Kamil insan
Kamil İnsan — (ərəb. الإنسان الكامل) İslam teologiyası, irfanı, sufiliyi və mistikasında geniş yayılmış anlayış.
== Terminin məzmunu ==
İslam baxımından kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İslama görə kainatda ən kamil insan əfəndimiz Hz Məhəmməd (s) ibn Abdullahdır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və dini təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik.