BÜNÖVRƏ

is.
1. Özül, əsas, təməl. Evin bünövrəsi möhkəmdir. – Əhmədov maşından düşüb salam verdi.
Bünövrələrə sarı yeridi. Mir Cəlal.

// Məc. mənada.
[Fərhad:] …Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur… Ə.Haqverdiyev.
Lakin o [Hikmət İsfahani] bu səltənətin əsaslandığı bünövrənin, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. M.İbrahimov.
Müəllimin fikrinə görə bünövrəni möhkəm qoymaq, buraxılışı da yararlı etmək lazım idi. S.Rəhimov.

2. Çıx.
halda: bünövrədən – bax binadan (“bina” sözündə).
Bir hörgü ki, bünövrədən gəc ola; Başı ərşə dəysə, dibi düz olmaz. Xəstə Qasım.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÜNÖVRƏ özül — binə — əsas — təməl
  • BÜNÖVRƏ BÜNÖVRƏ (müəyyən bir tikilinin əsası və müxtəlif mənalarda) [Nağı:] Eh, dünyanın bünövrəsi düz qoyulmayıb (M
BÜLUĞ
BÜNÖVRƏLİ

Digər lüğətlərdə