BACANAQ

M.Fasmerin yazdığına görə, baca türk dillərində “böyük bacının əri” deməkdir, -naq isə kiçiltmə şəkilçisidir: böyük bacının əri kiçik baldızının ərini belə adlandırıb, ona görə də burada kiçiltmə mənası var. Azərbaycan alimi Ə.Dəmir­çi­zadə isə -anaq hissəsini qohumluq əlaqəsi bildirən söz kimi şərh edib. Hər iki halda (həmin alimlərin fikrinə görə) sözün kökü bacı kəlməsi ilə bağlıdır, amma nə Fasmerin (-naq kiçiltmə şəkilçisidir), nə də Dəmirçizadənin (-naq qohumluq bil­dirir) fikrini təsdiq edən əlavə dəlil tapmaq mənə nəsib olmadı. Bircə orası aydındır ki, -anaq2 şəkilçisi feilə qoşulur (boğanaq, döyənək), adlara artırılmır (tozanaq –toz –a –maq, tozumaq feilindən əmələ gəlib, boğanaq isə ayrıca izah olunacaq). Bu sözün sinonimi kimi adaşböşük kəlməsi də işlədilib, mənası “kəbin üzrə dost” deməkdir (böşük türk sözü deyil, İran dillərindən keçmədir, “kəbin üzrə kişi qohumları” deməkdir). Bacanaq sözü heç də bütün türk dillərində “bacıların əri” anlamında işlədilmir. Məsələn: uyğur dilində qadın öz ərinin, kişi öz arvadının qar­daşına bacanaq deyir. Bacının ərinə, kəbin qo­hu­m­larına, ata nənəsinə və digər şəxs­lərə də bacanaq deyənlər var. Deməli, bacanaq kəlməsini bacı məfhumu ilə məhdudlaşdırmaq doğru ola bilməz. Güman edirəm ki, sözün əsli bağanaq (əlaqə, bağlılıq, qohumluq) kimi olub və sonradan təhrif nəticəsində bacanaq şəklinə düşüb. Uyğur, qırğız, tatar dillərində (xüsusən də dialektlərdə) sözün bağanaq forması indi də özünü göstərir. Kəlmə bağ (isim), bağ -a (feil), bağ -a -naq (isim) ardıcıllığı üzrə əmələ gəlmişdir. Məsələ açıq qalır. V.Radlovun əsərində şəkiçiləşmiş inaq sözü “dostlaşmaq” mənasında qeydə alınıb. Ola bilsin ki, ina-m, ina-n kimi sözlər inaq (inak) kəlməsi ilə qohumdur. M.Kaş­ğaridə bacanaq yerinə, öz kişi (özümüzünkü) işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BACA
BACARMAQ
OBASTAN VİKİ
Aslan bacanaq
Aslan Bacanaq filmi rejissor Zəki Alasya tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Komediya, macəra, döyüş, musiqili film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Zəki Alasya, Mətin Ağpınar, Gölgən Bəngü, Cavad Qurtuluş, Pərran Qutman ifa edirlər. == Məzmun == Məhəlləyə təzə köçən avtobus sürücüsü Səlim, yaşadığı yerin qoçusu Həlimin bacısını sevməyə başlayır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. == Film haqqında == Film aktyor, rejissor Zəki Alasyanın quruluşçu rejissor kimi filmdə ilk işidir.
Aslan Bacanaq (film, 1977)
Bacanaqlar (film, 2009)
Bacanaqlar (1–236-cı seriyalar), Köhnə Bacanaqlar (237–240-cı seriyalar), Eks-Bacanaqlar (241–324-cü seriyalar), Eks-Bacanaqlar. Şərikli Ev (325–326-cı seriyalar), Bacanaqlar. Şərikli Ev (327–364 seriyalar), Bacanaqlar. Yeznə-Qayın (365–404-cü seriyalar), Bacanaqlar. 10 İl (405-ci seriyadan) — 2009-cu ildən Azad Azərbaycan TV-də yayımlanan komediya janrlı Azərbaycan teleserialı. == Məzmun == Film-serial iki bacanağın başına gələn məzəli, bəzən isə tragikomik əhvalatlardan bəhs edir. Ümumi film rollarını götürdükdəysə, Talehin 3 həyat yoldaşı, 1 oğlu və 1 qızı, Qismətin isə 1 həyat yoldaşı, 1 qızı və 1 oğlu var. Həmçinin əvvəl bacanaq idilərsə, sonradan Taleh Qismətin bacısı ilə ailə qurmuş olur. === I və II mövsümlər === Bir-birilə bacanaq olan Qismət və Taleh "Şıdırğı" adlı redaksiyada jurnalist kimi çalışırlar və sosial cəhətdən zəifdirlər. Elə bu səbəbdən də, ilk 100 seriyada onlar 5 kirayə ev dəyişirlər (Kürdəxanıda cücə kolxozunda, Sovetskidə həyət evində, Sahil qəsəbəsi Zığ, və Kubinkada bina evlərində).
Bacanaqlar (teleserial, 2009)

Bacanaqlar serialının personajlarının siyahısı
Bu siyahıda Bacanaqlar serialında iştirak edən aktyorların siyahısı göstərilmişdir.
Bacanaqlar serialının seriyalarının siyahısı
"Bacanaqlar" serialı 2009-cu ildən ATV-də yayımlanır. Serialda hadisələr iki bacanaq — Taleh (Elməddin Cəfərov) və Qismət (Elnur Hüseynov) üzərində cərəyan edir. 1-ci və 2-ci mövsümlərdə onlar kasıblıq şəraitində yaşayırdılar. Taleh fırıldaqçılıq edərək bir çox adamlardan, yaxınlarından, bacanağı Qismətdən pul alırdı. Onlar Şıdırğı qəzet-redaksiyasında redaktor vəzifəsində çalışırdılar. Əvvəllər baş vəzifə Xansuvara (Tərlan Nur-Yaşara) məxsus idi. Daha sonra isə baş vəzifə Teymur müəllimə (Teymur Məmmədova) keçdi. 2-ci mövsümün son seriyalarında Taleh etdiyi fırıldaqlardan peşman olaraq Moskvaya gedir. 3-cü mövsümdə artıq Taleh Moskvadan qayıdır və varlanır. Məhəbbət (Ramin Hacıyev) Talehin bacısı Sevda (Nigar Tofiqqızı) ilə evlənir.

Значение слова в других словарях

впредь до задеклари́ровать кра́сненькая крем-брюле́ недонесе́ние подъесау́л постаре́ние сарма́ты сероуглеро́дный синтези́ровать изне́житься несоедини́мость перехва́т про́синь сурдока́мера пагур ablaze bloodless despiteous fluor- lingo whole-coloured искривление отшлифовать пресса