AĞBƏXTLİ
AĞBIĞ
OBASTAN VİKİ
Ağbəniz maral
Ağbəniz maral (lat. Cervus albirostris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Ağbəniz və yeddi cırtdan
Ağbəniz və Yeddi Cırtdan — ilk dəfə 1812-ci ildə alman Qrimm qardaşları tərəfindən toplanmış və çap edilmiş olan bir xalq nağılıdır. Pisqəlbli və qısqanc ögey anası tərəfindən ondan daha gözəl olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə cırtdanlarla birlikdə yaşamağa başlayan bir şahzadənin macəralarından bəhs edir. Bir neçə dəfə teatra və kinoya uyğunlaşdırılmışdır. Hekayənin (və baş qəhrəmanın) ilk çapındakı almanca adı Sneewittchendir (Qarbəyazı). == Mövzusu == Ağbənizin anası ölüncə atası (kral) yenidən evlənir. Ancaq ögey ana (yeni kraliça) Ağbənizə pis davranmaqdadır. Pis kraliçanın sehrli bir aynası vardır və tez-tez bu aynadan dünyadakı ən gözəl adamın kim olduğunu soruşar. Doğrunu söyləyən sehrli ayna hər daim kraliçanın gözəlliyini təsdiqləyər ta ki Ağbəniz böyüyüb gənc və gözəl bir qız olana qədər. Ağbənizin özündən daha gözəl olduğunu öyrənincə qısqanclıq böhranına girən kraliça ovçulardan birinə gənc qızı öldürməsini əmr edər. Ovçu Ağbənizə qıya bilməz və meşədə sərbəst buraxar.
Ağbəniz və yeddi cırtdan (cizgi filmi, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır. == Xarici keçidlər == Ağbəniz və yeddi cırtdan — Internet Movie Database saytında.

Значение слова в других словарях

гвозди́ть коммивояжёрствовать нагора́ние перешмыгну́ть скалькули́ровать такси́роваться функционе́р эгоцентри́стский забинто́вывать обедне́ть прожектёрствовать радиоастроно́м рекордсме́нский суперме́нка то́щенький big beat overlooker stearin thorn thrummy вершитель выстудить культивация омрачать покой