babatlıq
babbit
OBASTAN VİKİ
Babayi-Əmir (jurnal)
"Babayi-Əmir" jurnalı (az.-əbcəd بابای امیر‎) — Bakıda 1915–1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal. == Jurnalın yaranma tarixi == Mətbuatda "zərərli istiqamətli" yazılarına görə Sibirə sürgün edilən Əliabbas Müznibi Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıya qayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərə alan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914- cü ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşı Əbülfəz Mütəllibzadənin adına "Dirilik", 1915-ci ilin aprel ayından isə "Babayi-Əmir" adlı satirik jurnalı qeydiyyatdan keçirir. Beləliklə, "Babayi-Əmir" jurnalı "Dirilik" məcmuəsinin nəşriyyatı olaraq, 1915-ci il 21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr olunmuşdur. Jurnalın redaktoru şair və ədəbiyyatşünas Əliabbas Müznib, sahibi, naşiri isə onun qardaşı Əbülfəz Mütəlliboğlu olmuşdur. "Babayi-Əmir" jurnalının nəşrinə "Molla Nəsrəddin" jurnalının böyük təsiri olmuşdur. İlk sayında "Gəlmişəm" adlı baş məqaləsində jurnal mətbuat aləminə gəlişini satirik tərzdə belə çatdırır: Alman imperatoru Vilhelmə müraciət edən məqalə müəllifi yazırdı: == Jurnalda dərc olunan mövzular == "Babayi-Əmir"in səhifələrində mədəniyyət məsələləri, satqın ziyalılar, dini fanatizm əleyhinə mübarizə və s. mövzularda yazılara, rəsmlərə geniş yer verilirdi. Yazıları əsasən şeirlərdən ibarət idi.
Əmir
Əmir—Ərəbcə başçı, şah. == Tarixi == Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Əmir (Askın)
Əmir (başq. Әмир, rus. Амирово) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 4 km, kənd sovetliyindən (Kaşka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir.
Əmir (Gədəbəy)
Əmir — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Əmir oyk. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzən Əmir variantında qeydə alınmışdır. Oykonim eymur tayfasının adı ilə bağlıdır, etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 183 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əmir (Marağa)
Əmir (fars. امير‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (60 ailə).
Əmir Pazivari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. == Əmiri == Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir.
Əmir Peretz
Əmir Peretz (ivr. ‏עָמִיר פֶּרֶץ‏‎) — hazırda İşçi Partiyasının lideri və partiyanın Knesset üzvü olaraq çalışan bir İsrail siyasətçisidir. Hal hazırda İsrailin İqtisadiyyat Naziri vəzifəsini icra edir. 1988-ci ildən bəri demək olar ki, fasiləsiz Knesset üzvü olmaqla yanaşı, Müdafiə naziri və Ətraf Mühitin Mühafizəsi Naziri vəzifələrini icra etdi, 1995-2006-cı illər arasında Histadrut həmkarlar ittifaqı federasiyasına rəhbərlik etdi. 1999-cu ildə 2004-cü ildə yenidən İşə birləşdirilməyə qədər rəhbərlik etdiyi öz partiyası olan Bir Millət qurmaq üçün Əməkdən ayrıldı.
Əmir Pəhləvan
Əmir Pəhləvan — Azərbaycan dramaturqu, Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı. == Həyat == Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib (1976), Rusiyanin Novosibirsk vilayətində əsgəri xidmətdə olub (1977-1979), Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1980-1985). Eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb (1981), "Baku", "Bakı" axşam qəzetlərində (1985-1988), "Azərbaycan müəllimi" qəzetində (1988-1990) müxbir işləyib, "İlham" qəzetinin təsisçisi və baş redaktoru olub (1990). 1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülür. Buradan o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxır. 1990-cı ildə "İlham" mədəniyyət qəzetini təsis edərək baş redaktoru olur. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz "alın yazısı", "qisməti" diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar.
