BAC

is. [ fars. ] köhn.
1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi.
Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. Koroğlu”.

// Ümumiyyətlə, vergi.
// Məc. mənada.
klas. Ta ki ol ahu gözün mülki-Xütəndən bac alır. Xətayi.
Səbzə gülə verdi müşk bacın; Gül səbzəyə mülkünün xəracın. Füzuli.

2. tar. Qalibin məğlubdan aldığı təzminat, vergi.
Gəl sənə söyləyim, bazirganbaşı; Gəlmişəm səndən bac alam, gedəm. Koroğlu”.

3. məc. İntiqam, qisas, əvəz çıxma. [Tərlan xanım:] Zəmanəyə bax! İşə bir bax.
Gör kim kimdən bac alır! Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAC bac bax 1. rüsum; 2. vergi 1; intiqam

Etimologiya

  • BAC Farscadır, “vergi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BABLAŞMAQ
BAC-XƏRAC

Digər lüğətlərdə