BƏG

Bəy. (“Kitabi-Dədə Qorqud” leksikası)

BƏDÖY
BƏGƏNMƏK
OBASTAN VİKİ
Baybican bəg
Baybican bəg — dastanda işlənən antroponimlərdən biri. III boyda işlədilən "Baybican" Dəli Qarçar və Banıçiçəyin atasıdır. "HA-da "Baybecan", Er-də "Pay Piçen", D və V-də "Baybican" variantındadır. Ş. Xətai dövründə yaşamış "Becan", "Abbas və Gülgəz" dastanındakı "Becan" müasir Azərbaycan antroponimləri sistemindəki "Becan", Azərbaycan toponimləri sistemindəki "Bico//Bicoy (Ağsu), "Biçənək" (Şahbuz) adları "Kitabi-Dədə Qorqud"dakı "Baybican" antroponimi ilə səsləşir. Bu sistemə Cənubi Azərbaycan ərazisindəki "Baybecan" və Borçalıdakı "Bejanoğuzaran" toponimlərini də əlavə etmək olar. Qədim türk dilində hökmdar, rəhbər, knyaz və s. mənalarda olan, müasir ədəbi dilimizdə isə rəsmi və qeyri-rəsmi müraciət forması kimi işlədilməyə başlayan bəy (bəg) titulu "Baybican bəg" antroponimık vahidində həm titul, həm də mürəkkəb quruluşlu adın I komponenti kimi iştirak etmişdir. S. Əlizadə göstərir ki, "Baybican" Bay Bıçan (Biçən) şəklində təsəvvür edilməlidir. Bu isə, yəni "Baybican" adındakı Bıçan//Biçən "peçeneq" etnonimini xatırladır. "Peçeneq" Heredotda pavsik (pavçik), Strabonda pasian (paçian), Ptolemeydə bastarna (baçtarna) şəklindədir.
Aşağı Bəgənəş (Avurğazı)
Aşağı Bəgənəş (başq. Түбәнге Бәгәнәш, rus. Нижний Бегеняш) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 38 km, kənd sovetliyindən (Semenkin): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 30 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (70%), başqırdlar (28%) üstünlük təşkil edir.
Bandar Səri Bəgavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.
Bəgrami rayonu
Baqrami rayonu — Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən rayon. == Haqqında == Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən Baqrami rayonunun mərkəzi Baqrami şəhəridir. Əfqanıstanın paytaxtı Kabil şəhərindən cənub şərqdə yerləşir. == Coğrafiyası == Rayon qərbdə Kabillə, şimalda Deh Səbzlə, şərqdə Surobi və cənubda isə Xaki Cabbar, Musayi və Çəhar Asyab rayonları ilə hüdudlanır. İcmaların bir-birinə yaxın olmasına görə əhalinin əksəriyyəti Kabildə işləyir.
Sörköktəni Bəgi
Sörköktəni Bəgi (Sorxaxtani bəki və ya Sorkuktani bəki; ən geci 1192, Böyük Monqol imperiyası – 1252) — Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş hərəmi. Sörköktəni Bəgi xanım Nəsturi xristian inancına sahib bir Türk kökənli bir tayfa olan Kereit öndəri Toğrul (Ong) xanın qardaşı qızıdır. O, Monqol imperiyasının ən güclü olduğu bir dönəmdə zamanının ən təsirli qadınlarından biri olmağı bacarmışdır.Çingiz xanın ən kiçik oğlu olan Toluy xan ilə 1203-cü ildə hələ 5 yaşındaykən evləndirildi. Çingiz xanın nəvələri içində Monqol imperiyası tarixində bilxassə öz oğulları olan, Möngkə xan, Kubilay xan, Arık Bökə və Elxanlılar dövlətinin qurucusu olan Hülaku xanın ön planda olan şəxsiyətlər olması münasibətiylə ona da Monqol tarixində xatiri sayılır bir yer verilmiş və imperiyanın ən önəmli qadını mövqeiyinə yüksəlməyi bacarmışdır. Sörköktəni bəgi bilxassə imperatoriçəliyi dönəmində ticari və mədəni fəaliyətlərin sorumluluğunu üstlənmişdir. Bu fəaliyətləri səbəbiylə Dünya tarixinin ən təsirli qadınları arasında yer almışdır. Sörköktəni bəgi Monqollaşmış bir Türk tayfası olan Kerayitlərin 1203-cü ildə yenə Nəsturi xıristian inanca sahib Türk kökənli ulusu olan naymanlar tərəfindən öldürülən lideri Toğrulun (Ong və ya Van xan) ən kiçik qardaşı olan Cakha Qambunun qızı olaraq 1198-ci il tarixində dünyaya gəlmişdi. Monqolların gizli tarixinə görə (Çingiz xanın 1227-ci il vəfatından sonra Uyğur əlyazmasının Monqolcaya uyğulanması ilə yazılmağa başlanan Monqol xanədanının tarixi) 1203-cü ildə Toğrul xan Temüçinə görə daha güclü bir liderdi (bu iddianı dəstəkləyən bir başqa yazını da Monqol tarixçisi Harold Lambin Kerayit öndəri Toğrul ilə Müqəddəs Roma-German imperatoru I Fredik Barbarosun arasında ki, yazışmaların İtalyan səyyah və tüccar Marko Polo tərəfindən qələmə alındığını təsbit etmiş olmasıdır.) Temüçin iki tayfanı bir-birinə yaxınlaşdırmaq üçün ən böyük oğlu Cuçinin Toğrul xanın qızlarından və ya nəvələrindən birisi ilə evləndirilməsi taləbində olmuşdur. Bununla birliktə Temüçinin bu izdivacla daha da güclənəcəğini öngörən Toğrul xan bu təklifi əvvəlcə rədd etmişdir. Ancaq nəhayətində Temüçinin dəstəyindən də məhrum olan Toğrul xan, naymanlarla girişdiyi mübarizədə tək başına hərəkət etdiyindən məğlub olur və ortadan qaldırılır.
Yuxarı Bəgənəş (Avurğazı)
Yuxarı Bəgənəş (başq. Үрге Бәгәнәш, rus. Верхний Бегеняш) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 7 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 37 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98%) üstünlük təşkil edir.