Həkim Məhəmməd Bəqər
Həkim Məhəmməd Bəqər (Təbriz) —
== Həyatı ==
Həkim Məhəmməd Bəqər Təbrizdə doğulub boya-başa çatmışdı. Onun qardaşı Mir Bəqər məşhur və istedali həkim idi və Shah Abbas Səfəvinin saray həkimi vəzifəsində çalışırdı.
Məhəmməd Bəqər də, qardaşi kimi, tibb sahəsində və başqa elmlərdə dərin savada malik idi.
Bir müddət Təbrizdə həkim işləyəmdən sonra o, Hindistana yollanır və Əbdürrəhman Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır.
Bu xeyriyyəçinin əməlləri bütün İran və Azərbaycana əks səda salmışdı.
Xani-xanan Məhəmməd Bəqəri hörmətlə qarşılayır, onunla dostlaşır və özünün şəxsi həkimi təyin edir.
Məhəmməd Bəqər ömrünün sonuna qədər orada yaşayır və böyük var-dövlət sahibi olur.