı == Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. == Fəaliyyəti == Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir. Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir. === Milli azadlıq hərəkat üzvü kimi === Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi.
Ağa Bəşirzadə
Ağa Bəşir oğlu Bəşirzadə (1914 – noyabr 1986) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1968–1974). == Həyatı == Ağa Bəşirzadə 1914-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. 1933–1941-ci illərdə boru-prokat zavodunda elektrik texniki, mühəndis işləyən Ağa Bəşirzadə 1941–1943-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1943-cü ildən Türkmənistan SSR və Azərbaycan SSR daxili işlər nazirliklərində işləmiş, 1949-cu ildən Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1951-ci ildən isə Bakı metro tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı olmuşdur. 1951–1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Kəşfiyyatı İnstitutu direktorunun müavini, SSRİ Tikinti Bankı respublika kontoru müdirinin müavini Bakı Maliyyə Şöbəsinin müdiri vəzifələrində işləmişdir. Ağa Bəşirzadə 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin rəisi vəzifəsində çalışmış, 1968-ci ildən 1974-cü ilə qədər Azərbaycan SSR ticarət naziri, 1974-cü ildən 1986-cı ilə qədər isə Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici Ticarət Nazirliyinin müvəkkil idarəsinin sədri olmuşdur. O, 1940-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinə (8-ci çağırış) deputat seçilmişdir. Ağa Bəşirzadə 1986-cı ilin noyabr ayında vəfat etmişdir.
Ağa Eminov
Ağakərim Məşədi Kərim oğlu Əminov və ya Ağa Əminov (1888, Bakı – 1921, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Ağa Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdır. Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdur. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır. Aprel işğalından sonra Ağa Əminov bir müddət "Azərneft" sistemində işləmişdir. Ağa Əminov 1921-ci ildə Bakıda vəfat etmişdir. == Siyasi fəaliyyəti == Ağa Əminov 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olmuşdur. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Ağa Əminov 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır. ==== Parlamentdə ==== Ağa Əminov 18 fevral 1919 tarixində Müsavat Partiyası üzvü olaraq boşalan yerlərdən Ümum-Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlament üzvü seçilmişdir.
Hatəmxan ağa
Həsən ağa
Həsən ağa (XVIII əsr, Şəki – Şəki) — Şəki xanzadəsi. I Şəki xanı Hacı Çələbi xanın oğlu, II Şəki xanı Ağakişi bəyin qardaşı, III Şəki xanı Məhəmmədhüseyn xanın atası.
Mahmud ağa
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə (1826, Şamaxı – 12 mart 1896, Şamaxı) — bütün Qafqazda tanınmış musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat – incəsənət himayəçisi idi. == Həyatı == O, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi. O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. Mahmud ağa görkəmli musiqişünas kimi tanınıb, mahir tar çalırmış, muğam bilicisi idi. O, həm də gözəl avazla pəsdən oxuyurmış. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu.
