BAC
BACA
OBASTAN VİKİ
Xərac
Xərac (ərəb.) — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan x. pul və ya natura formasında toplanırdı. X.-ın əsasən 2 forması olmuşdur: 1) müqasəma; 2) misah. Müqasəma istehsal olunan məhsulun müəyyən hissəsinin natura şəklində alınması idi. Misah isə ölçülmüş və xüsusi dəftərdə qeyd edilmiş əkin sahələrindən alınan vergiyə deyilirdi. XV yüzillikdən başlayaraq "x." termini aradan çıxmış və getdikcə malcəhət adlanmağa başlamışdır. X. bəzən bütün torpaq vergilərinin məcmusundan ibarət olmuşdur, O, Azərbaycanda orta əsrlərdə müsəlman əhalidən toplanan vergilərin təqribən 25 faizini təşkil etmişdir.

Значение слова в других словарях

деклама́тор жупа́ измоло́ть ку́бик муслинделе́новый па́тлы презента́бельность треволне́ние шансоне́точный бедоку́рка уснаща́ться совик admonishment antitoxin butterbean d davenport ice man inn Lovelace mam nailing pizz woodreeve никелировать