ağlar
ağlarcasına
OBASTAN VİKİ
Ağlar söyüd
Ağlar söyüd (yaxud Babil söyüdü və ya sallaq söyüd) (lat. Salix babylonica) — Söyüd fəsiləsindən bitki cinsi. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. == Həyatı == 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Gülər Abdullabəyova
Abdullabəyova Gülər Həsən qızı — ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1980). == Həyatı == Gülər Abdullabəyova 1946-cı il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 6 saylı şəhər məktəbini bitirmişdir (1963). ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1963–1968). M.F.Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim (1970–1974), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində aspirant olmuş (1974–1978), hazırda elmi işçi vəzifəsində çalışır (1978-ci ildən). 1973-cü ildə ilk məqaləsi "İnqilabçı şair Adam Mitskeviç" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda Azərbaycan-Polşa ədəbi əlaqələr mövzusunda müntəzəm elmi məqalələrlə çıxış etmişdir. Onun 50-dən artıq elmi məqalələri müxtəlif dillərdə çap olunmuşdur. Kiyevdə Beynəlxalq Slavyan ədəbiyyatı qurultayında (1983), Varşavada tənqid və ədəbiyyatşünaslığın aktual problemləri elmi konfransında (1986) iştirak etmişdir. Polşada Elmlər Akademiyasında elmi ezamiyyətdə olmuşdur (1986).
Gülər Abdullayeva
Abdullabəyova Gülər Həsən qızı — ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1980). == Həyatı == Gülər Abdullabəyova 1946-cı il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 6 saylı şəhər məktəbini bitirmişdir (1963). ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1963–1968). M.F.Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim (1970–1974), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində aspirant olmuş (1974–1978), hazırda elmi işçi vəzifəsində çalışır (1978-ci ildən). 1973-cü ildə ilk məqaləsi "İnqilabçı şair Adam Mitskeviç" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda Azərbaycan-Polşa ədəbi əlaqələr mövzusunda müntəzəm elmi məqalələrlə çıxış etmişdir. Onun 50-dən artıq elmi məqalələri müxtəlif dillərdə çap olunmuşdur. Kiyevdə Beynəlxalq Slavyan ədəbiyyatı qurultayında (1983), Varşavada tənqid və ədəbiyyatşünaslığın aktual problemləri elmi konfransında (1986) iştirak etmişdir. Polşada Elmlər Akademiyasında elmi ezamiyyətdə olmuşdur (1986).
Gülər Mehdiyeva
Gülər Ələkbər qızı Mehdiyeva — "Təhsil" nəşriyyatının baş redaktoru. == Həyatı == Gülər Mehdiyeva 1959 cu il iyun ayının 1-də Ağsu rayonunda anadan olmuşdur. Orta məktəbi bitirib, Bakı Dövlət Universitetinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra "Gənclik" nəşriyyatında korrektor kimi işə başlamışdır. Gülər Mehdiyevə təcrübəli dərslik müəllifi kimi də tanınır. "Paltar tikmənin əlifbası", "Bir ömrün odisseyası" və "Həyat bilgisi" (1-5 siniflər) dərsliklərinin müəllifini, "Azərbaycan tarixi" (5, 7, 8, 9-cu siniflər), "Ədəbiyyat" (5-ci sinif), "Təsviri incəsənət" (5-ci sinif), "Coğrafiya" (9 və 11-ci siniflər), "İnsan və cəmiyyət" (10-cu sinif) dərsliklərinin və bir çox bədii kitabların redaktorudur. ƏSƏRLƏRI 1. Paltar tikməyin əlifbası. – Gənclik, 1996 2. Fərasətli cırtdan.
Gülər Nəbiyeva
Gülər Nəbiyeva (tam adı: Gülər Nəbi qızı Nəbiyeva; d. 15 iyul 1970) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikası Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı. == Həyatı == 1970-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində anadan olub. Ailədə 5 uşaq olublar. Aktrisa atasının icazəsilə aktrisa peşəsinə yiyələnib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. == Fəaliyyəti == 1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etmişdir. Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. Teatr və kino sahəsindən əlavə aktrisa Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Estetika kafedrasının müəllimi çalışır.
Gülər Əhmədova
Gülər Mikayıl qızı Əhmədova (20 avqust 1965, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədi. == Erkən illəri və ailəsi == Gülər Əhmədova 20 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir. Rus və ingilis dillərini bilir.1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisidir. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.Gülər Əhmədova evlidir, həyat yoldaşı Fikrət Əhmədov fizika-riyaziyyat elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Gülər Əhmədova 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olmuşdur. O, 2000-ci ildən 2005-ci ilədək ikinci çağırış Milli Məclisin deputatı olmuş, 2005-ci ildən üçüncü çağırış millət vəkili olaraq Yasamal rayonunu parlamentdə təmsil etmişdir. O, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli göstərmiş, 7,756 səs yığaraq dördüncü çağırış deputatı seçilmişdir.
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Müammər Gülər
Müammər Gülər (21 mart 1949, Mardin) — Türkiyənin daxili işlər naziri. == Həyatı == Müammər Gülər 1949-cu ildə Mardində anadan olub. Ankara Hüquq Fakültəsi məzunu olan Gülər Niğdə, Kayseri, Qaziantep, Samsun və İstanbul valisi olub, daha sonra isə Dövlət İntizamı və Təhlükəsizliyi Baş İdarəsinin qurucu baş idarə rəhbəri olub. Gülər son seçkilərdə Mardindən millət vəkili seçilib.