Miriş Ağa
Miriş Ağa (əsl adı: Ağa Mirağa; v. 1906, Naxçıvan) — el ağsaqqalı. == Həyatı == Ulu babası orta əsrlərdə Yaxın Şərqdən Naxçıvana gəlmiş Şəms İbn Min əl-Əms adlı müqəddəs bir şəxs olmuşdur. Miriş ağa onun nəslinin son görkəmli nümayəndəsi olmuşdur. "Miriş" soyadı da onun adı ilə bağlı yaranmışdır. Xalqın inam və etiqad yeri olan Miriş ağa şəhərin erməni və rus icmalarının etimadını qazanmışdır. Deyilənə görə, Miriş ağa rəhmətə gedənə qədər Naxçıvan xanı Cəfərqulu və rus keşişi hər il Novruz bayramında ağanın evinə gəlib, onu təbrik edərmişlər. Naxçıvan Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, 1905-ci ilin ortalarında Cəhri kəndində qanlı erməni-müsəlman qırğınının qarşısı məhz Miriş ağanın övladları Mir Cəfər, Mir Həsən və Mir Aqilin Naxçıvanda maarif və mədəniyyətin inkişafında mühüm xidmətləri olmuşdur. === Vəfatı === 1906-cı ildə Naxçıvanda vəfat etmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Mirmöhsüm Ağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. == Həyatı == 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. == Mir Mövsüm Ağa ziyarətgahı == Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Nurlan Ağa
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Zaro Ağa
Zaro Ağa (kürd. Zaro Axa; 16 fevral 1764 və ya təq. 1824 – 29 iyun 1934, İstanbul) – Türkiyənin ən çox yaşamış şəxsi olduğu iddia olunan uzunömürlü. İddiaya görə 157 il yaşamışdır. Bəzi mənbələrə görə isə dünyanın ən uzunömürlü şəxsləri biri olduğu iddia olunur. Kürd əsillidir. Zaro Ağanın neçə dəfə evlənməsi barədə məlumatlar mənbələrə görə dəyişir: 10, 13, 27 və 29 dəfə evləndiyi barədə mənbələr var. Sonuncu həyat yoldaşının adı Qüdrət idi. Zaro Ağanın 13 uşağı (bəzi mənbələrdə 36), 26 nəvəsi (dəqiq bilinkir), 29 kötükcəsi olmuşdur. Ancaq 1 uşağı uzunömürlü (97 il) olmuşdur.
Ziya Ağa
Ziya Ağa (16 mart 1991, Muradbəyli, Ağdam rayonu) — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı. == Həyatı == Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb. Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb.
Züğürt Ağa
Züğürt Ağa — Nesli Çölgeçenin rejissorluğu ilə 1985-ci ildə çəkilmiş Türkiyə istehsalı dram filmi. == Süjeti == Filmdə Türkiyədə feodalizmin süqutundan bəhs edilir. Burada Şənər Şenin canlandırdığı Züğürt Ağa obrazı Haraptar kəndində ev sahibidir. Sonradan kəndə işləmək üçün gələn hiyləgər Kekeç Salman quraqlıq səbəbilə kifayət qədər məhsul yığa bilməyən kənd camaatını Ağanın mallarını oğurlayıb bu malları sataraq İstanbula köçmələrini təşkil edir. Əlində az olan, mərabəsini itirən Ağa kənddən şəhərə köçmüş, ailəsi ilə birlikdə İstanbulda yeni həyat qurmağa çalışmışdır. == Aktyor heyəti == == Mükafatları == 1986 Antalya Qızıl Portağal Film Festivalı,En İyi Yardımcı Kadın Oyuncu — Füsun Dəmirəl 1986 Antalya Qızıl Portağal Film Festivalı, En İyi Müzik — Atilla Özdemiroğlu 1986 İstanbul Film Festivalı, En İyi Türk Filmi — Nesli Çölgeçen == Qeydlər == Filmin Haraptar kəndində baş tutan səhnələrinin çəkilişləri 1985-ci ilin payızında Şanlıurfanın Sultantəpə kəndində aparılmışdır.
İsrafil ağa
İsrafil ağa Kərbəlayev (1866, Qıraq Kəsəmən – 1917, Poylu, Qazax qəzası) — XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. == Həyatı == İsrafil ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən (İndiki Ağstafa Rayon Qıraq Kəsəmən) kəndində varlı bəy ailəsində anadan olmuşdur. İsrafil ağa Qazax şəhərində qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib.Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanmışdır. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi. Bu mənada o, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğuru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi.
