Ağayar Axunzadə
Ağayar Axunzadə -Ağayar Əbdüləzim oğlu Axunzadə 1957-ci il noyabrın 5-də Bakı şəhərində, Zabrat qəsəbəsində anadan olub. 1992-ci ildən SSRİ-nin əməkdar məşqçisi, 1995-ci ildə Tərəqqi, 2002-ci ildə Şöhrət ordenləri təlfif olunmuşdur.2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü.
== Həyatı ==
Ağayar Axundzadə 1957-ci il noyabr ayının 5-də Bakı şəhəri Zabrat qəsəbəsində anadan olub. 1964-cü ildə 75 saylı orta məktəbə getmişdir. 1972-ci ildə Biləcəri qəsəbəsində Azərbaycan Respublikasının əməkdar məşqçisi Sabir Məmmədovun başçılığı altında sərbəst güləş bölməsində məşğul olmuşdur.1973-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi Tərlan Həsənovun başcılığıaltında sambo və cüdo bölməsində məşq etmişdir. Dəfələrlə ağır çəkidə cüdo üzrə Azərbaycan Respublikasının, "Lokomotiv"in mərkəzi Şurasının qalibi olmuş, 1977-ci ildə Gənclərin Ümumittifaq Oyunlarında V yeri tutmuş, 1979-cu ildə SSRİ Xalqlarının V Spartakiadasının iştirakçısı olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası daxil olmuşdur. 1980-ci ildən Respublika Olimpiaya Ehtiyatları idman məktəbində cüdo üzrə məşqçi müəllim işləyir.1996-cı ildə cüdo idman ba. məşqiçisi kimi XXVI, 2000-ci ildə XXVII, 2004-cü ildə XXVIII Yay olimpiya oyunlarında iştirak etmişdir.
== Mükafatları ==
1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirmişdir.