bələdiyyə orqanları

Səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlar

bələdiyyə mülkiyyəti
bələdiyyə orqanlarının vəzifəli şəxsi
OBASTAN VİKİ
Bələdiyyə
Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir. Yerli əhali — Bələdiyyə ərazisində daimi yaşayan əhali. Yerli referendum — Əhalinin yerli səsverməsidir. Bələdiyyə mülkiyyəti — bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur.
Duyma orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - lamisə Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Hiss orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - lamisə Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Duyğu orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - lamisə Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Azərbaycanda bələdiyyə
Azərbaycanda bələdiyyə — Azərbaycanda yerli özünüidarəetmə forması. Azərbaycanda bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. == Bələdiyyələrin Səlahiyyətləri == Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və xitam verilməsi. Bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və digər kommisiyaların seçilməsi. Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi. Bələdiyyənin reqlamentinin təsdiq edilməsi. Bələdiyyə mülkiyyətinə sahiblik,ondan istifadə və onun barəsində sərəncam. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi. Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi. Yerli ekoloji proqramlarinin qəbul və icra edilməsi.
Bələdiyyə başçısı
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Bələdiyyə muzeyi
Bələdiyyə muzeyi — Təbrizdə muzey 2007-ci ildə Təbrizdə açılıb. Muzey Təbrizin bələdiyyə binasının zirzəmisində yerləşir. Muzeyə giriş pulsuzdur.
Bələdiyyə mülkiyyəti
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
E-bələdiyyə
Elektron bələdiyyə
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Daxili işlər orqanları
Daxili işlər orqanları (Belarus)
Bakı Bələdiyyə Teatrı
Bakı Bələdiyyə Teatrı — Azərbaycan aktrisası Amaliya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə yaranmış teatr. == Tarix == == Müasir Bakı Bələdiyyə Teatrı == == Vacib tarixlər == 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılmışdır. 2002-ci ilin 7 noyabrında Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə 23 aktyora fəxri adlar verilmişdir. 2010-cu il 11 oktyabrda yazıçı Anarın "Qaravəlli" pyesi əsasında hazırlanmış eyni adlı tamaşasının premyerası olub. 2010-cu il 8 noyabrda "Dostluq" kinoteatrında ilk məşqə başlanılıb. 2011-ci il 16 mayda Məhəmməd Əsəd bəy "Əli və Nino" romanı əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.(tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb) == Yaradıcı heyət == Vaqif Əliyev (xalq artisti) Şahzadə Babayeva (əməkdar artist) Aydın Əliyev (əməkdar artist) Rafiq İbrahimov (əməkdar artist) Əfqan Soltanov (əməkdar artist) Tofiq Bayramov (əməkdar artist) Mahirə Yaqubova (əməkdar artist) Elxan Rza (fəxri mədəniyyət işçisi,əməkdar artist) Tural Ağayev Arzu Şuşanova Ramin Şıxəliyev İlqar Musayev Hüsniyyə Mürvətova (əməkdar artist) Əhməd Salahov (əməkdar artist) Təzəgül Məmmədova (əməkdar artist) Toğrul Rza Səmayə Sadıqova (əməkdar artist) Vüqar Vəlixanov Zemfira Səidi İsmayıl Atakişiyev Namiq Cavadov Asif Rəhimov Zaur Həmidov Ələkbər Əliyev Dünyasını dəyişmişlər Yusif Muxtarov (xalq artisti, Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru) Muxtar Avşarov (xalq artisti) Sofa Bəsirzadə (xalq artisti) Məhluqə Sadıqova (xalq artisti) Firudin Mehdiyev (əməkdar artist) Mirvari Novruzova (əməkdar artist) == Teatrın repertuarı == == Mənbə == Mükərrəmoğlu, M. “Bakı Bələdiyyə Teatrının 10 yaşı tamam olur” [Bayram ərəfəsində teatrın 23 sənətçisi respublika Prezidenti Heydər Əliyevin fərmanı ilə fəxri adlara layiq görülmüşdür] //Xalq.- 2002.- 9 noyabr.