Mətləb Ağa
Mətləb Ağa — Azərbaycanlı yazıçı–şair, bəstəkar və hüquqşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-h.h.) Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokurorudur. Ədliyyə müşaviri xüsusi rütbəsindədir. Əli bəy Hüseynzadə mükafatı laureatıdır. == Haqqında == Ağayev Mətləb Rəfail oğlu 23 yanvar 1975-ci ildə Salyan rayonunun Beşdəli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. AYB-nin elə həmin ildəki X və 2014-cü ildəki XII qurultayının iştirakçısı olub. 2014-cü ildə "AzVision" saytının Azərbaycanın ədəbiyyat nümayəndələri arasında keçirdiyi sorğuya əsasən Müstəqillik dövrünün ən yaxşı şairlərindən biri kimi qeyd edilib. 2016-cı ildə "Sözün işığı" jurnalının təsis etdiyi mükafata layiq görülüb.
Ağa Xan
Ağa Xan — İsmaili dini icmasının başçısı və Nizarinin irsi titulu . İran şahı Fəth Əli şah bu titulu qızı Fatimə vasitəsilə Məhəmməd peyğəmbərin nəslindən sayılan Kirman hakimi (1800-1881) kürəkəni Əbülhəsənə verib . Lakin sonra I Ağa Xan 1838-ci ildə İranda uğursuz üsyana rəhbərlik etdikdən sonra Əfqanıstan və Sindhə qaçdı . Böyük Britaniyanın dəstəyini qazanaraq Bombeydə məskunlaşmağı bacardı . Əbül Həsənin nəvəsi Sultan Məhəmməd şah (1877-1957), Ağa Xan III Hindistanın siyasi həyatında mühüm rol oynamış , müsəlman əhalidən Britaniya müstəmləkəçiliyinə dəstək almağa çalışmış , xüsusən də bütün dövlətlərin prezidenti olmuşdur. == Ağa Xan İnkişaf Şəbəkəsi == 1967-ci ildə İsmaili İmaməti tərəfindən yaradılmış, bir çox beynəlxalq təşkilatlarla, o cümlədən BMT, BMTİP, BMT-nin Narkotiklərə Nəzarət Proqramı, Dünya Bankı və s., eləcə də bir çox dövlətlərlə əməkdaşlıq edən ən böyük beynəlxalq özəl təşkilatlardan biridir. 1998-ci ildə təşkilat Qazaxıstanla əməkdaşlığa başlayıb, 31 avqust 2000-ci ildə Ağa Xanın Qazaxıstana ilk səfəri baş tutub və nəticədə Tacikistanın iştirakı ilə Orta Asiya Universitetinin yaradılması haqqında Müqavilə imzalanıb .
Ağa Zeynallı
Ağa Hacıbala oğlu Zeynallı (20 iyun 1952, Kürdəmir – 31 may 2023, Kürdəmir) — Azərbaycan tarixçisi, tədqiqatçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağa Zeynallı 20 iyun 1952-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta təhsilini keçmiş 13 saylı, indiki 6 saylı dəmiryol orta məktəbində almışdır. 1977-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca tarixçidir. Ağa Zeynallı 31 may 2023-cü ildə Kürdəmir şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur. == Fəaliyyəti == Kürdəmir tarixinin tədqiqinə tələbəlik illərindən başlamışdır. XX əsrin 80–90-cı illərində mətbuatda bununla bağlı silsilə yazıları dərc edilmişdir. 15-ə qədər kitabın müəllifidir.
