AĞSAQQAL

sif.is.
1. Saqqalı ağarmış, qoca.
[Bayraməli:] Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, … heç biri yerindən tərpənmək istəmir. N.Vəzirov.
Baqqal dükanı qarşısında toplanıb söhbət edən ağsaqqallar, məhəllə cavanları bir para sözlər danışırdılar. H.Nəzərli.

// Ümumiyyətlə, qoca, yaşlı.
“Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” mənim bir neçə əziz yoldaşlarımın məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. C.Məmmədquluzadə.
İndi bu qürbət şəhərdə ağsaqqal vaxtımda bir tikə çörəyin dalınca düşüb gəzirəm. Çəmənzəminli.

2. məc. Bir ailənin, elin, cəmiyyətin ən yaxşı və hörmətli adamı, başçısı.
İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. C.Məmmədquluzadə.
Camaat bir neçə nəfər ağsaqqal intixab edib, məsləhət üçün haman bəyin yanına göndərdilər. Ə.Haqverdiyev.
Qabaqda kəndin ağsaqqalları, qadın və qızları, dallarınca gənclər, uşaqlar qarşımıza çıxdılar. S.Rüstəm.

◊ Ağsaqqallar şurası (məclisi) – müxtəlif təşkilatlarda bəzi orqanların adı (məs.: nümayəndə rəhbərlərinin, fraksiya başçılarının şurası və s.).

