AĞZIBİR

1. AĞZIBİR (dan.), SÖZÜBİR, HƏMRƏY (bax)

2. ağzıbir bax həbsxana

AĞYOL
AĞZIBOŞ
OBASTAN VİKİ
Ağzıbir
Ağzıbir (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Ağzıbir (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağzıbir (Göyçə) — Göyçə mahalında kənd.
Ağzıbir (Ağdaş)
Ağzıbir — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağzıbir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağzıbir kəndi Pirəzə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağzıbir kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı "axar suyun digər su obyektinə töküldüyü yer" mənasını ifadə edir. 1945-ci ilə qədər Ermənistanda Ağzıbir adlı kənd olmuşdur. == Tarixi == Mingəçevir su anbarı tikilənə qədər kənd Kür çayının birbaşa sahilində yerləşirdi. Daşqınlar zaman kəndin əhalisi sahildən uzaqlaşır, daha yüksək ərazilərə köçür, su azaldıqdan sonra isə əvvəlki yerinə qayıdırdı. Sonralar əsas kənd yeri tərk olundu və indiki yerə yerləşdi. İndiki kənd yerini daşqınlardan qorumaq məqsədilə kəndin Kür çayı ilə təmasda olduğu yerlərdə əhalinin iştirakı ilə bənd çəkildi. Hazırda bənd oz əvvəlki görkəmini itirsə də əhali arasında yenə də "bənd" adlanır. Yaşlı insanların kəndin adı ilə əlaqədar söylədiyinə əsasən əvvəllər kəndin bir yolu olduğu üçün onu Ağzıbir (yəni bir yolu olan kənd) adlandırıblar.
Ağzıbir (Göyçə)
Ağzıbir — Göyçə mahalının Kəvər rayonunda kənd. == Tarixi == Ağzıbir İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim "tək bir çıxacağı olan yer" "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır. Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap ("Acap") qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 108 nəfər, 1873-cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.
Ağzıbir (Kəlbəcər)
Ağzıbir — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Ağzıbir bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağzıbir palçıq vulkanı
Ağzıbir palçıq vulkanı — eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzünün sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15–20 km cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı – ən çox yastı və hamar, qərb və şərq yamacları isə daha dikdir. Vulkanda 3 püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min m³-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır.
Ağzıbir (Bozdağ) palçıq vulkanı
Ağzıbir (Bozdağ) palçıq vulkanı -Xəzər dənizi sahilində Ələt Körpü qəsəbəsindən 17 km cənubda, Xıdırlı qəsəbəsindən 4,5-5 km cənub-şərqdə yerləşir. == Ümumi məlumat == Ondan şimal-şərqə Hamamdağ, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bozdağ və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanmaqla nida şəkillidirlər. Ağzıbir palçıq vulkanının geoloji quruluşunda Məhsuldarqat, Ağcagil, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir. Bu vulkan Bəndovan antiklinal quruluşunun catmavari hissəsində yerləşir. O, həmin quruluşun şimal-qərb periklinal hissəsinə uyğun gəlir. Bu tektonik quruluşun istər şimal-qərbdən cənub- şərqə doğru və istərsə də qərbdən-şərqə doğru uzanan tektonik sınmalarla kəsilir. Sonuncuların mürəkkəbləşdiyi hissədə də Ağzıbir palçıq vulkanı yaranmışdır. Öz geomorfoloji quruluşuna görə Ağzıbir palçıq vulkanı on xarakter vulkanlardan biridir. Antiklinal quruluşun ox hissəsinə yaxın zonalarda yerləşmiş vulkan ocaqları onun çatma hissəsini xeyli sahədə parçalamışdır.
Ağzıbirçala
Ağzıbirçala gölü və ya Dəvəçi limanı — Azərbaycanın Şabran rayonu ərazisində, Xəzər dənizi sahilində şirin sulu göl-bataqlıq. Vaxtilə liman olmuşdur. Sahəsi təqribən 1,5 km²-dir. Gölə Şabran, Dəvəçi və Taxtakörpü çayları tökülür. Göldən isə Xəzərə Qaradəhnə çayı (uz. 4 km) axır. Ov mövsümündə su quşları və balıq ovlanır.

Значение слова в других словарях