BAH
BAHAÇI, BAHACIL
OBASTAN VİKİ
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Astarı üzündən baha (film, 1986)
Astarı üzündən baha qısametrajlı sənədli süjeti rejissor Vaqif Mustafayev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Sumqayıt alüminium zavodunun yardımçı təsərrüfat sahəsinin yararsızlığından söhbət açır. == Məzmunu == Film Sumqayıt alüminium zavodunun yardımçı təsərrüfat sahəsinin yararsızlığından söhbət açır.
Baha Səid
Baha Səid (türk. Baha Sait; 1882, Konstantinopol – 1939) — Türkiyə hərbçisi. O, Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Baha Səid Qafqazdan Anadoluya köçmüş qumuq ailəsində anadan olmuşdur.O, bəzi mənbələrə görə 1882-ci ildə Biqada, bəzilərinə görə isə Dağıstanda doğulmuş və 16 yaşında Türkiyəyə gəlmişdir.Baha Səid müharibə zamanı İstanbuldan Anadoluya sursat və döyüşçülərin qaçaqmalçılıq yolu ilə gətirilməsini, müharibəyə qarşı plan və yazışmaların öyrənilərək Ankaraya çatdırılmasını təmin edən Karakol cəmiyyətinin qurucularından biridir. O, həm də ələvilik ilə bağlı araşdırmaları ilə tanınır. Baha Səid Azərbaycanın sovetləşdirilməsində müəyyən rol oynamışdır. Baha Səid 16 oktyabr 1939-cu ildə ürək tutmasından vəfat etmişdir. Mərkəzəfəndi qəbiristanlığında dəfn olunmuşdur.
2017 Britaniya Bahar Film Festivalı (Bakı)
2017-ci il aprel ayının 28-də British Council Azərbaycan təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda üçüncü Britaniya Bahar Film Festivalının açılışı olmuşdur. Festivalı çərçivəsində aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış yeni filmləri təqdim edilmişdir. British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. Ötən ilki festivallardan fərqli olaraq bu dəfə qadınların çəkdiyi və qadınlar haqqında çəkilmiş 6 film nümayiş olunmuşdur. Həmçinin British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Nərimanfilm" kino şirkəti ilə birgə 24 – 28 aprel tarixlərində Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edilmişdir. Təlim proqramında 20-dən çox ssenarist iştirak etmişdir. Təlimi "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi olan Pol Freyzer aparmışdır. Nizami Kino Mərkəzində üçüncü dəfə "British Film Spring" festivalı Reyçel Tunnardın "Yetkinlik həyatının bacarıqları" komediyası ilə baş tutmuşdur. Bu həmçinin onun debüt filmidir. Festival çərçivəsində ümumilikdə 6 film nümayiş olunmuşdur ki, bunlarında hamısı tamaşaçılara Azərbaycan dilində subtitrlərlə təqdim edilmişdir.
Andros (Baham adaları)
Andros (ing. Andros Island) Baham adalarının ən böyük adası. Sahəsi 5,957 kv. metkilor (2,300 kv. mil), uzunluğu 167 kilometr (104 mil) və eni 64 kilometr (40 mil) qədərdir. == Əhali == 2010-cu ilin məlumatına görə, Andros adasının əhalisi 7,386 nəfərdir. Ada bütün Baham adalarında əhalinin ən aşağı sıxlığa malikdir.
Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
Azərbaycan–Baham adaları münasibətləri
Azərbaycan–Baham adaları münasibətləri — Azərbaycan Respublikası ilə Baham Adaları Birliyi arasındakı mövcud ikitərəfli əlaqələr. == İqtisadi əlaqələr == === Ticarət === 2015-ci ildə Baham adalarından Azərbaycana idxal 2,2 min ABŞ dolları məbləğində olmuş, ixrac əməliyyatları isə qeydə alınmamışdır. == Maraqlı məlumatlar == 20 oktyabr 2016-cı ildə "ADA" Universitetinin tələbəsi olan Baham Adaları Birliyinin vətəndaşı Cordan Haçesonun "ASAN xidmət" mərkəzinə müraciəti 12.000.000-cu müraciət kimi qeydə alınıb.
Bahadur
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur (Bostanabad)
Bahadur (fars. بهادر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Bahadur (ad)
Bahadur — Azərbaycanda çox işlədilən ad və təxəllüs. Bahadur Əliyev — Aktyor. Film səsləndirən. Mətn oxuyan. Bahadur Eyvazov — tibb elmləri doktoru (1936), professor (1940) Bahadur HəziyevBahadur Həziyev (idmançı, 1926) Bahadur Həziyev (idmançı, 1971)Bahadur Hüseynov — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur Abbasov
Bahadur Bayram oğlu Abbasov (d. 31 iyul 1960; Naxçıvan, Azərbaycan - ö. 24 may 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Bahadur Abbasov 1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. O, 1992-ci il 24 may tarixində erməni tərəfi ilə əldə edilmiş razılıq əsasında meyidləri dəyişməyə gedərkən şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Bahadur Abdullayev
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Axundov
Bahadur Məmməd oğlu Axundov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1984–1990), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Bahadur Məmməd oğlu Axundov 1929-cu ilin may ayında anadan olmuşdur. Moskva Elektrotexnika Rabitə İnstitutunu bitirmişdir.Bahadur əmək fəaliyyətinə 1943-cü ildə Bakı teleqrafının mexaniki kimi başlamış, növbə mühəndisi, şöbə rəisi, Bakı teleqrafının rəisi, 1963-cü ildən Azərbaycan SSR Rabitə Nazirliyinin baş mühəndisi olmuşdur. 1965-ci ilin dekabr ayında Azərbaycan SSR rabitə nazirinin birinci müavini, 1984-cü ildə isə Azərbaycan SSR rabitə naziri vəzifəsinə təyin edilmişdir.Bahadur Axundov 1956-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar rabitəçisi" fəxri adına layiq görülmüşdür.
