AĞACOVAN

is. zool. Ağac oduncağını və qabığını ovub deşən, sürfəsi olan böcək.
AĞACMİŞARLAYAN
AĞACVARİ
OBASTAN VİKİ
Ağacovanlar
Ağacovanlar(Cossidae) uzun bığ böcəklər – müxtəlifqanadlılar yarımdəstəsinin gecə kəpənəkləri fəsiləsinə aiddirlər. Primitiv damarlanmış qanadlarının uzunluğu açıq halda 220 millimetrə çatır. Müxtəlif rənglidirlər. Şimal yarım kürəsində yaşayan növlərinin rəngi, əsasən, qonurumtul və ya bozdur. 600-ə qədər növü vardır. Bütün qitələrdə, Asiya və Afrikanın tropik qurşaqlarında isə daha çox yayılmışdır. Ağacovanların tırtılları çılpaq, ətli, ağ, sarı və ya qırmızı rəngdə olur; ovmaqla oduncaqda uzun şırımlar açır və ağacı yararsız hala salır; ot bitkilərinin kök, soğanaq və gövdəsində az rast gəlir. İnkişaf dövrü, adətən, 2 və ya 3 il davam edir. Meyvə bağlarına və meşə əkinlərinə, əsasən, budağagirən Ağacovanlar yaxud yeyici ağacqurdu (Zeuzera pyrina) və qoxulu (üfunətli) Ağacovanlar (Cossus cossus) zərər verir. Mübarizə tədbirləri: ağac gövdələrinə gil, əhəng və peyindən ibarət qarışıq sürtmək- Ağacovanların ağacların gövdəsinə yumurta qoymasının qarşısını almaq üçün; tırtılların ovduğu şırımları insektisidlərdə isladılmış pambıq və ya kəpitkə ilə tıxamaq; yoluxmuş budaqları budamaq və yandırmaq; tırtıllarla çox yoluxmuş ağacları kəsmək və yandırmaq.

Digər lüğətlərdə

бушме́нка воспроизво́дство изде́ржки к доверше́нию налёт ускоря́ть чернозём вычека́ниваться дилижа́нсовый домостро́евский ежемину́тно испепели́ть отве́тчик попра́вить голову слепе́ц сме́сь фаза́н хватить activity network biorheology dustman emergency crop indigenously рыкать таксация