is. [
fars. ] Yel, külək.
Mən aşiq, bad apardı; Bad vurdu, bad apardı; Cəfasını mən çəkdim; Səfasın yad apardı. (Bayatı).
Bənd edib hər səhər bad əsər, arizi-cananə dəyər; Toxunur sərvə gəhi, gah gülüstanə dəyər. M.V.Vidadi.
Cadu qəmzələrin mənlən yağıdır; Bad əsir, zülfünü üzdən dağıdır. M.P.Vaqif.
□ Bad(i)-səba şair. – səba yeli, səhər əsən xəfif, sərin yel; meh.
Nə yanar kimsə bana atəşi-dildən özgə; Nə açar kimsə qapım badi-səbadan qeyri. Füzuli.
Ey badi-səba, məndən ol yarə salam eylə. M.V.Vidadi.
Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadan, nə şanədəndir. M.P.Vaqif.
Badi-səba mənim dərdi-dilimi; Ol büti-zibaya dedin, nə dedi? Q.Zakir.
◊ Bad(i)-fənaya getmək – bax
bada getmək.
[Hacı Fərəc:] Bunları bir-birinə qısqırram, hər ikisi birdən badi-fənaya gedər. N.Vəzirov.
Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badifənaya gediblər. Ə.Haqverdiyev.
Bad(i)-fənaya vermək – bax
bada vermək.
[Əbdül:] Gülnisənin hiyləsi, Pərinin işvəsi, pulları, havası onun [Bəhramın] başını elə dumanlandırdı ki, yazıq qızcığazı badfənaya verdi. C.Cabbarlı.
Bada getmək – heçə çıxmaq, puç olmaq, tələf olmaq, məhv olmaq, boşa çıxmaq, zay olmaq, hədər getmək.
Vaqif sevdi bir iqrarsız bivəfa; Bada getdi tamam çəkdiyi cəfa. M.P.Vaqif.
Xain olsaq əgər bu dünyada; İrzü namusumuz gedər bada! M.Ə.Sabir.
Onların ömrü də tez gedər bada; Hər kəs əkdiyini biçər dünyada. S.Vurğun.
Bada vermək – puç etmək, yox eləmək, məhv etmək, tələf etmək.
Ey badə verən ömrünü, zünnarə yapışma. Nəsimi.
Yandırıb hicran odu könlümü verdi badə, gör. Xətayi.
[Göyərçin:] Canımı çöldən tapmamışam ki, ömrümü, günümü bada verim?! S.Rəhimov.
Hərçi bada bad – nə olursa olsun, olan olacaq.