Bələdiyyə istiqrazlarının sığortalanması
Rusiyanın bələdiyyə bölmələri
Bələdiyyə bölmələri — Rusiyada yerli özünüidarəetmənin həyata keçirildiyi, yəni əsasən yerli məsələlərin həll olunduğu bir yaşayış məntəqəsidir. Bir yaşayış məntəqəsində yerli özünüidarəetmə yerli əhəmiyyəti olan məsələlərin həlli üçün bilavasitə əhali tərəfindən və (və ya) seçilmiş və digər yerli idarəetmə orqanları vasitəsilə həyata keçirilir. 2014-cü ilin may ayından etibarən Rusiya Federasiyasının qanunvericiliyi yeddi növ bələdiyyənin yaradılması imkanını təmin edir. Bələdiyyələr Rusiya Federasiyasının təsis qurumlarının qanunları ilə qurulur, ləğv edilir və ya dəyişdirilir. Bəzi tip bələdiyyələr digər növ bələdiyyələrin bir hissəsidir. Bələdiyyələr Rusiya Federasiyası boyunca mövcuddur. Sahə baxımından Rusiyada ən böyük bələdiyyə qurumu, əhali baxımından Taimyr Dolgano-Nenets bələdiyyəsi, əhali baxımından — Novosibirsk şəhər rayonudur. "Rusiya Federasiyasında yerli özünüidarəetmə təşkilatının ümumi prinsipləri haqqında" 6 oktyabr 2003-cü il tarixli 131-FZ Federal Qanununun 2-ci maddəsinə uyğun olaraq, Rusiya Federasiyasında 5 növ bələdiyyə mövcud idi: kənd qəsəbəsi — ümumi ərazi ilə birləşdirilmiş bir və ya bir neçə kənd yaşayış məntəqəsi (qəsəbələr, kəndlər, stanitsalar, kəndlər, fermalar, kəndlər, kəndlər və digər kənd yaşayış məntəqələri), daha az hallarda yerli özünüidarəetmənin əhali tərəfindən bilavasitə və (və ya) seçmə və digər vasitələrlə həyata keçirildiyi şəhər tipli qəsəbələr. yerli idarəetmə orqanları; Sovet dövrünün kənd məclislərinə və sovetdən əvvəlki dövrün zemstvoslarına uyğundur; kənd qəsəbəsi bir bələdiyyə rayonuna daxildir; şəhər qəsəbəsi — kiçik bir şəhər və ya şəhər tipli qəsəbə, daha az tez-tez yerli özünüidarəetmə orqanlarının birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə həyata keçirildiyi kənd yaşayış məntəqəsi; şəhər rayonları olmayan şəhər yaşayış məntəqələri bələdiyyə rayonlarına daxildir; bələdiyyə rayonu — fərdi dövlət tərəfindən həyata keçirilə bilən seçilmiş və digər yerli özünüidarəetmə orqanlarının vasitəsilə birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə əhali tərəfindən qəsəbələrarası xarakterli yerli əhəmiyyətə malik məsələlərin həlli məqsədi ilə ümumi ərazi ilə birləşdirilmiş, sərhədləri daxilində yerli özünüidarəetmənin həyata keçirildiyi bir neçə yaşayış məntəqəsi (kənd və / və ya şəhər) və qəsəbədaxili ərazilər federal qanunlar və Rusiya Federasiyasının təsis qurumlarının qanunları ilə yerli özünüidarəetmə orqanlarına verilmiş səlahiyyətlər; şəhər dairəsi — bələdiyyələr olmayan ümumi bir ərazi ilə birləşdirilmiş bir və ya bir neçə yaşayış məntəqəsi, yerli özünüidarəetmə əhali tərəfindən birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə yerli özünüidarəetmə orqanlarına federal qanunlar və Rusiya Federasiyası subyektlərinin qanunları ilə verilmiş bəzi dövlət səlahiyyətlərini həyata keçirə bilən orqanlar vasitəsilə həyata keçirilir. Federasiya, belə bir bələdiyyə əhalisinin ən azı üçdə ikisi şəhərlərdə və (və ya) digər şəhər yaşayış məntəqələrində yaşadığı halda (müddət 1 may 2019-cu ildən yenidən işlənmişdir yeni bir bələdiyyə rayonu — bələdiyyə rayonu); federal əhəmiyyətli bir şəhərin şəhərətrafı ərazisi (federal əhəmiyyətli bir şəhərin daxili bələdiyyə təşkili) — federal əhəmiyyəti olan bir şəhər ərazisinin bir hissəsi, hüdudlarında yerli özünüidarəetmə bilavasitə və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə əhali tərəfindən həyata keçirilir.
Təbriz Bələdiyyə Sarayı
Təbriz Bələdiyyə Sarayı 1936–1940 illəri ərzində Təbrizin o dönəmdə olan bələdiyyə rəisi Ərfə-ülmük Cəlili tərəfindən inşa edilmişdir. İkinci Dünya müharibəsi zamanı Azərbaycan Milli Hökumətinin mərkəzi olaraq istifadə edilmişdir. Azərbaycan Milli Hökuməti dönəmindən qalan bir sıra sənədlər bu binanın muzey bölməsində saxlanılır. Sarayın saat qülləsinin hündürlüyü 30 metrdir və memarlıq baxımından o dönəmdə alman memarlığından ilham alması diqqət çəkir. Binaya yuxarıdan baxındığında bir uçan qartal şəklində olduğu məlum olur.
