Aşanti (xalq)
Aşanti və ya aşantililər (özünüadlandırma: Asantefo, Asante; "müharibə üçün birləşmiş" deməkdir) — Akan qrupuna aid xalq. Qananın mərkəzi regionlarında yaşayırlar. Əhalisinin sayı 3,3 milyon nəfərdir.
== Dil ==
Onlar Volta-Konqo qrupunun Niger-Konqo makroailəsinin kva alt qrupuna aid olan çvi dilində danışırlar. XIX əsrdə xristian missionerləri latın qrafikası əsasında yazı dili yaratmışdılar.
== Mədəniyyəti ==
=== Evlər ===
Ənənəvi evləri planda dördbucaqlı, gillə örtülmüş taxta dirəklərdən düzəldilmiş, döşəməsi torpaq və dam örtüyü palma yarpaqları, ot və ya dəmir və şiferlə örtülmüşdür.
=== Geyimləri ===
Ənənəvi geyimlər kente və adinkra (xüsusi damğalarla naxışlanmış ornamentli bayram kente) adlanır.
=== Mətbəxi ===
Yemək əsasən bitki mənşəli (müxtəlif sıyıqlar, xörəklər, qaynadılmış və bişmiş tərəvəzlər, ədviyyatlı yeməklər və palma yağı ilə tərəvəzlər), həmçinin ət və balıqdır.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Ашанти / Попов В. А., Григорович Н. Е. // Анкилоз — Банка [Электронный ресурс]. — 2005.