BAC-XƏRAC

Bax: bac. (“Koroğlu” dastanının lüğəti)

Qıratın üstündə dili təng olan,

Paşalar varına talanlar salan,

İskəndərtək sudan bac-xərac alan,

Bir de, qoç Koroğlu, nədən məlulsan?

                        (“Eyvazın Çənlibelə gətirilməyi”)

*

Çəmlibeldə hamı Koroğlunun adını eşidib hər tərəfdən ona hədiyyə, pul, qənimət, bac-xərac gətirirdi. (Paris nüsxəsi, 2-ci məclis)

BAC FARS
BACAQLI
OBASTAN VİKİ
Xərac
Xərac — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan x. pul və ya natura formasında toplanırdı. X.-ın əsasən 2 forması olmuşdur: 1) müqasəma; 2) misah. Müqasəma istehsal olunan məhsulun müəyyən hissəsinin natura şəklində alınması idi. Misah isə ölçülmüş və xüsusi dəftərdə qeyd edilmiş əkin sahələrindən alınan vergiyə deyilirdi. XV yüzillikdən başlayaraq "x." termini aradan çıxmış və getdikcə malcəhət adlanmağa başlamışdır. X. bəzən bütün torpaq vergilərinin məcmusundan ibarət olmuşdur, O, Azərbaycanda orta əsrlərdə müsəlman əhalidən toplanan vergilərin təqribən 25 faizini təşkil etmişdir.

Значение слова в других словарях