Azərbaycan Respublikasının dövlət orqanları
Azərbaycanın dövlət quruluşu — Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. == Haqqında == Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir. Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir. == Azərbaycan Prezidenti == Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Belarusun daxili işlər orqanları
Belarusun daxili işlər orqanları — Belarus Respublikasının hüquq-mühafizə orqanı. Milis, Belarus Respublikasının Prezidenti tərəfindən başqa hal müəyyən edilmədikdə, daxili işlər nazirinin qərarı ilə milis tapşırıqlarını yerinə yetirmək üçün yaradılan cinayətkar milislərdən, ictimai təhlükəsizlik milislərindən və digər bölmələrdən ibarətdir. Daxili işlər orqanları bu Qanun və Belarus Respublikasının digər qanunvericilik aktları ilə onlara həvalə edilmiş vəzifələrə uyğun olaraq cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi qoruyan və ictimai təhlükəsizliyi təmin edən dövlət hüquq-mühafizə orqanlarıdır Daxili işlər orqanları Belarus Respublikasının milli təhlükəsizlik sisteminin tərkib hissəsidir. == Tarixi == 4 mart 1917-ci ildə Minsk şəhərinin mülki komendantı Mixailov Mixail Aleksandroviçin əmri ilə (pasport məlumatlarına görə, əsl adı Mixail Vasilyeviç Frunze idi) Ümumrusiya Zemski İttifaqının müvəqqəti polis rəisi təyin edildi. Minsk şəhərində asayişin qorunması. Bu tarix Belarus polisinin doğum günü hesab olunur. Qomeldə ölkə milisinin yüz illiyi şərəfinə abidənin açılışı olub.
Daxili işlər orqanları (Özbəkistan)
Özbəkistan Respublikasının Daxili işlər orqanları ( özb. Oʻzbekiston Respublikasi Ichki ishlar organlari) — Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin tərkibində olan hüquq-mühafizə orqanı. 23 may 2019-cu ildə ölkə prezidenti Şavkat Mirziyayev "Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına cinayət prosesi iştirakçılarının hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında". Bununla da bir neçə mühüm sənəddə "polis" ifadəsi "daxili işlər orqanları" ilə əvəz edilmişdir. Bununla yanaşı, Özbəkistanda "polis" termini hələ də fəal şəkildə istifadə olunur. Bu, bu sözün uzun müddət işlədilməsi ilə, həmçinin "daxili işlər orqanlarının əməkdaşı" ifadəsinin tələffüzünün çətinliyi ilə bağlıdır. Özbəkistanda avtomobilləri və digər avadanlıqları üzərində "Polis" yazısı olan Özbəkistanın turist polisi formalaşdırılmışdır.
Qazaxıstanın hüquq-mühafizə orqanları
Qazaxıstanda hüquq-mühafizə işlərinə Sovet dövründən praktik olaraq dəyişməz qalan Qazaxıstan polisi və məhkəmələri tərəfindən həyata keçirilir və ölkənin Milli Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq arasında bölüşdürülür. 1998-ci ilə qədər Qazaxıstan polisi "milis" adlanırdı. Qazaxıstan polisi Daxili İşlər Nazirliyinin tabeliyindədir, Milli Təhlükəsizlik Komitəsi və Baş Prokurorluq isə müvafiq olaraq kəşfiyyat məlumatlarının toplanması və istintaqların aparılmasına cavabdehdir. 1992-ci ildən Qazaxıstan İnterpolun üzvü oldu. Onun hüquq-mühafizə orqanları Rusiya, Belarusiya, Özbəkistan, Ukrayna və Qırğızıstan hüquq-mühafizə orqanları ilə yaxından əlaqə saxlayır. ABŞ-nin Qazaxıstandakı səfirliyinin veb saytında qeyd olunur ki, 2004-2005-ci illərdə Qazaxıstanda insan hüquqları vəziyyəti "qənaətbəxş qalır" və "hökumət öz səlahiyyətlərindən sui-istifadə etməyə davam edir". Freedom House müşahidəçi qrupu keçmiş Sovet dövlətini siyasi hüquqlara görə 6/7, vətəndaş azadlıqlarına görə isə 5/7 kimi qiymətləndirir (bu şkalada 7 ən aşağı, 1 isə ən yüksək qiymətdir) və onu "qeyri-azad" adlandırır. Human Rights Watch da daxil olmaqla müşahidəçilərin verdiyi məlumatlara əsasən, dekabrda keçirilən prezident seçkilərindən əvvəlki aylarda Qazaxıstanda siyasi özünüifadə hüququna məhdudlar tətbiq olunmuşdur. MKİ-nin "World fact book" adlı kitabında yazılıb ki, Qazaxıstan həbsxanalarında yatan 76.000 məhkumdan 1300 nəfəri 1995-ci ildə vərəmdən vəfat etmişdir, üstəgəl həbsxanalarda sıxlıq və işçi personalının az olması problemləri də müşahidə olunur. Dövlət tərəfindən həbsxana sisteminə edilən maliyyələşdirmə də kifayət etmir.
