AŞIQ₁

is. Xalq xanəndəsi; həm oxuyan, həm çalan, həm də söz qoşan el sənətkarı. Xalq aşığı. Aşıq havaları.
– Aşığın sözü qurtaranda “neylim-neylim” deyər. (Məsəl).
El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.
Dindir, aşıq qardaş, dindir bir sazı; Onunla gülmüşdür ömrümün yazı. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AŞIQ AŞIQ (sazla çalıb oxuyan, həm də söz qoşan şair) Aşıq, bu yerləri son xəbər alsan; Ayıldı dünyanın şöhrəti insan (S

Omonimlər

  • AŞIQ AŞIQ I is. [ ər. ] Yaradıcılığında şairlik, nəğməkarlıq, çalğıçılıq, bədii qiraət və rəqs sənətlərini üzvi surətdə birləşdirən xalq sənətkarı

Etimologiya

  • AŞIQ1 Dal ayağın incik sümüyü ilə bud sümüyünü birləşdirən sümükdür, ondan oyun üçün istifadə olunur. Mənası “oynaq, hərəkət edən” deməkdir
AŞIB-DAŞMAQ
AŞIQ₂
OBASTAN VİKİ
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Aşıq Abbas
Aşıq Abbas Tufarqanlı
Aşıq Abbasqulu
Aşıq abbasqulu (1850, Abdalgülablı[d], Şuşa qəzası – 1932, Abdalgülablı[d], Ağdam rayonu) — XIX-XX əsrlər Azərbaycan aşığı. == Həyatı və yaradıcılığı == Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur.
Aşıq Abbasəli
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq Abdulla
Aşıq Abdulla — XVII əsr aşıqlarından == Həyatı == Doğum və ölüm tarixi dəqiq bilinməyən Aşıq Abdulla XVII əsr aşıqlarındandır. Haqqında yalnız xalq rəvayətlərindən və günümüzə gəlib çatan "Cahan və Abdulla" dastanından məlumat əldə etmək mümkündür. == Yaradıcılığı == Əsasən 8 və 11 hecalı şeirlər yazan Abdullanın bizə bir neçə gəraylısı və qoşması məlumdur. O, bu şeirlərində fələkdən, taledən, sevgilisindən şikayət edir. Aşıq haqqında olan və onun həyatından bəhs edən "Cahan və Abdulla" dastanı Türkiyənin Qars, İqdır kimi bölgələrində də geniş yayılmışdır. == Mənbə == İnayet Akyüz; İğdır Azerilerinin Halk Edebiyatı Örnekleri, Erzurum 1968, 84-88; 148, (Mezuniyet Tezi) Paşa Əfəndiyev, Xalqın Söz Xəzinəsi, Bakı 1985,240-241. Hümmət Əlizadə; Azərbaycan Aşıqları II, Bakı 1930,61-66. Aşıqlar, Bakı 1960,33-39. Ahmet Tekin; "Azerbaycan Halk Edebiyatından Derlemeler", Azerbaycan, 2 (1/13) nisan 1953, 12; 2(4/16) Temmuz 1953,16.
Aşıq Altay
Aşıq Altay Məmmədov — azərbaycanlı ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi. == Həyatı == Məmmədov Altay Ələddin oğlu 1972-ci il martın 7-də Azərbaycanın Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1989-cı ildə Düz Rəsullu kənd orta məktəbini bitirmişdir. Hərbi xidməti başa vuraraq 1992-ci ildə Gədəbəy rayonunun Çay Rəsullu kənd musiqi məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Hələ kiçik yaşlarından aşıq sənətinə böyük həvəs göstərməyi, ustad aşıqlara həvəslə qulaq asmağı, el şənliklərində, məclislərində mütamadi olaraq iştirak etməyi onu el-oba içində bir gənc aşıq kimi tanıtmışdır. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii xalq yaradıcılığı" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək, 1998-2000-ci illərdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsi almışdır. 1995-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutnun nəzdində Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzi ilə əməkdaşlığa başlamış, Azərbaycan Milli Elmlər Akademiyası Folkor İnstitutunda 2001-ci ildən kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. Bu illər ərzində aşıq sənətinin gənc və yetkin bir nümayəndəsi kimi Dövlət Televiziya və Radio dalğalarında ardıcıl olaraq çıxışları olmuş, Dövlət tədbirlərinə, Bayram şənliklərinə dəfələrlə dəvət olunmuş və uğurla çıxış etmişdir. İfasında Dövlət Televiziyası və Radiosunun Səsyazma arxivində 30-dan çox aşıq havaları yazılmışdır. Bir necə sənədli televiziya filmlərində cəkilmişdir.