Əmir Qalanoyi
Əmir (Ərdəşir) Qalanoyi (fars. امیر (اردشیر) قلعه‌نویی‎; 9 iyul 1964, Tehran, İran) — İranın tanınmış futbol məşqçisi. O keçmişdə İran milli futbol komandasının və Tehranın İstiqlal klubunun yarımmüdafiəçisi olmuşdur. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra İran milli futbol komandasının, İstiqlal, Sepahan klublarının baş məşqçi olmuşdur. Hazırda Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir. İran futbol çempionatının ən ünlü baş məşqçilərindəndir. Qalanoyi İstiqlal ilə uğur qazandıqdan sonra, Sepahan klubunu da iki dəfə ardıcıl olaraq çempion etmişdir. == Qalanoyinın Traktor Saziyə gəlməsi == Traktor Sazi klubu 2009-cu ildə İran futbol çempionatının yüksək liqasına qayıdan sonra iki il Fəraz Kəmalvəndin məşqçiliyi ilə 7-ci və 5-ci yerləri tutmuşdur. İkinci il klubun Asiya klublararası çempionata düşə bilməməsi azarkeşlərin narazılığına səbəb oldu. Bu vaxt Traktor Sazi artıq İranın ən çox azarkeşi olan futbol klubu idi.
Əmir Qurbanov
Əmir Abakaroviç Qurbanov (rus. Амир Абакарович Курбанов; 23 dekabr 1909 (5 yanvar 1910), Buynaksk rayonu, Dağıstan MSSR – 1966, Mahaçqala) — qumuq dramaturqu, yazıçı, aktyor və teatr xadimi, Dağıstan MSSR Əməkdar İncəsənət xadimi (1955), Dağıstan MSSR Xalq artisti (1959), SSRİ Yazıçılar İttifaqının üzvü (1943). == Həyatı == Əmir Qurbanov 23 dekabr 1909-cu ildə Rusiya İmperiyasının Dağıstan vilayəti, Teymurxanşura uyezdi, Teben Cenqutay aulunda yoxsul kəndli ailəsində doğulmuşdur. Milliyyətcə qumuq türküdür. 1916-cı ildə, yeddi yaşında olarkən anası Daqibatı itirmişdir. Bir qədər sonra Denikin ordusuna qarşı vətəndaş müharibəsinə qoşulan atası Abakar ağır yaralanmış və 1920-ci ildə vəfat etmişdir. Beləliklə, ailənin iki oğul və beş bacıdan ibarət yeddi üzvü yetim qalmışdır. 1921-ci ildə Əmir Teben Dequtay aulundakı uşaq evinə sığınmış, iki ildən sonra onu Buynaks uşaq evinə köçürmüşlər. 1925-ci ildə o, Buynaksk Pedaqoşi Məktəbinə daxil olmuş, az sonra Buynaksk Teatr Texnikumuna dəyişilmiş və 1930-cu ildə həmin məktəbi bitirmişdir. Daha sonra Leninqrad İncəsənət Akademiyasının nəzdində fəhlə bölməsini bitirmiş,məzun olduqdan sonra 1932-1937-ci illərdə Qumuq Musiqili Dram Teatrında rejissor kimi fəaliyyət göstərmişdir.
Əmir Rüstəmov
Əmir Məmməd oğlu Rüstəmov (10 (23) dekabr 1909, Şuşa – 13 aprel 1979, Bakı)—general-mayor. == Həyatı == Əmir Məmməd oğlu Rüstəmov 5 dekabr 1909-cu ildə Şuşa şəhərində doğulmuşdu. Kiçik yaşlarından ailəsi ilə birlikdə Aşqabada köçmüşdü. İnşaat texnikumunu bitirdikdən sonra (1931) SSRİ Baş Pambıqçılıq Komitəsinin Tacikistan SSR tikinti trestində mühəndis işləmişdir. 1932-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1937-ci ilə qədər Orta Asiyada müxtəlif hərbi dəstələrin tərkibində basmaçıların qalıqlarına qarşı mübarizə aparmışdır. 1941-ci ildə V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. 1942–1943-cü illərdə Rostov altında, Qafqaz uğrunda gedən vuruşlarda fəal iştirak etmişdir. Böyük Vətən müharibəsindən sonra Quru qoşunların mühəndis xidməti qərargahı əməliyyat söbəsinin rəisi təyin olunmuşdur. 1952-ci ildə K. J. Voroşilov adına Hərbi Akademiyanı bitirmişdir.
Əmir Süleyman
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. == Həyatı == === İlk illəri === Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi. Ankara döyüşünə də (1402) məhz bu əyalətlərdən topladığı əsgərlərlə qatılmışdır.
