BAHADIR

is. [ fars. ] tənt. Qoçaq, igid, qəhrəman.
Bahadır deməzlər hərgiz sayana; Görüm lənət olsun yardan doyana. M.P.Vaqif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAHADIR bahadır bax igid, qəhrəman
  • BAHADIR qoçaq — igid — qəhrəman

Antonimlər (əks mənalı sözlər)

  • BAHADIR BAHADIR – QORXAQ Bahadır deməzlər hərgiz sayana; Görüm lənət lənət olsun yardan doyana (M.P.Vaqif); Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq

Etimologiya

  • BAHADIR “İgid” deməkdir (bahadur kimi də işlədilir), “batırmaq, məhv etmək” anla­mı ilə əlaqədardır və 1227-1255-ci illərdə Rusiyada at oynatmış Batı xanın ad
BAHAÇILIQ
BAHADIRLIQ
OBASTAN VİKİ
Bahadır
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadır Akkuzu
Bahadur Ağquzu (tam adı: Mehmed Bahadur Ağquzu, türk. Mehmet Bahadır Akkuzu; 3 fevral 1955, İstanbul – 6 avqust 2009) — Türkiyə musiqiçisi, müğənnisi və bəstəkarı.
Bahadır Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Bahadır Həziyev
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Bahadır Vəlibəyov
Bahadır Qasım bəy oğlu Vəlibəyov (12 yanvar 1894, Çəmənli, Şuşa qəzası – 12 fevral 1940, Moskva) — Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR baş prokuroru, Stalin repressiyalarının qurbanı. == Həyatı == Bahadır Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Bahadır bəy özünün bəy nəslindən olmasına baxmayaraq kəndlilərə və aşağı təbəqədən olan insanlara xüsusi rəğbət bəsləmişdir. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuş və burada da inqilabi fəaliyyətə başlamışdır. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan sosial-demokrat partiyasının 3-cü dumasının tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu. 1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov. İKP) sıralarında olmuş, Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləmişdir. Bahadır bəy Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşmuş, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə, və Qarabağda partiya işi aparmışdır. 1920–37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı, Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur. 21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur.
Gökçe Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Gökçə Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Mirhafiz Bahadır
Abbasov Hafiz Mirbahadır oğlu (Mirhafiz Bahadır) — şair. == Həyat və yaradıcılığı == Mirhafiz Bahadır 15 fevral 1939-cu ildə Lənkəran şəhərində anadan olmuş, 1961-ci ildə şəhər 2 saylı orta məktəbini bitirmiş və 1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstutunu qurtarmışdır. Əmək fəaliyyətinə 1956-cı ildə kinomexanik köməkçisi kimi başlamış, sonralar uzun müddət "Lənkəran" ("Leninçi"), "Astara" ("Sovet Astarasi") qəzetlərində, həmçinin, Lənkəran radio redaksiyasında işləmişdir. Bu müddətdə müəllifin respublika qəzetlərində çoxlu sayda oçerk, felyeton, hekayə və şeirləri dərc olunmuşdur. İlk şeiri olan "Tonqal" şeiri 1956-cı ildə işıq üzü görən Mirhafiz Bahadır yaradıcılığa əsasən XX əsrin 60-cı illərində başlamışdır. M. Bahadır Azərbaycan Yazıçılar Birliynin və Cənub bölgəsi yazarlarının orqanı olan "Şəfəq" jurnali redaksiya heyətinin üzvüdür. == Əsərləri == Güllə atma qaranquşa (1999) (şeirlər) O əllərin hərarəti (2003) (şeirlər) Şimşək parıltısı (2004) (şeirlər) Qorxma, burdayam!
Xaliq Bahadır
Xaliq Bahadır oğlu Hacıyev (Xaliq Bahadır; 1 iyun 1952, Azadkənd, Saatlı rayonu) — Azərbaycan siyasətçisi və yazıçısı. == Həyatı == Xaliq Bahadır 1952-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1967-ci ildə Krasnoselsk kənd orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə girib, 1979-cu ildə filoloq ixtisası üzrə universiteti bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor kimi çalışıb. AXC hakimiyəti dönəmində Azərbaycan Teleradio Verilişləri Şirkətində televiziyanın informasiya studiyasının direktoru (1992–1993-cü illər) olub. 1993–1994-cü illərdə televiziyanın ədəbi dram verilişləri redaksiyasında İncəsənət şöbəsinin müdiri görəvində çalışıb. 1989-cu ildə "Azadlıq" qəzetini yaradanlardan olub, orada İnformasiya şöbəsinin müdiri kimi çalışıb. 1994-cü ilin mayından "Azadlıq" qəzetində köşə yazarlığı edib. Xalq Hərəkatının yaranmasında aktiv qatqısı olub.