Ağa Petros
Ağa Petros və ya Bazlı Petros Eliya (süry. ܐܝܠܝܐ ܦܹܛܪܘܼܣ; 4 aprel 1880 – 2 fevral 1932, Tuluza) — aysor hərbi lideri. O, Birinci Dünya müharibəsindəki fəaliyyətləri ilə tanınır. == Həyatı == Petros Eliya 1880-ci ildə Osmanlı imperiyasının Aşağı Baz kəndindən idi. İbtidai təhsilini orada almış, sonra İranın Urmiya şəhərində Avropa missioner məktəbinə getmişdir. Təhsilini başa vurduqdan sonra yenidən yaşadığı Baz kəndinə getmiş və orada müəllimlik etmişdir. Süryanicə, türkcə, ərəbcə, fransızca, farsca, kürdcə, ingiliscə və rus dilləri də daxil olmaqla bir çox dilləri bildiyi üçün Osmanlılar tərəfindən katib, 1909-cu ildə isə qısa müddətə Urmiya konsulluğu vəzifəsinə təyin edilmişdir. Bəzi tarixçilər hesab edirlər ki, Petros Eliya sadəcə öz ambisiyaları ilə maraqlanırdı. Müttəfiqlərin hərbi məsləhətçiləri onun Mar Şimuna qarşı hiylə qurduğunu, Müttəfiqləri ona etibar etməkdən çəkindirməyə çalışdığını bildirmişdilər. Müttəfiqlər tərəfindən də ona etimad göstərilmədiyi bildirilir.
Gəncüm ağa Xandəmirov
Haci Mirzə Ağası Bayat
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Hacı Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Hacı Allahyar ağa Dilbazov
Hacı Allahyar ağa Dilbazov (Qazax rayonu – 1866, Qazax qəzası) — Azərbaycan nəqşbəndi, Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır. == Həyatı == Qazax mahalında nəqşbəndiliyi ilk qəbul etmiş şəxslərdən olan Allahyar ağa öz zəmanəsinə görə savadlı və təhsili bir adam olmuşdur. Əlində olan məlumatlara əsaslanaraq Firidun bəy Köçərli Allahyar ağa barəsində "dəyanətkirdar və səxavətşüar bir bəy" deyə xarakteristika verir. 1827-28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir. Şamxor döyüşünün, Əsrik döyüşünün, Gəncə ətrafındakı döyüşün qəhrəmanlarından biridir. 3 sentyabr 1826-cı il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medal layiq görünmüşdür. Firidun bəy Köçərlinin yazdığına görə, Allahyar ağanın Qafqaz nəqşbəndilərinin təriqət başçılarından olan Mirhəmzə Nigari ilə qədimi dostluğu varmış. Mirhəmzə Nigarinin Osmanlıya mühacirəti ərəfəsində bir ilə yaxın Xanlıqlar kəndində Allahyar ağanın evində qalması yalnız bu şəxsi dostluq münasibətilə izah edilə bilər. == Ailəsi == Allahyar ağa Dilbazovun şəxsi həyatı barədə məlum olan budur ki, onun üç oğlu və bir qızından sonra həyat yoldaşı vəfat edir. Bu nikahdan olan oğulları - şair Hacırəhim ağa Vəhidi, Paşa ağa, Hacıkərim ağa.
Hacı Ağa Ələsgər
Hacı Ağa Ələsgər (tam adı: Hacı Ağa Ələsgər Kərbəlayi Ağa Səfəroğlu) — XVIII əsrdə yaşamış Şamaxı ziyalısı. == Fəaliyyəti == Hacı Ağa Ələsgər 8 il Şamaxı mədrəsəsi mədrəsəsində oxumuşdur. O, həmin mədrəsədə 5 il xəlifəlik (müəllim köməkçisi) və 20 ilə yaxın müəllimlik etmişdir. == Əsəri == Hacı Ağa Ələsgər 1740-cı ildə Şamaxı şəhərində "Şirvan mədrəsəsinin tarixi" əsərini yazmışdır. Müəllif həmin əsərində tələbələrin dərsə hazırlaşması, imtahan verməsi, özünəxidmət işləri, şəhərin xeyir və şər işlərində iştirakı barədə maraqlı məlumat verir. Əsərdə 1730-1740-cı illər arasında mədrəsədə ayrı-ayrı fənləri kimlərin tədris etdiyi, tədris üsulları, dərs kitabları və sair barədə qeydlər vardır. Əsərin yazıldığı 1740-cı ildə mədrəsədə 26 müəllim və 14 xəlifə çalışdığı da həmin kitabda qeyd olunmuşdur.
