AŞILAMAQ

f.
1. tib. Bir xəstəliyin qabağını almaq, ya başlanmış xəstəliyi sağaltmaq üçün bədənə aşı maddəsi yeritmək, aşı vurmaq, peyvənd etmək. Uşaqları çiçəyə qarşı aşılamaq. Mal-qaranı aşılamaq.
2. k.t. Cır ağacı peyvənd etmək, qələm etmək, calamaq.
// məc. Birləşdirmək, uyuşdurmaq, calamaq.
İki gözdən tökülən yaş sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı. M.S.Ordubadi.

3. xüs. Dərini, gönü aşıya qoymaq.
4. məc. Bir adəti, xasiyyəti, fikri, əqidəni, üsulu və s.-ni müxtəlif vasitələrlə başqalarına mənimsətmək, keçirtmək, öyrətmək, tərbiyə etmək.
Musiqi ona [Bəyimə] bəzən böyüklük, qüvvət və mətanət hissi aşılayırdı. Çəmənzəminli.
İndi onun [Ulduzun] ürəyindəki sonsuz şəfqət hissi əllərinə, barmaqlarına elə bir … qüvvə aşılayırdı ki, bu əllərin sarıdığı yaralar sanki daha tez şəfa tapırdı. Ə.Məmmədxanlı.

Синонимы

  • AŞILAMAQ calamaq — birləşdirmək — uyuşdurmaq
AŞILAMA
AŞILANMA

Значение слова в других словарях

ка́дмиевый мину́скулы отреши́ть протоиере́й псаммофи́ты шлёпанцы двугри́венник затира́ться отбреда́ть растра́чиваться со́я легин britches carissima community chest encurl icebox paperhanger rupiah tabefy актуальность гуашь перегреться щуп электропривод