Yaşar Gülər
Yaşar Gülər (18 sentyabr 1954, Ərdəhan) — Türkiyənin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin generalı, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi (2018-2023). == Həyatı == Yaşar Gülər 1954-cü il yanvarın 1-də Ərdahanda anadan olub. 1972-ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil almağa başlayıb. 1974-cü ildə akademiyanı bitirərək hərbi karyerasını qurmağa yönəlib. İlk olaraq, Türkiyə Quru Qoşunlarında xidmətə daxil olub. Yaşar Gülər 10 il ərzində müxtəlif piyada və rabitə birliklərində xidmət etmiş, sonra onlardan birinin komandirliyinə yüksəlmişdir. 1986-cı ildə o, Türkiyənin Hərbi Ordu Kollecini fərqlənmə diplomu ilə bitirərək heyət zabiti rütbəsini aldı. === General rütbəsində === Yaşar Gülər 2001-ci ildə briqada generalı, 10-cu Piyada Briqadasının komandanı, həmçinin Baş Qərargahın Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi vəzifəsinə yüksəlmişdir. 2005-ci ildə diviziya generalı rütbəsinə layiq görülmüşdür. Yaşar Gülərhəmən il Baş Qərargahda xidmət etməyə başlamışdır.
Arda Gülər
Arda Gülər (25 fevral 2005, Altındağ ilçəsi, Ankara ili) — La Liqa klubu "Real Madrid" və Türkiyə milli komandasında çıxış edən Türkiyə futbolçusu. Yarımmüdafiə mövqeyində çıxış edir. Karyerasına "Fənərbaxça"da başlamışdır.Arda Gülər ilk qolunu 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 19 iyun 2023-cü ildə Samsun 19 May Stadionunda keçirilən Türkiyə-Uels matçında vurdu. 18 yaşlı Gülər bu qolla Türkiyə millisinin heyətində rəsmi oyunlarda qol vuran ən gənc futbolçu kimi türk futbol tarixinə düşüb. == Karyerası == === Gənclərbirliyi === Arda Gülər 25 fevral 2005-ci ildə Ankaranın Altındağ rayonunda anadan olub. Atası Ümid Gülər, anası isə Sərab Gülərdir. Futbola 9 yaşında şəhərinin Gənclərbirliyi komandasında başladı. Hələ 13 yaşında ikən "Gənclərbirliyi" Futbol Məktəbində istedadları ilə gündəmə gələn Arda bir çox liqa matçlarında meydana çıxdı və "iki yarımlıq" ləqəbini aldı. Arda ilk dəfə "Osmanlıspor" — "Gənclərbirliyi" U14 matçında başqa futbolçunu izləmək üçün tribunada olan Serhat Pekməzçinin diqqətini cəlb edib. Bu matçdan sonra Pəkməzçi Ardanın görüntülərindən ibarət DVD-ni Fənərbaxçanın idman direktoru Damien Comolli və prezident Əli Qoça göndərib.
Ağlar-Güləyən (1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Gülər Əhmədova olayı
Gülər Əhmədova olayı və ya "Gülərgate" — Elşad Abdullayevin yayımladığı ilk video çəkiliş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Gülər Əhmədova ilə bağlı olmuşdur. == Gizli video çəkilişlər == Elşad Abdullayev 25 sentyabr 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikasının müxtəlif vəzifəli şəxslərlə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa başladı. Həmin videoların bəziləri üzrə cinayət işləri açılmış, müxtəlif şəxslər həbs edilmiş və ya tutduğu vəzifədən azad edilmişdir. === Cinayət işi başlanması === 28 sentyabr 2012-ci ildə videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılmışdır. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır. === Deputat mandatından imtina === Elə həmin gün Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraciət edir. 3 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının bu məsələyə dair keçirilmiş iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın mandatından imtina barədə verdiyi ərizəyə baxılmış, onun mandatının ləğv olunması barədə qərar çıxarılmışdır. === Yeni Azərbaycan Partiyasının münasibəti === Həm Elşad Abdullayevin, həm də Gülər Əhmədovanın iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü olması, olayın əsas diqqətçəkən məqamlarından biridir. Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov baş verən hadisə ilə bağlı belə demişdir: "Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi, məhz, belədir." === Müxalifətin münasibəti === Baş verənlərlə bağlı olaraq İctimai Palata oktyabrın 13-də Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi məqsədilə paytaxt meriyasına müraciət etmiş, lakin Bakı Şəhər İcra Hakimiyyəti onlara 20-ci sahədə mitinq keçirmək üçün razılıq vermişdir.
Əsən Gülər Özyavuz
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi.
Ağlar-güləyən (film, 1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Ağlar və qaralar (balet)
Ağlar və Qaralar — Xəyyam Mirzəzadə tərəfindən 1984-cü ildə fortepiano üçün 12 prelüd silsiləsi əsasında bəstələnmiş balet. Premyera 7 iyun 2000-ci ildə olub. Baletmeyster Pulumb Agilliu, rəssam Tahir Tahirov, dirijor Cavanşir Cəfərov. == Məzmun == == Qaynaq == Bir ömrün fəsilləri.
Analar yanar ağlar (film, 1990)
Analar yanar ağlar televiziya tamaşası 1990-cı ildə Azərbaycan televiziyasında istehsal edilmişdir.

Digər lüğətlərdə

бура́нный втопта́ть грена́ж интуитиви́зм по-шахтёрски прихва́стывать сенсибилиза́ция холо́п вы́ждать команди́рский недоказа́тельный перераспределе́ние разгры́зться enclitic erewhiles misusage musqueeto self-affected shrivel slack spiky storyboard затруднительность ларингоскоп паллиативный