Aşıq Alı
Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri. == Həyatı == Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir.O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir.
Aşıq Arzuman
Aşıq Arzuman (Əliyev Arzuman Xıdır oğlu; 23 iyul 1966, Daşkənd, Basarkeçər rayonu – 5 iyun 2010, Bakı) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi. Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Mənbə == Araz Yaquboğlu.
Aşıq Behbud
Aşıq Behbud Əli oğlu Nəbiyev — aşıq. == Həyatı == 1897-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində anadan olmuşdur. Atası Əli kişinin maddi vəziyyətinin ağırlığından Behbud heç bir təhsil almamışdır. Gənc yaşlarından İnəkdağı kəndində dayısı Aşıq Qəhrəman Alırza oğlunun yanında şəyirdlik etmişdir. Oxumağı və yazmağı bacarmadığı halda, fitri istedada malik olan Behbud iki il ərzində aşıqlıq sənətinin incəliklərini dərindən öyrənmişdir. Bir müddətdən sonra sərbəst aşıqlıq etmişdir. Ermənilərin törətdiyi soyqırımının ağır nəticələri onların ailəsindən də yan keçməmişdir. O, ata-anasını, qardaş-bacısını və yaxın qohumlarını itirmişdir. Cavanlıq dövrünün ictimai-siyasi ziddiyyətlərin, iqtisadi çətinliklərin baş alıb getdiyi bir vaxta düşdüyündən, başqa yaşıdları kimi gənc aşığın da həyatı çətin və dözülməz olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq o, öz doğma kəndində ailə həyatı qurmuş və yaşamışdır.
Aşıq Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Aşıq Bəsdi
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Aşıq Cabbar
Aşıq Cabbar (20 avqust 1950, Ağbulaq, Laçın rayonu) — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, 1977-ci ildə Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatı. == Həyatı == Aşıq Cabbar 20 avqust 1950-ci ildə Laçın rayonun Ağbulaq kəndində anadan olub. 1969-1974-cü illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Aşıq Cahad
Aşıq Cahad (Nacıyev) (1917, Böyük Qaraqoyunlu – 3 iyun 2013, Çənlibel, Şəmkir rayonu) — Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın şagirdi. == Həyatı == Aşıq Cahad 1917-ci ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884–1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnib. Havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. O, 1947–1948-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq ustadının oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə — Aşıq Nəcəflə daha çox. Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, eləcə də Bakıda tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və el şairlərinin – Haqverdi Talıboğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar İsmayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum.
Aşıq Dəmir
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. == Həyatı == Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir.Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. == Yaradıcılığı == 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur. Gədəbəy Aşıqlar Ansablının üzvüdür.
Aşıq Feydayi
Aşıq Feydayi (Murad İspər oğlu; 1783, Gürcüstan) — Axısqa türklərindən olan Türk aşığı. == Həyatı == 1783-cü ildə Axısqa türklərindən olan bu aşıq Kutsada doğulmuşdur.Sonralar Böyük Xosbiyyə kəndində yaşamışdır.
Aşıq Firudin
Firudin Abid oğlu İsgəndərov – Azərbaycanlı aşıq. == Həyatı == İsgəndərov Firudin Abid oğlu 22 yanvar 1967-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Hələ uşaqlaqdan ana babası Hidayətdən, atası Abiddən və qardaşı Aşıq Nuriddindən saz havalarını çalmağı və ifaçılığı mükəmməl öyrənmişdir. 1984-cü ildə Daşkənd kənd orta məktəbini bitirmişdir. 1985-ci ildən 1987-ci ilə qədər Saxalin və Kuril adalarında əsgəri xidmətdə olmuşdur. 1987-ci ildə Bakı Sənayе Tеxnikumuna qəbul olmuş və 1990-cı ildə tеxnikumu bitirmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar doğma yurdu tərk еdən aşıq Bakı şəhərində məskunlaşmışdır. 1991-1995-ci illərdə «Aşıq Ələsgər» adına mədəniyyət еvində saz-solo ifaçılıq sənətini gənclərə öyrətmişdir. Aşıq Firudin İsgəndərov saz havalarından 60-a qədərini bilir, çalır və oxuyur. O, hal-hazırda Bakı şəhərində yaşayır və aşıqlıq sənətini də davam еtdirir, еl şənliklərində müntəzəm çıxışlar еdir.