Hacı Ağalar bəy Sarıcalı-Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hacı Ağalar xan Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hacı Mirzə Ağa Billuri
Hacı Mirzə Ağa Billuri (1864-1954)—İran Məşrutə hərakatının fəal üzvü, Təbriz şəhərinin meri. == Həyatı == 1864 -cü ildə təbriz şəhərində doğulmuşdur. .Azərbaycan aydınlarındandır.məşrutə inqilabinda güclü iştirak edir.1907 də Təbrizdə "Azərbaycan" qazetin sonra həşərolərz adli turkcə qazetlər buraxır. Birinci Dünya savaşında Şeyxməmməd xiyabani hərəkatına qatılır.osmanliların ittahadi islam partiyasinin üzvü olur.Güney Azərbaycan türkçülərindəndir. == Fəaliyyəti == 12 iyun 1914-cü ildə Batum və Qarsda toplaşmış Osmanlı ordusu Azərbaycana daxil olaraq, Naxçıvan və Xoya doğru hücum etdi. Osmanlılar bu yürüşdə Qarsda mövqe tutmuş qoşundan başqa, Azərbaycandakı tərəfdarlarına və Osmanlı dövlətinin ərazisinə köçmüş azərbaycanlı məşrutəçilərə də arxalanırdılar. Azərbaycanda şəkak tayfasının başçısı olan Simitko, Köhnəşəhərli Teymur ağa kimi insanlar ruslara əməkdaşlıq edirdilər. Hətta Azərbaycana dövlət tərəfindən təyin olunmuş vali Səmədxan Şücaüddövlə də rusların əli altında işləyirdi. Osmanlılar Simitkonun ruslarla əlbir olduğunu əvvəlcədən bilirdilər. Belə ki, 28 yanvar 1913-cü ildə Osmanlı dövlətinin sərhəd xidmətinin 19-cu bölüyünün komandanı yüzbaşı Abdullah Əfəndi, Yəhya Çavuş və daha bir nəfər şəxs vəzifə başından qayıdarkən, 15 nəfər Simitko atlısı tərəfindən tutularaq, Simitkonun yanına gətirilmişdi.
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Hacı Mirzə Ağası İrəvani
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Hacı Məhəmməd ağa Naxçıvani
Hacı Məhəmməd ağa Hacı Əliabbas ağa oğlu Naxçıvani (1880 və ya 1879, Təbriz – 1962, Təbriz) — kitabşünas alim və ictimai xadim. Təbriz Milli Kitabxanasının açılmasında böyük rolu olub. Kitabxanaya maddi yardımla yanaşı öz kitab kolleksiyasını da hədiyyə edib. == Həyatı və fəaliyyəti == Hacı Məhəmməd ağa Hacı Əliabbas ağa oğlu Naxçıvani Təbriz şəhərində anadan olub. Ata-babaları vaxtilə Naxçıvandan Təbrizə köçmüşlər. Əsas işi ticarət olsa da, ömrü boyu öz vəsaiti hesabına fars, ərəb və türk dillərində nadir əlyazma və çap kitabları toplamış, bu məqsədlə böyük qardaşı Hüseyn Naxçıvani ilə birlikdə dəfələrlə Avropa, Asiya və Afrika ölkələrinə — Misirə, Türkiyəyə, Hindistana, Orta Asiyaya səfər etmiş, İranın müxtəlif şəhərlərini gəzmişdir. Onun 3692 əlyazma və çap kitabından ibarət kitabxanasındakı nadir incilər arasında "Quran"ın XII əsrə aid nadir nüsxəsi, Nizami Gəncəvi "Xəmsə"sinin 4 nüsxəsi (2-si XIV–XV əsrlərə aiddir), Mirzə Hüseyn Zünuzinin 8 hissədən ibarət "Riyaz ül-cənnə", ikicildlik "Bəhrül-ülum" əsərləri, Sadıq bəy Əfşarın külliyyatı, Əlişir Nəvainin 18 əsərdən ibarət külliyyatı, Abdulla Vafi Əhməd ibn Məhəmmədin "Məcməil-Fəsih ül-Xəvas", Ömər Xəyyamın müasiri olan məşhur riyaziyyatçı Əbdürrəhman Xazinin "Mizan ül-hikmət" kitabları vardır. O digər kitab həvəskarlarından fərqli olaraq, baha qiymətə aldığı nadir kitablarını təmənnasız olaraq tədqiqatçıların istifadəsinə verirdi. Buna görə də dünyanın hər yerindən şərqşünas alimlər onun yanına axışırdı. 1956-cı ildə Təbriz Milli Kitabxanası təşkil olunarkən kitablarından 500-nü həmin kitabxanaya bağışlamış, vəfatından sonra isə bütün kitabxanasının həmin kitabxanaya bağışlanmasını vəsiyyət etmişdir.