Çarıqçı Bahadır
Çarıqçı Bahadır (təq. 1870, Şuşa – 1930, Şuşa) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Çarıqçı Bahadır təqribən 1870-ci ildə Şuşa şəhərində yerləşən Saatlı məhəlləsində anadan olmuşdur. Kiçik yaşlarından çarıqçılıq sənətini öyrənən Bahadır Şuşa şəhərində kiçik dükan açmış, burada işləmişdir. Buna görə də o, "çarıqçı" ləqəbi ilə tanınmışdır. Gənc yaşlarından şəhərin qış klubuna və ya "Xandəmirovun teatrı"na gedərək buradakı musiqiçilərin çıxışlarını dinləyən Bahadır bir müddət sonra özünə qrammofon almış, vallardan bir sıra Azərbaycan muğam və təsniflərini öyrənərək ifa etmişdir. Çarıqçını səsini eşidən tarzən Balaca Qrikor onu Daşaltına toy məclisinə aparmış, bununla Bahadırın xanəndəlik fəaliyyəti başlanmışdır.Çarıqçı Bahadır 30 il xanəndə kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, Qarabağ kəndlərində ifa etmiş, tarzən Balaca Qrikor, Tatevos, Lazar Qabrielyan, kamançaçalan Mirzə və Makiç ilə uzun müddət əməkdaşlıq edərək Şuşa məclislərində çıxışlar etmişdir.Bahadır həyatının son illərində tarzən Abbasqulu ağa və qarmonçu Kərbəlayı Lətif ilə əməkdaşlıq etmişdir. O, 1930-cu ildə Şuşada vəfat etmişdir.
Ağbulaq-Bahadır (Zəncan)
Ağbulaq-Bahadır — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsinin Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 18 km cənub-qərbdə, dağlıq ərazidədir.
Bahadır və Sona
Bahadır və Sona (roman) — Nəriman Nərimanovun romanı. Bahadır və Sona (opera) — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera.
Bahadır şah Qucarati
Sultan Qütbəddin Bahadır şah Qücərati (? -13.2.1537) — Qücərat sultanlığının hökmdarı. == Həyatı == Mahmud Bəgranın nəvəsi, II Müzəffər şahın oğludur. II Müzəffər şah arvadının basqısı ilə böyük oğlu İskəndəri vəliəhd elan edincə Bahadır şah gizlincə Qücəratdan qaçaraq öncə Dunqarpurda Udai Sinqhə, sonra da Çitorda Məvar hakiminə sığındı. Onlardan yardım görəməyincə daha güclü olduğunu duyduğu Dehli Sultanı İbrahim şah Ludinin yanına getdi. Ancaq bu sırada Ludi ölkəsi də Sultan Babur təhlükəsinə məruz qalmışdı. Panipat səhrasında ikən bu dəfə gizlincə Babura müraciət etdi. Babur savaş sonrası uyğun bir zamanda onunla görüşə biləcəyini bildirdi. Bahadır, Panipat savaşından öncə bilinməyən bəzi səbəblərlə Ludi qərargahından ayrıldı və Qücərat tərəfı getdi (1526). Bu sırada II Müzəffər şah öldü və yerinə İskəndər sultan elan edildi.
Bahadır şah Qücərati
Sultan Qütbəddin Bahadır şah Qücərati (? -13.2.1537) — Qücərat sultanlığının hökmdarı. == Həyatı == Mahmud Bəgranın nəvəsi, II Müzəffər şahın oğludur. II Müzəffər şah arvadının basqısı ilə böyük oğlu İskəndəri vəliəhd elan edincə Bahadır şah gizlincə Qücəratdan qaçaraq öncə Dunqarpurda Udai Sinqhə, sonra da Çitorda Məvar hakiminə sığındı. Onlardan yardım görəməyincə daha güclü olduğunu duyduğu Dehli Sultanı İbrahim şah Ludinin yanına getdi. Ancaq bu sırada Ludi ölkəsi də Sultan Babur təhlükəsinə məruz qalmışdı. Panipat səhrasında ikən bu dəfə gizlincə Babura müraciət etdi. Babur savaş sonrası uyğun bir zamanda onunla görüşə biləcəyini bildirdi. Bahadır, Panipat savaşından öncə bilinməyən bəzi səbəblərlə Ludi qərargahından ayrıldı və Qücərat tərəfı getdi (1526). Bu sırada II Müzəffər şah öldü və yerinə İskəndər sultan elan edildi.