Bahadur Ağquzu
Bahadur Ağquzu (tam adı: Mehmed Bahadur Ağquzu, türk. Mehmet Bahadır Akkuzu; 3 fevral 1955, İstanbul – 6 avqust 2009) — Türkiyə musiqiçisi, müğənnisi və bəstəkarı.
Bahadur Baxşıyev
Baxşıyev Bahadur Ələkbər oğlu — rentgenoloq-radioloq, respublika üzrə baş mütəxəssis, ATU-nun rentgenologiya kafedrasının müdiri, professor. "Azərbaycanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. == Həyatı == Baxşıyev Bahadur Ələkbər oğlu 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, Ordubad şəhər xəstəxanasında rentgenoloq və poliklinika müdiri vəzifəsində çalışmişdır. O dövrdə Azərbaycan Respublikasında Rentgenologiya və Radiologiya sahəsində yüksək mütəxəssislər olmadığından B. Ə. Baxşıyev 1960-cı ildə Moskvanın elmi tədqiqat Rentgen və Radiologiya İnstitutuna ezam edilmişdir. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik adına layiq görülmüşdür. O, Azərbaycan Respublikasına Rentgenologiya və Radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir. O, 1969–1973-cü illərdə ATU-nun I müalicə profilaktika fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1983–1989-cu illərdə ikinci dəfə həmin fakultənin dekanı vəzifəsinə layiq görülmüşdür. B. Ə. Baxşıyev 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifidir. İlk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik professor B. Baxşıyev tərəfindən 1976-cı ildə yazılmışdır.
Bahadur Eyvazov
Eyvazov Bahadur Əsgər bəy oğlu (26 oktyabr 1907, Qaryagin rayonu – 1987) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR-nin Əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956). == Həyatı == Bahadur Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Kəndlərindəki natamam məktəbi bitirəndən sonra Bakı şəhərində orta təhsil almışdır. Sonra Bakı Dövlət Universitetinin tıbb fakültəsini bitirmişdi. 1935-1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında elm və tibb təhsili idarəsinə başçılıq etmiş, 1938-1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzıfəsində çalışmışdı. 1946-1964-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuşdu. 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Hazırda həmin institut onun adını daşıyır. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi.
Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu. Bahadur Məmməd oğlu Həziyev (d.1999) — Azərbaycan futbolçusu.
Bahadur Həziyev (idmançı)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.
Bahadur Həziyev (idmançı, 1926)
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Bahadur Həziyev (idmançı, 1971)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Mehralıoğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Nəcəfov
Nəcəfov Bahadur Teymur oglu (d.1933, Laçın rayonu, Pircahan-v.12 noyabr, 2000, Bakı) — tədqiqatçı pedaqoq. == Həyatı == Nəcəfov Bahadur Teymur oglu 1933-cü ildə Laçın rayonunun Pircahan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. İlk pedoqoji təhsilini 1950–1951-ci illərdə Laçın Pedoqoji məktəbində başlamışdır. Pedoqoji məktəbi qurtardıqdan sonra 18 yaşında ikən müəllimlik peşəsində ilk kövrək addımlarını atmışdır. 1952–1956 cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsilini davam etdirmişdir. İnstitutu bitirdikden sonra Bahadur müəllimin pedoqoji əmək fəaliyyəti Azərbaycanın ən ucqar dağ kəndlərindən başlayıb. Bu Laçın rayonunun Hacıxanlı, Kürdhacı, Vağazin, Pircahan, Zabux və s.kəndlərini əhatə edir. Nəcəfov Bahadur Teymur oğlu doğulduğu Laçın rayonu Pircahan kəndinin ilk ali təhsilli ziyalılarındandır. O, dərs-tədris işləri ilə bərabər həm də elmi-pedoqoji fəaliyyətini də davam etdirib. Minimum imtahanlarını müvəfəqiyyətlə verərək aspiranturaya qəbul olur.

Digər lüğətlərdə

в упрёк вычека́ниваться живи́тельный оско́мистый поразгово́рный праве́ть фля́жечный шеле́пы энерге́тик дальноме́р несура́зность перемока́ть усложнённость эрзя́нский рустов тон dysaesthesia harmonogram Kufic maidenhood tergum xysti внутренности ободрить окультуривать