AŞPAZ
AŞUBGAH
OBASTAN VİKİ
İrəvani Aşub
İrəvani Aşub (1813, İrəvan – 1881, İrəvan) — şair. == Həyatı == İrəvani Aşub 1813-cü ildə İrəvan mahalında anadan olub. Təhsilini davam etdirmək üçün 1834-cü ildə Nəcəfə getmiş və orada bədii yaradıcılıqla məşğul olmuşdur. Fətəli şaha mədhiyyələr yazmışdır. 1876-cı ildə vətəninə qayıtmış, 1881-ci ildə 63 yaşında vəfat edib.
İbn Şəhr Aşub
İbn Şəhr Aşub (ərəb. ابوجعفر، محمد بن علی بن شهرآشوب بن ابونصر بن ابوالجیش ساروی مازندرانی‎), (d. 1096- v. 27.08.1192) — Dahi İslam alimi, təfsirçi, ədəbiyyatçı, fəqih və hədisşünas. == Həyatı == İbn Şəhr Aşubun əsli İranın Mazandaran şəhərinin Sari vilayətindəndir. Onun uşaqlıq illərindən bəlli olan budur ki, o elm və təhsilə çox maraq göstərmişdir. Həmçinin o 8 yasşında Quranı əzbərləmişdir. Sonradan elmi səfərlərə başlamışdır. İlk öncə Elm kəsb etmək üçün Bağdad şəhərinə yollanmışdır. == Yaradıcılığı == İbn Şəhr Aşub elmi cəhətdən çox yüksək məqama çataraq, "Əllamə" adı almışdır.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Aşubican Qadınəfəndi
Aşubican Qadınəfəndi (v. 10 iyun 1870, Konstantinopol, Osmanlı imperiyası) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımlarından biri. == Həyatı == Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mahmudun taxta çıxdığı 1808-ci ildə beşinci qadınəfəndi olaraq hərəmə alındığı məlumdur. 5 iyul 1809-cu ildə ilk övladı Aişə Sultanı, 16 iyun 1811-ci ildə Salehə Sultanı, 22 may 1812-ci ildə isə Şah Sultanı dünyaya gətirdi. Hər üç qızının doğumu səbəbilə sarayda ziyafət verilmiş, Validə Nəqşidil Sultan tərəfindən hədiyyələr almışdır. Dövrün saray şairlərindən Əndərunlu Vasif ilk qızının doğumuyla bağlı aşağıdakı şeiri yazmışdır.Şevk'ü Şadi ü meserretle dedim tarihiniVerdi Hak Ayşe Sultanı o şah-ı emcede (H. Cəmadiyələvvəl 1224)Ancaq qızlarından Aişə Sultan 1810-cu ilin fevralında, Şah Sultan isə 1814-cü ilin sentyabrında hələ uşaq yaşlarında vəfat etdi. Qalan illərində geridə qalan qızı Salehə Sultanın təlim-tərbiyəsi ilə məşğul olan Aşubican Qadınəfəndinin hərəmdəki rütbəsi Sultan Mahmudun özündən öncəki xanımlarının vəfatı ilə yüksəldi və 1832-ci ildə Zərnigar Qadınəfəndinin vəfatıyla ikinci qadınəfəndi oldu. 24 may 1834-cü ildə qızı Salehə Sultanı dövrün kaptan-ı dəryalarından Xəlil Rüfət Paşayla evləndirən Aşubican Qadınəfəndi mərasimin ardından qızının Fındıqlıdakı sarayını tez-tez ziyarət etdi. 2 iyul 1839-cu ildə Sultan Mahmudun vəfatının ardından onun Bəzmialəm Sultandan doğulan oğlu Əbdülməcid taxta çıxarıldı. Mərhum sultanın baş qadınəfəndisi olan Bəzmialəm Sultan isə Validə Sultan elan edildi.
валкова́ние высева́ться забия́чливость заполне́ние зри́мость коко́шница ку́кольница отвра́т косноязы́чный не чу́вствовать под собой ног сбеси́ться укра́дкой шварто́вка присужий Buckingham confessed featureless numbfish radio waves subsoil susceptibility two-tooth lambing welted выщербить отожествлять