II Bahadır Şah
II Bahadır Şah (urdu ابو ظفر سراجُ الدین محمد بہادر شاہ ظفر) — Böyük Moğol İmperiyasının son hökmdarı. Şair və xəttat olaraq,siyasi liderdən çox sənətçidir.
I Bahadır Gəray
I Bahadır Gəray — Krım xanı. I Səlamət Gərayın oğludur. Atasının Krım xanı olaraq təyin edilməsindən sonra adəti üzrə Osmanlı İmperiyasına girov olaraq Yanboluya göndərildi. 4 iyun 1637-ci ildə Krım xanı İnyət Gərayın edam edilməsindən sonra Osmanlı sultanı IV Murad tərəfindən 7 iyun 1637-ci ildə Krım xanı olaraq təyin edildi. Hökmdarlığının ilk illərində noqayların Mansuroğlu qəbiləsi ilə mübarizə aparmışdır. Bu mübarzə nəticənsində onların çoxunu öldürmüşdür. 1637-ci ildə Don kazakları tərəfindən ələ keçirilən Azov qalasını geri almaq üçün 1638-ci ildə Osmanlı ordusu ilə birgə etdiyi hücum müvəfqiyyətsizliklə nəticələndi. Xanlığı dövründə ruslar və polşalılarla münasibətləri nisbətən müharibəsiz idi. Xırda basqınlar edilsə də, ciddi qarşıdurma olmadı. IV Murad 1639-cu ildə Bağdadı yenidən ələ keçirib İstanbula qayıtdıqdan sonra Azov qalasını yenidən almaq məsələsini gündəmə gətirdi.
I Bahadır Şah
I Bahadır Şah (urdu بہادر شاه اول‎ - Bahādur Shāh Awwal) — Böyük Moğol İmperiyasının VIII padşahı.
Murad Bahadır Ağqoyunlu
Murad Bahadır Ağqoyunlu (türk. Murat Bahadır Akkoyunlu) — Azərbaycan Türkü əsilli Anadolu Türkü yazar, fikir adamı. Böyük Türk sülaləsi Ağqoyunluların nəslindəndir. == Həyatı == Murat Bahadır Akkoyunlu 1958-ci ildə Trabzonda anadan olub. İbtidai və orta məktəbi Bayburtda, lisey təhsilini Ankara Atatürk Liseyində, universiteti isə Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının (Qazi Universiteti) İqtisadiyyat fakültəsində oxuyub. Ülküçülərlə 1971-ci ildə orta məktəbdə tanış olub. 1975-ci ildə mərhum Nəcməddin Ərbakana dəstək olan Akıncılarla görüşür. O, 2000-ci ilə qədər mərhum Nəcməddin Ərbakana dəstək verib. O, 1970-ci illərin terror dəhşətlərini, 1980-ci illərin keşməkeşli siyasətini, 1990-cı illərin dərin siyasi təlatümlərini yaşamış, şahidi olmuş, oxumuş və dinləmişdir. 2000-2004-cü illərdə Şəhid Muhsin Yazıcıoğlu bəy ilə siyasi mübarizəsini davam etdirib.
Ələki Bahadır
Ələki Bahadır (–v.1351) — XIV əsrin 40-cı illərində Naxçıvan hakimi == Həyatı == Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbü əl-Əhəri və İran tarixçisi Zeynəddin Qəzvini XIV əsrin 2-ci yarısında İranda və Azərbaycanda baş vermiş hadisələrdən bəhs edərkən Ələki Bahadır haqqında məlumat vermiş, onun böyük qüdrət sahibi olduğunu qeyd etmişdir. Çobani əmiri Teymurtaşın qulamlarından olan Ələki Bahadır Çobani Məlik Əşrəf və Yağı Basdının 1343-cü il Təbriz yürüşündə fəal iştirak edib. 1346-cı ildə Məlik Əşrəf tərəfindən zindana salınmış,sonra azad edilərək başqa dövlət işinə cəlb olumuşdur. === Vəfatı === 1351-ci ildə Qarabağda iğtişaş qaldırmış Dəli Bəyazidin üzərinə göndərilən Ələki Bahadır onunla ittifaqa girmiş və az sonra öldürülmüşdür. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 124-125. ISBN 5-8066-1468-9.
Əmir Bahadır
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) – İran şahı Məhəmmədəli şahın saray vəziri. == Həyatı == Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü.Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü. 1905-ci ildə Mirzə Mahmud xan Həkimülülmülk yerinə saray naziri təyin edildi.