Hacı Qiyasəddin ağa Dizaği
Hacı Qiyasəddin ağa Dizaği - Qarabağ bəylərindən, qurucu, xeyriyyəçi == Həyatı == Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində dünyaya gəlmişdi. Kəndlərinin kədxudası olmuşdu. Qurucu və xeyrxah adam olub. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdi. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur. Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı oğlu vardı.
Hacı Rəhim ağa Dilbazov
Hacı Rəhim ağa Dilbazov (1822, Qazax – 1874) — XIX əsrdə yaşamış Azərbaycan şairi.
Hacı Rəhim ağa Vəhidi
Hacı Rəhim ağa Dilbazov (1822, Qazax – 1874) — XIX əsrdə yaşamış Azərbaycan şairi.
Hacı Seyid ağa Əmirzadə
Hacı Seyid ağa Əmirzadə — Azərbaycan şairi "Əkinci" qazetinin fəallarından. == Həyatı == Hacı Seyid Rzanın əsil vətəni Xoy şəhəridir. Bir zaman orada iqamət etdikdən sonra təəhhül ixtiyar edib, İrəvanı özü üçün ikinci vətən ittixaz qılmışdır. Hacı Seyid Rza "Əkinçi"yə İrəvandan əxbarnəvis olub, nəsr ilə yazılmış bəzi məktubatı, onların cümləsindən nəzm ilə yazılmış bir məktubu dəxi "Əkinçi"də dərc olunmuşdur.
Hacı Yusif ağa Muğanlı
Hacı Yusif ağa Muğanlı (1769-1829) — Qarabağ əyanı, divanbəyi, quberniya katibi. == Həyatı == Hacı Yusif ağa Rəhim ağa oğlu 1769-cu ildə Qarabağın Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Şəhərə köçmüş, İbrahimxəlil xan Cavanşirin divanxanasında xidmət etmişdi. Üstün xidmətlərinə görə xandan mülk kimi oba və kənd almışdı. Şuşa şəhəırində və kəndlərdə rəiyyətlərə yiyələnmişdi. Hacı Yusif ağa Muğanlı rus üsul-idarəsi dönəmində divanbəyi işləmişdi. Quberniya katibi mülki çini almışdı. O, 1829-cu ildə vəfat edib.
Hacı ağa Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Hacı ağa Qubalı
Hacı ağa Qubalı — XIX əsrin ortalarında və XX əsrin əvvəllərində Qubada yaşamış Azərbaycanlı şair. == Həyatı == Doğum və vəfat tarixləri bilinmədiyi kimi, həyatı haqqında məlumat da yoxdur. Atasının adının Kərbalayi Əhməd olduğu məlumdur. Hacı ağa Qubalı Qubada 1830-cu illərdə təşkil edilən "Gülüstan" şeir məclisinin üzvlərindən idi. == Əsərləri == Hacı ağa Qubalının şeirlərinin toplandığı əlyazmaya rastlanmır. Qarayev, "Poetik məclislər" adlı antologiyasına şairin 3 şeirini daxil etmişdir.