Daxili işlər orqanları (Belarus)
Belarusun daxili işlər orqanları — Belarus Respublikasının hüquq-mühafizə orqanı. Milis, Belarus Respublikasının Prezidenti tərəfindən başqa hal müəyyən edilmədikdə, daxili işlər nazirinin qərarı ilə milis tapşırıqlarını yerinə yetirmək üçün yaradılan cinayətkar milislərdən, ictimai təhlükəsizlik milislərindən və digər bölmələrdən ibarətdir. Daxili işlər orqanları bu Qanun və Belarus Respublikasının digər qanunvericilik aktları ilə onlara həvalə edilmiş vəzifələrə uyğun olaraq cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi qoruyan və ictimai təhlükəsizliyi təmin edən dövlət hüquq-mühafizə orqanlarıdır Daxili işlər orqanları Belarus Respublikasının milli təhlükəsizlik sisteminin tərkib hissəsidir. == Tarixi == 4 mart 1917-ci ildə Minsk şəhərinin mülki komendantı Mixailov Mixail Aleksandroviçin əmri ilə (pasport məlumatlarına görə, əsl adı Mixail Vasilyeviç Frunze idi) Ümumrusiya Zemski İttifaqının müvəqqəti polis rəisi təyin edildi. Minsk şəhərində asayişin qorunması. Bu tarix Belarus polisinin doğum günü hesab olunur. Qomeldə ölkə milisinin yüz illiyi şərəfinə abidənin açılışı olub.
Maunt Kisko bələdiyyə kompleksi
Maunt Kisko bələdiyyə kompleksi — Kisko dağında yerləşən milli tarixi bir bölgədir. Ərazidə iki bina mövcuddur: Maunt Kisko şəhər və kənd zalı (1932) və Amerika Birləşmiş Ştatları Poçt İdarəsi (1936). Hər ikisi də Kolonial intibah memarlığı üslubundadır. Şəhər və kənd zalı hörülmüş bir çadır damı ilə doldurulmuş, əhəngdaşlı bir təməl üzərində iki mərtəbəli, çarpaz formalı kərpic binadır. Onun səkkizbucaqlı saat qülləsi var. Kənd kitabxanası 1960-cı il ayrı, bitişik bina inşa edilənə qədər binanın ikinci mərtəbəsində fəaliyyət göstərirdi. Binanın birinci mərtəbəsində əvvəllər polis bölməsi və kiçik bir həbsxana yerləşirdi. Poçt şöbəsi bir mərtəbəli kərpic binadadır. 1936-cı ildə rəssam Tomas Donnelli tərəfindən hazırlanan "Maunt Kisko" tarixini əks etdirən fresklər var. 1997-ci ildə Tarixi Yerlərin Milli Reyestrinə əlavə edildi.
Ərdəbil Bələdiyyə Futbol Klubu
Azərbaycanda bələdiyyə seçkiləri (1999)
Azərbaycanda bələdiyyə seçkiləri (1999) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən ilk seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 1-ci ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Azərbaycan Prezidenti Heydər Əliyev bələdiyyə seçkiləri səbəbi ilə xalqa müraciət etmişdir. == Seçki sistemi == 2 iyul 1999-cu il tarixində Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 1000-dək olan ərazilərdə 7, 1000-dən 5000-dək olan ərazilərdə 9, 5000-dən 10000-dək olan ərazilərdə 11, 10000-dən 20000-dək olan ərazilərdə 13, 20000-dən 50000-dək olan ərazilərdə 15, 50000-dən 100000-dək olan ərazilərdə 17, 100000-dən 300000-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir. Seçkilərin keçirilməsi üçün ölkə üzrə ərazi seçki dairələri yaradılmışdır. Ərazi seçki komissiyası seçki gününə ən geci 95 gün qalmış 9 üzvdən ibarət tərkibdə seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarından təşkil edilir.