Aşıq Fətulla
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur.1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar. 17 yaşlı Fətulla qonşu Qanlı kəndində toyda dövran edərkən Aşıq Alının şəirdi Aşıq Qulunun yetirməsi olan Qannılı Aşıq Mehdi ilə tanış olur.
Aşıq Fətullah
Aşıq Fətullah (1920 — 1942) — aşıq. == Həyatı == Aşıq Fətullah 1920-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Çobankərəli Cəfərə şagirdlik etmişdir. Aşiqanə qoşmaları ("İstər könlüm", "Zülflərin", "Yan, barı", "Bənzər", "Allı qız", "Gözəl" və s.) ilə tanınmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. == Ədəbiyyat == Azərbaycan folkloru antalogiyası. Naxçıvan folkloru.
Aşıq Gülabı
Vəliyev Gülabı Məmməd oğlu (5 sentyabr 1950, Böyük Muğanlı, Marneuli rayonu – 8 iyun 2012, Bakı) — gürcüstanlı aşıq. == Həyatı == Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Borçalı mahalının Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, O təhsil aldığı Azərbaycan Politexnik İnstitutunada təhsilini ataraq Borçalıya qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır. O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir. Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi. Onu tamaşaçılara ən çox sevdirən isə Onun məlahətli səsi idi.
Aşıq Hamayıl
Aşıq Hamayıl — XIX əsr Azərbaycan şairəsi == Həyatı == Aşıq Hamayıl təxminən XIX əsrin I yarısında Şəmkir mahalının Dəllər-Cırdahan kəndində kasıb bir kəndli ailəsində dünyaya gəlmişdir. Bir çox əsərlər yazdığı məlum olsa da, əldə yalnız bir neçə qoşması vardır. Bu qoşmalar onun Molla Pənah Vaqif və Dilğəm yaradıcılığının təsirilə yazdığını göstərir. == Yaradıcılığından nümunələr == Əmim oğlu, məndən heç utanmadın, Üç ay keçdi, bir yaylağa gəlmədin. Yüz min cəfa ilə köç eylədim mən, Ordan endim Ağbulağa, gəlmədin.
Aşıq Heydər
Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı == Həyatı == Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır. Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur. Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur.
Aşıq Hüseyn
Hüseyn adında aşıqlar çox olduğundan aşağıdakı siyahıdan dəqiqləşdirmək olar. Bir çox kitablarda hətta onların şeirləri belə qarışıq salınır. Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987 Aşıq Hüseyn — ?–? Yağləvənd oymağının aşığı.
Aşıq Kamandar
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi. == Həyatı == Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir. O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.
"Aşıq Pəri" Məclisi
Aşıq Pəri Məclisi — 1984-cü ildə yaranan, qadın aşıq və şairələrin ədəbi birliyi. Yaradıcısı və ilk sədri Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Narınc Xatun olmuşdur. Aşıq yaradıcılığının inkişafına xidmət edən məclis XIX əsr Azərbaycan aşıq-şairi Aşıq Pərinin adını daşıyır. Məclisin hazırkı rəhbəri Pərvanə Zəngəzurludur. == Haqqında == Məclis 1984-cü ildə IV aşıqlar qurultayından dərhal sonra, xalq şairi Hüseyn Arif və yazıçı Əzizə Cəfərzadənin dəstəyi ilə şairə Narınc Xatunun çox böyük fədakarlığı sayəsində yaranmışıdır. Belə ki, Narınc Xatun Borçalıda bir məclisdə olarkən Aşıq Sona Hamamlı (1918–1988) bir Zarıncı havası çalır. Narınc Xatun belə bir sənətkar xanımın ifasını gördükdən sonra düşünür ki bir təşkilat yaratmaq və istedadlı xanım aşıqları orada cəm etmək lazımdır. Aşıq Pəri Məclisi Azərbaycan Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə təsis olunmuşdur. Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə və İraqda da yayılmağa başladı. Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular.
"Aşıq Ələsgər – 200" yubiley medalı
"Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal. == Təsviri == Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur. İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır. Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır. Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır. İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir.