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞSAQQAL 1. AĞSAQQAL (müxtəlif mənalarda) [Dekan:] Demək, sizin köhnə ağsaqqalınız başqa instituta keçdi (Ə.Kərim); BAŞBİLƏN Tahirzadə: Bu camaatın bir başbilə
  • AĞSAQQAL qoca (kişi)
  • AĞSAQQAL böyük — rəhbər
AĞSAÇLI
AĞSAQQALLIQ
OBASTAN VİKİ
Ağsaqqal (Urmiya)
Ağsaqqal (fars. اغ سقل‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 675 nəfər yaşayır (104 ailə).
Ağsaqqal qızılquş
Ağsaqqal qızılquş (lat. Falco cenchroides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Ağsaqqal muymulu qızılquş
Azərbaycan Ağsaqqallar Şurası
Azərbaycan Ağsaqqallar Şurası — 1989-cu ildə İmam Mustafayev tərəfindən təsis olunmuş təşkilat. == Tarixi == 1989-cu ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayev tərəfindən təsis olunub. 1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 1998-ci ildə İmam Mustafayevin vəfatından sonra akademik Budaq Budaqov 1998–2012-ci illərdə sədrlik edib. 2012–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini,Fəttah Heydərov rəhbərlik edib. 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı — "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev keçirilən qurultayda sədr seçilib. == Fəaliyyəti == === Həyata keçirtdiyi layihələr === Azərbaycan Ağsaqqallar Şurası ilə "Türk Dünyası Ağsaqqalları" qəzetinin birgə təbdirlər keçiriblər. "İmkansız ailələrə maddi-mənəvi dəstək, gənc ailələrin maarifləndirilməsi"(2000–2006) "Bizə uzanan əllər" (2005-ci ildən bu günə qədər) "Ümidə qayıdış- həbsxanada cəza çəkən insanların tərbiyələnməsinə ictimai dəstək və yaradıcı insanların tanıdılması"(2007–2011 "Görünməyən tariximiz-itməkə olan abidələrin və adətlərin bərpası, qeydə alınmamış abidələrin şərhi"(2008–2010) "Ağsaqqal və gənclik- cəbhələrdə, məktəb və bağçalarda gənclərlə birlikdə maarifləndirici təbliğat"(2009–2012 "Ekologiya və biz" (2010–2013) "Əsgərlərə yeni ruh"(2011–2019) "Biz heç kimi unutmuruq.."(2008-ci ildən davam edir) "Türkdilli dövlətlərin həyatı və inteqrasiya məsələləri Azərbaycan mediasında: mövcud durum və perspektivlər"(2013-Mətbuat Şurası ilə birgə 1 illik layihə "Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında"(2017–2018) "Azərbaycanın iqtisadi konsepsiyası:media hərəkətverici qüvvə kimi"-(2013) Qeyd edək ki, bu layihələr çərçivəsində Ramin Əhmədov işçi qrupu ilə birlikdə hər il 500-dən yuxarı şəhid ailəsini və şəhid məzarlarını ziyarət edir, imkansız aztəminatlı ailələrin və sığınacaqlarda olan uşaqları dərs ləvazimatları, paltar və ərzaqla təmin edir. Müharibə veteranları, fiziki qüsurlu insanlara məxsusi diqqət ayırır. Bütün bayramlarda onlara tədbir keçirilir, ərzaq sovqatı verilir.
Azərbaycanın ağsaqqalları (film, 1969)
Azərbaycanın ağsaqqalları qısametrajlı sənədli filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-poetik kinooçerk ən hörmətli adamlara-sifətləri həyatın keşməkeşli yollarından qırışmış, neçə-neçə ağlı-qaralı illəri yola salmış Azərbaycanın müdrik ağsaqqallarına həsr olunmuşdur. == Məzmun == Lirik-poetik kinooçerk ən hörmətli adamlara-sifətləri həyatın keşməkeşli yollarından qırışmış, neçə-neçə ağlı-qaralı illəri yola salmış Azərbaycanın müdrik ağsaqqallarına həsr olunmuşdur.Filmdə qocaların həyat tərzi və məişəti tədqiq edilərək belə nəticə çıxarılır ki, uzun ömrün əsas sirri əməkdir. Uca dağlar qoynunda, sərt iqlimdə yaşayan qocalardan 115 yaşlı Nəsir Qasımovla, 113 yaşlı Hüseyn Dadaşovla, onun arvadı Əsmətlə, 162 yaşlı Şirin baba, Şirəli baba və başqaları ilə tanış oluruq. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: İmran Mirzəyev Rejissor: Seyfulla Bədəlov Operator: Seyfulla Bədəlov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Ağsaqqallı
Nəsrimizin Ağsaqqalı (1970)
== Məzmun == Film Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur. Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə "Mehman" və "Su ərizəsi" əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Vaqif Hümmətoğlu Rejissor: Əli Musayev Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Filmin direktoru: Əli Məmmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Nəsrimizin ağsaqqalı (film, 1970)
== Məzmun == Film Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur. Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə "Mehman" və "Su ərizəsi" əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Vaqif Hümmətoğlu Rejissor: Əli Musayev Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Filmin direktoru: Əli Məmmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi
"Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi (TAİB) və ya sadəcə "Türk Ağsaqqalları Birliyi" — Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi məqsədilə yaradılmış ictimai birlik. Ramin Əhmədov tərəfindən təsis edilmiş qurum 2021-ci ilin sentyabrından fəaliyyət göstərir. Birliyin hal-hazırkı sədri Sudeyf İmamverdiyevdir. == Profili == "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi (TAİB) 15 sentyabr 2021-ci il tarixində – Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakının azad edilməsinin 103-cü ildönümündə yaradılmış, Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmişdir. TAİB-in təsisçisi və İdarə Heyətinin sədri, "Missiya" Media Qrupunun rəhbəri Ramin Əhmədovdur. Odur ki, qurumun qərargahı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 207 ünvanında yerləşir. Təşkilatın mətbuat orqanı "Türk Dünyası Ağsaqqalları" qəzetidir. TAİB-in əsas məqsədi ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi və türk ağsaqqallarının birliyinə nail olmaqdan ibarətdir. Təşkilatın fəaliyyəti əhalisi türkdilli olan dövlətlərin ərazisini əhatə edir. == Fəaliyyəti == "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi İkinci Qarabağ müharibəsindən sonra qazilər, millət vəkilləri ilə birlikdə bir neçə mühüm tədbir təşkil etmişdir.

Digər lüğətlərdə

атоми́ст де́нежно-вещево́й легкоатле́тка мо́лотый обречённость повто́рный позити́вный суда́нец Тунсу́н-заде́ уздяно́й шахтёрка барсе́точный просклоня́ть радиобюро́ теодоли́тный карабин air-cushioned billposter caution board hind out-island percent ribonucleotide иглистый проклятый