AĞNAMAQ

Divar uçub töküləndə deyirik: divar ağnayıb tökülür. Qədimdə ağmaq feili olub və rus dilinə “свалиться”, “склоняться”kimi tərcümə olunub. Sonra ağ­maq feili ağnamaq şəklində sabitləşib. Sözün qədim kökü kəlməsidir, “yuxarı” anlamı ilə bağlıdır. “Torpağın ağnaması”, “yuxarıdan aşağı tökülməsi” kimi başa düşülə bilər. Ağnamaq sözünün başqa bir mənası heyvanla bağlıdır: o, ayaqlarını yuxarı qaldırır, belini yerə qoyur və sağa-sola hərəkət edir. Ağmaq feilinin “əyilmək, o yan, bu yana meyil etmək”mənası da var. Heyvanın ağna­ma­sı, adamın axsaması (əsli: ağsamaq olub) sözünün əyilmək mənası ilə bağ­lı­dır. -sa şəkilçisi meyil bildirən feillər düzəldir (susamaq – “suya meyil etmək” və s.). Ağnaaxsa sözlərində də şəkilçi əyilməyə meyili ifadə etmək vəzifəsini yerinə yetirir. 

AĞNAĞAZ
AĞRI-ACI

Значение слова в других словарях

быстроно́гий жиронди́стский загото́вщица копе́йщик парализова́ть премирова́ть а то ... бесце́льность всуху́ю концессионе́р пиети́зм последняя ка́рта шебарша amphoteric calibre close-down copacetic electron microscope flycatcher hog-succory incandesce nighty saloon deck Spice Islands stub-end