"Aşıqlar" qrupu
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılıb. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Aslan Aslanov (aşıq)
Aslan Aslanov (tam adı: Aslan Məmmədhəsən oğlu Aslanov) — Azərbaycan aşığı, Ağstafa rayon mədəniyyət evində aşıqların bədii rəhbəri (1957), Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının iştirakçısı. == Həyatı == Aslan Aslanov 1928-ci ildə Ağstafanın Köhnəqışlaq kəndində anadan olmuşdur. Aşıq sənətinə 18 yaşından başlayıb. Ustadları Aşıq Qəhrəman (1946–1949) və Aşıq Məmmədyar (1949–1956) olub.
Azərbaycan Aşıqlar Birliyi
Azərbaycan Aşıqlar Birliyi — əsas məqsədi aşıq sənətinin inkişafı və təbliğinə yönəlmiş müstəqil ictimai təşkilat. == Aşıqlar Birliyinin tarixi == Azərbaycan Aşıqlar Birliyi ilk dəfə Hüseyn Arif-in rəhbərliyi ilə 1982-ci ildə Ağstafa rayonunda yaradılmışdır. Aşıqlar birliyi 19 iyun 1991-ci ildən Mədəniyyət Nazirliyinin tərkibindən (tabeliyindən) çıxaraq, Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınaraq Hüquqi şəxs kimi tanınmaqla özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.2012-ci ilin sentyabr ayından Azərbaycan Aşıqlar Birliyində (AAB) pulsuz saz kursu fəaliyyətə başlayıb. Burada məşğələləri tanınmış saz ifaçısı, sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli və həmin universitetin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparırlar. == Azərbaycan Aşıqlarının qurultayları == Azərbaycan Aşıqlarının I qurultayı — 5 may 1928-ci il Azərbaycan Aşıqlarının II qurultayı — 12 mart 1938-ci il Azərbaycan Aşıqlarının III qurultayı — 27 aprel 1961-ci il Azərbaycan Aşıqlarının IV qurultayı — 19 mart 1984-cü il Azərbaycan Aşıqlarının V qurultayı — 29 avqust 2008-ci il == Azərbaycan Aşıqlar Birliyinin sədrləri == Hüseyn Arif — 1984 – 1992 İbrahimov Məcnun Səməd oğlu — 12 oktyabr 1992 – 2004 Qaracan Kərimli (Borçalı) — 2004 – 2008 Zəlimxan Yaqub — 29 avqust 2008 – 9 yanvar 2016 Məhərrəm Qasımlı — 3 mart 2016 – hazırkı günədək == Aşıqlar Birliyinin quruluşu == Azərbaycan Aşıqlar Birliyi sədri – Məhərrəm Qasımlı (professor) Azərbaycan Aşıqlar Birliyi I katibi – Aşıq Altay Məmmədov Azərbaycan Aşıqlar Birliyi katibi – Musa Nəbioğlu === Birliyin İdarə heyətinin üzvləri === 1. Zəlimxan Yaqub 2. Qəzənfər Paşayev 3. Məhərrəm Qasımlı 4. Həsən Mirzə 5. Nizami Cəfərov 6.
Azərbaycan aşıq sənəti
Azərbaycan aşıq sənəti (az.-əbcəd آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir.
Azərbaycan aşıq yaradıcılığı
Azərbaycan aşıq sənəti (az.-əbcəd آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir.
Azərbaycan aşıq ədəbiyyatı
Aşıq Qurbani
Azərbaycan aşıqları (film, 1938)
Azərbaycan aşıqları filmi rejissor Niyazi Bədəlov tərəfindən 1938-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan aşıqlarının I qurultayına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan aşıqlarının I qurultayına həsr olunmuşdur. Burada qurulayın açılışı və işi öz əksini tapmışdır. Tanınmış aşıqlardan aşıq Mirzə, aşıq İbrahim, aşıq Əli və Gəncə aşıqlar xorunun çıxışları, bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbülün aşıq yaradıcılığı ilə əlaqədar maraqlı söhbətləri lentə alınmışdır. == Filmin üzərində işləyənlər == Rejissor: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ağ Aşıq Allahverdi
Ağ Aşıq Allahverdi (1754, Kərkibaş və ya Nəqədə, Qərbi Azərbaycan ostanı – 1860, Kərkibaş) — Aşıq Alının ustadı, görkəmli aşıq, şair. == Həyatı == Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər biri-birinin əksidir. I. Ağ Aşığın, – Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, – çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, – qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir. II. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların "... aşıqlığı...təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış". Lakin Allahverdi "coşub-daşdığından", xalq yığnaqlarına can atdığından, dindar çərçivəyə sığmadığından təkkədən, atasından, babasından üz döndərir, – bir sözlə, onların üzünə ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Allahverdinin xalq arasında Ağ Aşıq adı ilə tanınmasını "böyüyün üzünə ağ olmağı" ilə bağlamaq daha düzgün olardı. III. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi bizlərə gəlib çatmayıb.
