AĞARMIŞ

f.sif.
1. Ağ olmuş, tamamilə çallaşmış. Ağarmış baş, saqqal.
– Gəldiyev nəzərini kişinin ağarmış saçlarına salmışdı. Mir Cəlal.

2. Bozarmış, solmuş, rəngi dönmüş, rəngi çevrilmiş. Ağarmış parça.
AĞARMAQ
AĞARTDIRMA
OBASTAN VİKİ
Ağarmış yovşan
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir. == Ekologiyası == Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda yayılmışdır.

Digər lüğətlərdə

же́нственность ка́ломель общеизве́стность по-старомо́дному расчисля́ться упелёнывать экспирато́рный альтруи́стка бактерио́лог боязли́вые галифе́ дозво́ленный полбуты́лки слухово́е окно спо́рщик тверде́ние эндога́мия дистанция flavorous lock sea-card sunrise вычищать говорливость окулировка