Hacı İbrahim ağa Axundov
Hacı Əliş ağa
Hacı Əliş ağa Əmiraslan ağa oğlu Kəsəmənli (1838 və ya 1841, Zod – 1919, Gəncə) — Azərbaycan şairi. == Həyatı == Göyçənin Zod kəndindən olan el şairi Haci Əliş ağa (1838-1919) yaxşı saz çalar, müxtəlif janrlarda şeirlər yazarmış. Hacı Əliş ağa Əmiraslan ağa oğlu Kəsəmənli 1838-ci ildə Zod kəndində doğulmuşdur. Ilk təhsilini kənddə xüsusi məktəbdə almışdır. Əliş ağanın atası Əmiraslan ağa dövrünün müəyyən savad görmüş, elm və maarifə qayğı göstərən, özü də aşıqsayağı şeirlər yazan, gözəl saz tutmağı bacaran bir ağa olmuşdur. Əmiraslan ağa oğlu Əliş ağanıda ziyalı kimi görmək istəyirdi. Rəsmi sənəd olmasa da, yerli ağsaqqalların söylədiklərinə görə, Zodda seminaryaya bənzər üçillik məktəb olmuşdur. Bu məktəbə ibtidai təhsil almış və ya şəxsi məktəblərdə oxumuş gənclər qəbul olunurmuşlar. Çox güman ki, Əliş ağa bu məktəbdə təhsil almış, biliyini genişləndirmək üçün başqa şəhərlərə getməyi arzulamışdır. Atası Əliş ağanın elmə olan marağını duyub, onu Qori Müəllimlər Seminariyasına göndərir.
Hikmət Ağayev
Hikmət Səttar oğlu Ağayev (6 yanvar 1966, Günəşli, Lerik rayonu) — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti "A" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri (1993–2016), Ehtiyatda olan Polkovnik. Hal-hazırda isə "Ehtiyatda olan Zabitlər Konfederasiyası"da sədr müavini, idarə heyətinin üzvü, "Qarabağ Əlilləri Veteranları Və Şəhid Ailələri İctimai Birliyi"də idarə heyətin üzvü. == Həyatı == Ağayev Hikmət Səttar oğlu 6 yanvar 1966-cı ildə Lerik rayonunun Günəşli kəndində doğulub. Valideyinləri Bakı şəhərinə köçdükləri ilə əlaqədar olaraq ibtidai, yəni 3-cü sinfə qədər Nizami rayonu 70 saylı orta məktəbdə, daha sonra Binəqədi rayon 246 saylı orta məktəbdə təhsilini davam etdirir. 1980-ci ildə 8-ci sinfi bitirdikdən sonra təhsilini Sabunçu rayon 88 saylı orta texniki peşə məktəbində "Telefon qovşağı elektirik peşəsi" sahəsində davam etdirir. 1984-cü ildə texniki peşə məktəbini bitirir.. Hərbçilik fəaliyyətinə 1984-cü ildə uşaqlıq arzusu olan Şimali Osetyanın Ordjenkisze şəhərində yerləşən Ali Ümümqoşun hərbi məktəbinə qəbul imtahanlarına sənədlərini verərək başlamışdır. Müsabiqədən keçə bilmədiyindən öz ərizəsilə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə getməyi ilə əlaqədər olaraq hərbi komisarlığa müraciət edir. 1984-cü ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılır. Həqiqi hərbi xidmətini Çita şəhərində Təlim ümumqoşunlar alayında serjant kurslarından başlayır.
Hüseynbala Ağaverdiyev
Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı. == Həyatı == 1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir.
Hüseynqulu Ağaməmmədov
Həbib ağa Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Həyatı == Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi. Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur. O, 1956-cı ildə Bakıda vəfat edib. == Ailəsi == Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin] Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
Həmdəm Ağayev
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.

Значение слова в других словарях