Aşıq Abbas Piçənisli
Aşıq Abbas Piçənisli (XIX əsrin son rübü—XX əsrin birinci rübü) ( - aşıq, XX əsrin əvvəllərində Zəngəzur mahalında daşnaksütyun və erməni terrorizmi hərəkatına qarşı mübarizənin fəal iştirakçısı. == Həyat və yaradıcılığı == Aşıq Abbas Piçənislinin ata babası, XVII-XVII əsrlərdə Diyərbəkir vilayətindən köçüb gəlmiş tayfalar olmuşdur. Əsas məşğuliyyətlərindən biri misgərlik olduğuna görə onlara "misçilər" də deyiblər. Aşıq Abbas Zəngəzur mahalının Hacısamlı nahiyəsinin, indiki Laçın rayonunun Piçənis kəndində anadan olmuşdur. Aşıq Abbas Piçənisli həm də Əlipaşa bəy Sultanov və Sultan bəy Sultanovun yaxın məsləhətçisi olmuş, məclislərinin başında əyləşmişdir. == Mənbə == QARA NAMAZOV, "Aşıqlar (Bioqrafik məlumat kitabı)". AMEA Folklor İnstitutu, 1-ci kitab, Bakı-2004, səh. 20; Eloğlu Səlahəddin, "Zəngəzur hadisələri", Bakı-1992.
Aşıq Abbas Tufarqanlı
Aşıq Abbas Tufarqanlı (1600, Azərşəhr, Şərqi Azərbaycan ostanı – Azərşəhr, Şərqi Azərbaycan ostanı) — XVI əsr Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir: Yaşa, sevdicəyim, yaşaYazılanlar gələr başaBir yandan özün bas daşaBir yandan el car eyləsin. və ya: Abbas ağlar zarı-zarıGetməz könlünün qübarıİlqarından dönən yarıTanrı tez bazar eyləsin. == Haqqında film == Abbas və Gülgəz (film, 2000) == Mənbə == Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
Aşıq Abbasəli Xəlilov
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq Abdulla Fətəliyev
Aşıq Abdulla Fətəliyev — Naxçıvan aşıqlarından biridir. == Aşığın həyat və yaradıcılığı == Aşıq Abdulla Fətəli oğlu Fətəliyev 1963-cü ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olmuşdur. Atası Fətəli kişi aşıq sənətini çox sevdiyi üçün Azərbaycan aşıqlarının şeirlərini və xalq dastanlarını mükəmməl bilirdi. Ailədə saza-sözə olan bu həvəs kiçik yaşlarından Abdullaya da təsir etmiş, onda aşıq sənətinə böyük həvəs yaratmışdır. Abdullanın aşıqlığa həvəsini görən ustad Xudu ona 11 simli, 18 pərdəli bir saz bağışlayır. Bu saza sahiblənən Abdulla Azərbaycan aşıq havalarını mənimsəmək üçün Aşıq Kamandarın, Aşıq Hüseyn Saraclının lent yazılarını qoyub onların sazlı-sözlü havalarını dinləyir, bu yolla aşıq sənətinin sirlərini mənimsəməyə çalışır. Az bir zamanda aşıq havalarını öyrənən Abdulla artıq saz çalmağa və el şənliklərində oxumağa başlayır. Onu bir sıra məclislərə, dövlət tədbirlərinə dəvət edirlər. Artıq 20 yaşlarında saz havalarını mükəmməl bilən Abdulla el arasında istedadlı aşıq kimi tanınır. Sinəsi el havaları ilə coşan Abdulla artıq özü də yaradıcı aşıq kimi şeirlər qoşmağa və qoşduğu şeirləri saz üstündə oxumağa başlayır.