Əmir Sərxoş
Əmir Sərxoş (ing. Amir Sarkhosh) (30 may 1991-ci il təvəllüdlü) İranlı Snuker oyunçusudur. Eyni zamanda İran milli snooker komandasının kapitanıdır. == Həyatı == 1991-ci ildə Karajda anadan olub, 2001-ci ildə 10 yaşında, ilk dəfə ilk bilyard klubuna və inqilabdan sonra başlayan üçüncü kluba yazıldı və yeni başlayanlarla eyni klubda snooker idman növünü öyrəndi. Tehran çempionatına qatıldı və parlaqlığına görə İran yığmasına qatıldı; Hal hazırda İran milli komandasının kapitanıdır. == Peşəkar həyat == Amir Sarkhosh ilk komanda qızıl və bürünc medalını 2013-cü ildə Livan və Qərbi Asiyada aldı.Sarkhosh, 1/4 finalda mübarizədən kənarlaşdırılan 2017-ci il Qızıl Top 6 (IBSF) Çempionatına qatıldı.2017-ci ildə Bağlı Asiya Çempionatında uğursuz iştirakından sonra Sərxoş həvəskarlar bölməsində Dünya çempionatının finalına çıxmağı bacardı və son mərhələdə hindistanlı rəqibi Pankaj Avranini məğlub etdi.2018 Asiya Çempionatında yenidən finala vəsiqə qazandı və finalda rəqibi Əli Qarquzlunu məğlub edərək dünya çempionu oldu.
Əmir Teymur
Teymur (çağatay. تیمور‎; 9 aprel 1336[…], Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. == Adı və şəxsiyyəti == === Teymurun adı === Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Əmir Təhmuras
Əmir Təhmuras Dərbəndi (v. 4 mart 1459) — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi. == Həyatı == Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır: Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı.
Əmir Vəli
Əmir Vəli (v. 1386) — Astarabad hakimi. == Həyatı == Əmir Vəli 1374-cü ildən 1376-cı ilədək Astarabad hakimi olmuşdu. 1386-cı ilin baharında Əmir Teymur İrana yürüş edir. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu, lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır. Tarixçi Zeynəddin Qəzvini yazır: "Əmir Vəli Təbrizə çatan kimi Mahmud Xalxalinin yanına adam göndərib onu özü ilə müttəfiq etdi".Azərbaycan xalqı Əmir Teymurun hücumundan özünə gəlməmiş 1386-cı ilin qışında Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla (Bəy Poladın sərkərdərliyi ilə) Dərbəndi keçərək Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim Şamaxının müdafiəsini təşkil etsə də, heç bir nəticə əldə edə bilmədi. Toxtamış Şirvanı keçərək Təbrizə yaxınıaşdı və orada ciddi müqavimətə rast gəldi.
Əmir Xan
Əmir Hüseyn Xan (14 mart 1965, Bombey) — Hindistan aktyoru, rejissoru və prodüseri.
Əmir Xəttab
Əmir Xəttab (Samir Salih Abdullah Suvailem) - Əfqanıstan və Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri, "Milli Qəhrəman". Ərəb Körfəzində varlı və mədəni bir ailənin uşağı olaraq doğuldu. Çox cəsur , qüvvətli və qorxmaz bir gənc olaraq yetişən Xəttab Ingiliscə təhsil aldıqdan sonra 1987-ci ildə bir Amerikan Liseyində oxuma haqqı qazandı. Eyni il işğalçı Rus ordusuna qarşı Əfqanıstan müharibəsinin ən sıx dövrlərində idi. Dünyanın dörd bir tərəfindən müsəlman gənclər Şeyx Abdullah Azzam (1989 da sui-qəsd nəticəsində şəhid oldu), Şeyx Tamım Adnanı (vəfat 1988) və Usama min Ladin kimi İslami şəxsiyyəti ilə önə çıxmış kəslərin Cihad çağırışlarına razılıq edərək Əfqanıstana axın etməkdə idilər. Dünyanın Super Güc olaraq qəbul etdiyi Rusiyaya qarşı edilən mübarizə və göstərilən fövqəladə qəhrəmanlıqlar müsəlmanlar arasında yayılırdı. Amerikada təhsilinə davam edəcəyi zaman gəldiyində Xəttab bir çox yoldaşlarının və qohumlarının etdiyi kimi Əfqanıstana qısa bir ziyarətə getməyə qərar verdi. 1987-ci ildə ailəsi ilə vidalaşıb evindən ayrılan Xəttab o gündən sonra bir daha evinə, ailəsinin yanına dönmədi. Xəttab təhsilini tamamladıqdan sonra cəbhəyə getdi. Sonrakı altı ildə, artıq Xəttab 20-ci yüzilliyin gördüğü en cəsur və çətin Mücahid Komandanları arasına girmişdir.
