BACA

is.
1. Tüstü çıxmaq üçün ocağın üstündə kərpicdən hörülən və ya dəmirdən qayrılan içi boş boru. Evin bacası. Fabrik bacası.
– Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman. A.Səhhət.
Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü. S.S.Axundov.
Küçələrə baxan bacaların görünüşü də mənə, yaxın səhərin qorxulu dastanını oxuyurdu. M.S.Ordubadi.

2. İşıq və hava gəlmək üçün bəzən kənd evlərinin və anbarların damında pəncərə əvəzinə qoyulan dəlik.
Tövlənin üst tərəfindəki iki baca qarın işığını, ayazın şaxtasını içəriyə buraxmır. S.Rəhimov.

3. Su kəməri, lağım və s. bu kimi yeraltı qurğuları yoxlamaq üçün qoyulan örtülüb açılan dəlik, qapaq.
□ Baca açmaq – dəlik açmaq, deşmək. Top gülləsi evin divarında bir baca açdı.
◊ Bacadan düşmə1) təsadüfən, gözlənilmədən, müftə, zəhmətsiz ələ keçən şey haqqında; tapıntı;
2) gözlənilmədiyi halda, birdən və qəflətən gələn adam haqqında.

Etimologiya

  • BACA Fars sözüdür və bad (külək), ca (yer) kəlmələrindən əmələ gəlib. Mənası “hava üçün yer” demək olub, sonra bir qədər dəyişib
BAC-XƏRAC
BACA-BACA

Digər lüğətlərdə