Aşıqlı (Xudafərin)
Aşıqlı (fars. عاشقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (116 ailə).
Aşıqlı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşıqpaşazadə
Aşıqpaşazadə və ya Əhməd bin Yəhya bin Salman bin Aşıq-Paşa (1400–1484) — Vəfai dərvişi və Osmanlı tarixçisi. Əsl adı Dərviş Əhməd olsa da, ulu babası Aşıq Paşanın adıyla "Aşıqpaşazadə" olaraq anılır. Təvarih-i Al-i Osman adlı tarix əsəriylə məlumdur. == İşləri == Onun iki adda əsas əsəri vardır: Menâkıb-ı Âli-i Osman və Təvārīḫ-i Āl-i ʿOsmān. Bu əsərlər 1298-ci ildən 1472-ci ilə qədər II Mehmedin hakimiyyət illərinə qədər dövrü əhatə edir. == Biblioqrafiya == Özcan, Abdülkadir (1999) "Âşıkpaşazâde", Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, C. IV. s.6–7, İstanbul Köprülü, Mehmet Fuat "Âşık Paşa-zâde", İslam Ansiklopedisi, C. I. s.706–709, İstanbul Ülkütaşır, Mehmet Şakir (1941–1948) "Âşıkpaşazâde", Eşref Edip [Fergan] (ed), İslam-Türk Ansiklopedisi, C. I. s.600–602, İstanbul Taeschner, Franz (1960), "ʿĀshik-Pasha-Zāde" H. A. R. Gibb (ed.) The Encyclopaedia of Islam, New Edition, Leiden, C.1 s.699 (İngiliscə) Aşıkpaşazade: Vom Hirtenzelt zur hohen Pforte; Frühzeit und Aufstieg des Osmanenreiches nach der Chronik "Denkwürdigkeiten und Zeitläufte des Hauses ʻOsman" vom Derwisch Ahmed, genannt ʻAsik-Paşa-Sohn. Trans. Richard F. Kreutel. Graz: Styria, 1959.
Aşıqsayağı
Aşıqsayağı — bəstəkarların aşıq musiqisi üzərində fantaziyaları. İlk aşıqsayağı fantaziya Üzeyir Hacıbəyovun 1931-ci ildə skripka, violonçel və fortepiano üçün yazdığı pyesdir. == Üzeyir Hacıbəyovun "Aşıqsayağı"sı == "Aşıqsayağı" Azərbaycan musiqisində kamera-instrumental musiqinin ilk nümunələrindəndir. "Aşıqsayağı" həyatı harmonik vəhdətdə, nikbin ruhda görən Üzeyir Hacıbəyovun, bir növ, fəlsəfi kredosunun musiqi vasitəsilə ifadəsidir. "Aşıqsayağı"-da Üzeyir Hacıbəyovun sevimli bəstəkarı V.A.Motsartın təsiri duyulur. Bu təsir klassik sadəlik və təbiilikdə, yığcam musiqi formasında, əsərin fakturasının zərifliyində özünü göstərir. "Aşıqsayağı"-da aşıq və muğam (xüsusilə zərbi-muğam) sənətlərinə məxsus musiqi üslubu üzvi surətdə birləşmişdir. Üzeyir Hacıbəyov ilk dəfə Azərbaycan peşəkar musiqisinin iki müxtəlif sahəsini əsl yaradıcı dərinlik və novatora xas sərbəstliklə işləmişdir. Avropa və milli musiqi üslublarının üzvi əlaqəsi "Aşıqsayağı"-nın musiqi formasında başlıca cəhətdir ("Aşıqsayağı"-nı Üzeyir Hacıbəyovun yaradıcılığında sonata formasına xas musiqi möv-zularının işlənmə prinsipinə, işlənmə metodlarının tətbiqinə hazırlıq mərhələsi hesab etmək olar). Pyesdə çoxtərkibli musiqi formaları da özünü göstərir: rondovarilik, variasiyalılıq və s).

Digər lüğətlərdə

дразни́ться крепкоголо́вый лани́тный отта́лкивающе приграни́чный развенча́ться семилине́йка со стра́ху головотя́п грамм дуршла́г заменя́ться кропи́ться позя́бнуть пригова́риваться теплоёмкость тонкору́кий шуликоничать chemical laser Djakarta milled rapid fire unwrung upgrade-stream side абонировать