Əmir Çalbaş
Əmir Çalbaş (Krım tatarcası: Emir Üsein Çalbaş, rusca: Эмир Усеин Чалбаш; 5 yanvar 1918 – 6 avqust 2005, Aluşta) — Krım tatarı olan döyüş təyyarəçisi, squadron komandanı, sınaq pilotu və Əhmədxan Sultanın dostu. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanlığına namizəd göstərilsə də, bu adı ala bilməmişdir. == Həyatının erkən dövrü == Krım tatarı olan kasıb ailədə 1918-ci ilin əvvəllərində anadan olmuşdur. Ailənin maddi vəziyyətinə görə erkən yaşlarından kənd təsərrüfatı sahəsində işləməyə başlamışdır. O, həyatının bu dövründə 6 kilometr uzaqlıqda olan Aluşta şəhərinə süd qutuları daşımaqla məşğul olmuşdur. O, 2 il davam etməli olan ibtidai məktəbini uğurla daha tez müddətə bitirmişdir. 4 il yerli məktəbdə təhsil aldıqdan sonra 7 il internat məktəbində təhsil almışdır. 1933-cü il aclığı zamanı o, qısa müddətlik məktəbdən ayılıb aşpaz kimi çalışsa da, müəlliminin danlağından sonra məktəbə geri dönmüşdür. Daha sonra o, Simferopoldakı nəqliyyat məktəbinə yollandı və daha sonra donanma gəmilərində elektrik kimi çalışdı. Orada o, məşhur test pilotu Vladimir Kokkinaki ilə tanış olmuşdur.
Əmir Çoban
Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz (1260-cı illər – noyabr 1327, Herat) — Elxani əmiri, sərkərdə. == Həyatı == Əmir Çoban Sulduz Elxanilər dövrünün önəmli sərkərdələrindən biri idi. Arqun xanın hakimiyyəti dönəmində fəaliyyətə başlamışdı. Qazan xanın yürüşlərində iştirak etmişdi. Sultan Məhəmməd Olcaytunun (1304-1316) dövründə hakimiyyət de-fakto Əmir Çobanın əlinə keçdi. Çoban türk-monqol mənşəli Sulduz elinə mənsub idi və bu el orta əsrlərdə Urmiya vilayəti ətrafında məskunlaşmışdı. Əbu Səid Bahadur xan (1316-1335) dövründə Əmir Çoban dövlətə qarşı bütün üsyanları yatırtdı. Qızıl Orda qoşununu məğlub etdi. Əmir Çobanın nüfuzundan qorxuya düşən Əbu Səid 1328-ci ildə onu oğlanları ilə birlikdə öldürtdü. == Ailəsi == Əmir Çoban Sulduz Sultan Satıbəy xatunla ailə qurmuşdu.
Əmir İsfahan
Əmir İsfahan — Qara Yusifin Pirbudaqdan sonra 2-ci oğludur, Qara İsgəndərin anabir qardaşıdır. 1433–1445-ci illərdə Bağdad hakimi olmuşdur. == Həyatı == 1410-cu ildə Sultan Əhməd Cəlayır ilə döyüşdə iştirak etmiş və Qaraqoyunlu ordusunun sol qoluna başçılıq etmişdir. 1420-ci ildə Qara Yusif Teymuri sultan Şahruxu qarşılamaq üçün Təbrizdən hərəkətə başlayanda, Əmir İsfahan Ədilcəvazda hakim idi, lakin atasına qoşunla yardım göstərmədi. Qara Yusifin ölümündən sonra əvvəlcə Naxçıvana sonra Çuxursəədə çəkildi. Burada Səəd tayfası onu hakimiyyət üçün namizəd elan etdilər və Qara Yusifin xəzinəsi də Əmir İsfahanın əlinə keçdi.Şahrux tərəfindən əmr verildi ki, Mirzə İbrahim sultan və Əmir Şahməlik 20 min süvari ilə Əmir İsfahanın ələ keçirilməsi üçün Naxçıvan və Səlmatu tərəfə hərəkət etdilər. O əsnada İsfahanın elçiləri Şahruxun düşərgəsinə gəlib tabelik bildirdilər. Bundan sonra Şahrux onların üzərinə hücumu dayandırdı.Qardaşı İsgəndərin Qaraqoyunlu torpaqlarındakı hakimiyyəti yenidən bərpa etməsi Şahruxun Azərbaycana yeni yürüşünə gətirib çıxardı. 1421-ci ildə baş vermiş Alaşkerd döyüşündə Əmir İsfahan Qaraqoyunlu qoşununun sol cinahına başçılıq edirdi. Döyüşdə Qaraqoyunlu ordusu məğlubiyyətə uğradı.