Bahadır Yenişehirlioğlu
Bahadır Nahid Yenişəhərlioğlu (26 yanvar 1962, Akhisar[d], Manisa vilayəti) — Türkiyə aktyoru, hüquqçu, yazıçı. Ədalət və İnkişaf Partiyasından 28-ci çağırış Manisa millətvəkili.
Bahadır Yenişəhərlioğlu
Bahadır Nahid Yenişəhərlioğlu (26 yanvar 1962, Akhisar[d], Manisa vilayəti) — Türkiyə aktyoru, hüquqçu, yazıçı. Ədalət və İnkişaf Partiyasından 28-ci çağırış Manisa millətvəkili.
İsmayil xan Bahadır
İsmayil xan Hacı Əli xan oğlu Bahaduri (Ərəb əlifbası) ilə: (اسماعیل خان بهادری) (Təbriz – 1937, Qoçan, Rəzəvi Xorasan ostanı)—Məhəmmədtağı xan Püsyanın silahdaşı, mayor, pedaqoq. == Həyatı == İsmayil xan Hac Əli xan oğlu 1891-ci ilin avqust ayında Təbrizdə dünyayə gəlib. Faylı Təbriz bələdiyyəsində göstərir ki, 4 il (Qədimi tərz məktəb)də, 1/5 il Təbrizin Pərvəreş məktəbində, 7 ay Tehranın Nizam (hərbi) məktəbində, 5 ay jandarmeriya məktəbində və bir il Türkiyənin Nizam (hərbi) məktəbində təhsil alıbdır. İsmayıl xan Bahadır Məhəmmədtağı xan Püsyanın silahdaşı idi.
Əbulqazi Bahadır xan
Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. == Həyatı == Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. == Ədəbiyyat == Родословная туркмен. Пер. А. Г. Туманского. Асхабад, 1897. Родословное древо тюрков. Пер.
II Bahadır Gəray
II Bahadur Gəray (1722 – 1791, Türkiyə) — XXXXVIII Krım xanı.1722-ci ildə doğuldu. Krım xanı II Dövlət Gərayın nəvəsi, Topal Əhməd Gərayın (ö. 1750) oğludur. İlk illəri haqqında məlumat yoxdur. Haqqındakı ilk məlumat isə 1777-ci ildə abazin qəbilələrinə rəhbər təyin edilməsidir. Qardaşı Şahin Gərayın 1777-ci ildə hakimiyyətə gəlməsinin ardından bölgədə radikal islahatlar aparıldı. Bu isə bəzi yerli bəylərin etirazına səbəb olmuşdu. Nəhayət bu etirazlar 1781-ci ildə üsyana çevrildi. Ayaqlanan əhali saraya hücum edərək bir çox saray əyanını öldürdü. Feodosiya qalasının üsyançılar tərəfindən ələ keçirilməsinin ardından Şahin Gəray 14 mayda Kerç limanına qaçdı və ruslara sığındı.
Bahadır və Sona (opera)
Bahadır və Sona — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera. Əsər 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyytələ tamaşaya qoyulmuşdur. Libretto müəllifi Əfrasiyab Bədəlbəyli, şerlər Ş.Qurbanovundur. Əsərin ideyasını lirik-psixoloji opera janrında təcəssüm etdirən bəstəkar, klassik operaların, həmçinin Azərbaycan, rus və Qərb operaları ənənələrinə əsaslanır. == Məzmun == Azərbaycanlı müsəlman tələbə Bahadır və erməni qızı Sonanın sevgi hekayəsindən bəhs edir.
Bahadır və Sona (roman)
Bahadır və Sona — Nəriman Nərimanov tərəfindən 1896–1898-ci illərdə yazılmış roman. Azərbaycan ədəbiyyatında ilk roman. == Məzmunu == Roman öz millətini istəyən müsəlman tələbə Bahadır ilə təhsil görmüş, ağıllı, öz xalqını sevən erməni Sonanın sevgisi haqqındadır. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə və s. məsələlərə münasibət bildirmişdir. Sevgi əhvalatı faciədə bir ədəbi vasitə olsa da, yazıçının əsas ideyası millət, vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınmışdır. Məhz bu cəhətdən yazıçının faciədə verdiyi hadisələr uydurma və ya sadəcə təxəyyülün məhsulu deyil, tarixi bir həqiqət idi. == Nəşrlər == === Fransız dilində === Roman 2018-ci ildə Kəpəz nəşrləri tərəfindən çap olunub.
