Aşubican Qadınəfəndi
Aşubican Qadınəfəndi (Bolqarıstan – 10 iyun 1870, Konstantinopol, Osmanlı imperiyası) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımlarından biri.
== Həyatı ==
Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mahmudun taxta çıxdığı 1808-ci ildə beşinci qadınəfəndi olaraq hərəmə alındığı məlumdur. 5 iyul 1809-cu ildə ilk övladı Aişə Sultanı, 16 iyun 1811-ci ildə Salehə Sultanı, 22 may 1812-ci ildə isə Şah Sultanı dünyaya gətirdi. Hər üç qızının doğumu səbəbilə sarayda ziyafət verilmiş, Validə Nəqşidil Sultan tərəfindən hədiyyələr almışdır. Dövrün saray şairlərindən Əndərunlu Vasif ilk qızının doğumuyla bağlı aşağıdakı şeiri yazmışdır.Şevk'ü Şadi ü meserretle dedim tarihiniVerdi Hak Ayşe Sultanı o şah-ı emcede (H. Cəmadiyələvvəl 1224)Ancaq qızlarından Aişə Sultan 1810-cu ilin fevralında, Şah Sultan isə 1814-cü ilin sentyabrında hələ uşaq yaşlarında vəfat etdi. Qalan illərində geridə qalan qızı Salehə Sultanın təlim-tərbiyəsi ilə məşğul olan Aşubican Qadınəfəndinin hərəmdəki rütbəsi Sultan Mahmudun özündən öncəki xanımlarının vəfatı ilə yüksəldi və 1832-ci ildə Zərnigar Qadınəfəndinin vəfatıyla ikinci qadınəfəndi oldu. 24 may 1834-cü ildə qızı Salehə Sultanı dövrün kaptan-ı dəryalarından Xəlil Rüfət Paşayla evləndirən Aşubican Qadınəfəndi mərasimin ardından qızının Fındıqlıdakı sarayını tez-tez ziyarət etdi.
2 iyul 1839-cu ildə Sultan Mahmudun vəfatının ardından onun Bəzmialəm Sultandan doğulan oğlu Əbdülməcid taxta çıxarıldı. Mərhum sultanın baş qadınəfəndisi olan Bəzmialəm Sultan isə Validə Sultan elan edildi. Bu hadisənin ardından Topqapı sarayından ayrılan Aşubican Qadınəfəndi qış aylarını Çamlıcadakı köşkdə, yay aylarını isə Beşiktaşdakı sahilsarayında keçirməyə başladı.