Əmir Şərifəddin
Əmir Şərifəddin (ind. Amir Sjarifuddin Harahap, Amir Sjarifoeddin Harahap, 27 aprel 1907, Medan — 19 dekabr 1948, Surakarta) — İndoneziya siyasi xadimi. == Həyatı == 30-cu illərdə Hollandiya müstəmləkə jandarmeriyasının Yavada, Sumatrada və İndoneziyanın başqa adalarındakı hər bir şö'bəsinin seyfində belə və ya buna oxşar anget tapmaq olardı... Hollandiya hakimiyyət orqanları 20-ci illərin ortalarında İndoneziya gənclərini tə'sir altına almaq məqsədilə İndoneziyalı tələbələri Haaqa və Amsterdamın ali məktəblərində oxumağa geniş cəlb edirdilər. Lakin İndoneziya gənclərinin əksəriyyəti və ən yaxşı hissəsi həmişəki kimi Hollandiya hakimiyyətini əslində olduğu kimi müstəmləkəçi və zalim hesab edirdi. 1928-ci ildə Hollandiyadan qayıdan Şərifəddin ölkənin ictimai həyatında, vətənin azadlığı uğrunda mübarizədə fəal iştirak edir. Müxtəlif milli təşkilatlarda işləyən Şərifəddin Hollandiya müstəmləkəçiliyinə qəti və barışmaz düşmən olduğunu göstərmişdi. Qorxmazlıq, energiya, vətənin azadlığı işinə sədaqət xalq arasında Əmir adlandırılan Şərifəddinə ümumi hörmət və məhəbbət qazandırmışdı. Təbiidir ki, milli istiqlaliyyət uğrunda, xalqın səadəti uğrunda mübarizə Şərifəddini kommunistlərlə yaxınlaşdırmışdı. Həmin dövr kommunist partiyası qüvvələrinin möhkəmləndiyi, xalq arasında onun nüfuzunun artdığı dövr idi və partiyanın qeyri-leqal vəziyyətdə olması da buna maneçilik törətmirdi.
Əmir Əbdülqadir
Əbdülqadir İbn Muhyiddin İbn Mustafa Əl-Həsəni Əl-Əlcəzairi (6 sentyabr 1808[…], Qitəna[d] – 26 may 1883[…], Dəməşq) — Əlcəzair xalqının Fransa boyundurluğuna qarşı mübarizəsinə (1840–1846) öndərlik edən və Əlcəzair dövlətinin təməlini atan din adamı və əsgər. 1832-ci ildə Maskura əmiri olmuşdur, sufi, şair, islam alimi. == Həyatı == === Gəncliyi === Əbdülqadir hərbi sahədə göstərdiyi qəhrəmanlıqlardan öncə belə yaraşıqlılığı və üstün zəkasıyla xalqın gözdəsi halına gəlmişdi. Qara saqqallı düzgün bir üzü, incə və qıvraq bir bədəni olan orta boylu bir kişiydi. Davranışları son dərəcə kibar, yaşamı da eyni ölçüdə sadəydi. Şairliyi və təsirli söz söyləmə gücüylə dindaşlarını asanca həyəcana gətirə bilən dindar və aydın bir şəxs olaraq tanınırdı. === Fransız işğalı və dirəniş === Əlcəzair, Fransız ordusunun 1830-cu ildə ölkəni işğalınadək, Osmanlı dövlətinə bağlı bir əyalət idi. Ölkənin idarəsi Türk Yeniçərilər və onların seçdiyi bir Dayının (vali) əlində idi. Türk-Əlcəzairli qarışımı bir kökənə sahib olan Kuloğlu topluluğu ilə bəlirli ayrıcalıqlı qəbilələrdən dəstək görən bu hakimlər, eyni dindən gəlmənin onlara sağladığı üstünlüklə Əlcəzairi çox sıkı bir dənətim altında tuturdular. Bununla birlikdə bu yönəticilərdən nifrət edən Əlcəzairlilər, XIX əsrin başlarında sürəkli ayaklanma halındaydılar.
Əmir Əliyev
Əmir Əliyev (coğrafiyaçı) — Coğrafiya elmləri doktoru. Əmir Əliyev (hüquqşünas) — Hüquq elmləri doktoru, professor.

Значение слова в других словарях

Богома́терь неисцели́мый ого́ отцепля́ть разжижа́ть ресни́чки устели́ть Ча́йка как слону́ дробина ме́ркло на сла́ву раско́рм бузина вид клецы blind-spot choir-stalls fennish opening overdramatise peak load troop horse whipstitch незастрахованный султан