Bahadırzadə Arabaçı Əli Paşa
Bahadırzadə Arabaçı Əli Paşa (d. 1620 - ö. 1693) — II Əhməd dövründə ümumilikdə 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1620-ci ildə Ohridə dünyaya gəlmişdir. Mədrəsə təhsilindən sonra bəzi dövlət adamlarına imamlıq, bəzi əyalətlərdə isə qazı və naib oldu. Daha sonra Körpülü Fazil Mustafa Paşanın himayəsinə girərək əvvəlcə sədarət kəndxudası, 1690-cı ildə yeniçəri ağası, ardından vəzir və riqabdar ağa oldu. Şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi və başqazı Yəhya Əfəndinin himayəsi və dəstəyi ilə 1691-ci ildə Fazil Mustafa Paşanın yerinə sədarətə gətirildi. O əsnada davam edən Osmanlı-Avstriya müharibəsində ordunun başında cəbhəyə getmək əvəzinə, mərkəzdə qalaraq özünə rəqib gördüyü bəzi dövlət adamlarını müxtəlif bəhanələrlə edam və ya sürgün etməyə başladı. Belqrad istiqamətindəki ordu isə bərbad vəziyyətdə idi. Ölkənin daxili problemləri də dərinləşmiş, siyasi vəziyyət gərginləşmişdi.
Bağ Bahadıran
Bağ Bahadıran—İranın İsfahan ostanının Lencan şəhristanının Bağ Bahadıran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,808 nəfər və 2,432 ailədən ibarət idi.
Milli ruhun bahadırları (film, 2010)
== MƏZMUN == Xalqın mənəvi mədəniyyət tarixində ilk növbədə, çox geniş yayılan xalq oyunları, Milli idman növləri hesab edilən: çövkan, zorxana mühüm yer tutub. Nağıllarımızda məharətlə at sürənlər, ox atanlar, güləşənlər haqqında çox deyilib. Dahi Nizami Gəncəvinin tarixi "Şərəfnamə" əsərində çövkan oyunundan, "Xosrov və Şirin" poemasmda Şirinin çövkan meydanında Sasani hökmdarı Xosrovdan geri qalmaması, Şirin ilə oynayan qızların da məharətli çövkan oyunçusu olması kimi məlumatlar var. İnsan cəmiyyətinin mövqeyinin fiziki qüvvəyə görə müəyyənləşdiyi bir dövrdə at çapmaq, ox atmaq, qılınc oynatmaq, güləşmək məharətinə malik olmaq böyük əhəmiyyət kəsb edirdi...Bu kəlmələr Milli idman tariximizdən və idman növlərimizdən bəhs edən Milli ruhun bahadırları adlı sənədli filmdən götürülüb. Film İdman Azərbaycan kanalının təqdim etdiyi sayca üçüncü filmdir. Tarixi xronoloji ardıcıllıqla verilən, bu günümüzdə sürətlə inkişaf edib böyük uğurlara imza atan zorxana idman növü haqqında filmdə ətraflı məlumatlar verilir. Film dərin tamaşaçı rəğbəti qazanmış və Novruz bayramı ərəfəsində həm İdman Azərbaycan kanalı ilə, həm də, AzTv ilə nümayiş etdirilib. == Filmin yaradıcı heyəti == Ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Mahir Cahagirov Musiqi tərtibatçısı: Ceyhun Ağayev Filmi səsləndirdi: Əli Məmmədov Montaj: Rasim Baxşəliyev; Elmar Vəliyev İnzibatçı: Elşən Qarayev Proqramın rəhbəri və redaktor: Elsevər Dünyamalıyev == FİLMDƏ İŞTİRAK EDƏNLƏR == X.Qurbanov-AZF-nin və Milli İdman Növləri Assosiasiyasının prezidenti. Hadi Ərəbi- AZF-nin baş katibi,məşqçi. Zorxana pəhləvanları,dünya və Avropa çempionları.
Nigar Bahadırqızı
Məmmədova Nigar Bahadır qızı (Nigar Bahadırqızı; 23 aprel 1988, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Nigar Məmmədova 1988-ci il aprelin 23-ü Bakı şəhərində anadan olub. 2005-ci ildə məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsinə daxil olub. Universiteti 2009-cu ildə bitirib. 2007-ci il sentyabr ayının 2-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası olaraq çalışıb. 2013-cü ildə teatr sənəti sahəsində əldə etdiyi uğurlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı"na layiq görülüb. 2015-ci ildə həmin teatrdan öz istəyi ilə ayrılıb. Türkiyə vətəndaşı Ersel Aktar ilə ailə həyatı qurub (2015). İstanbulda yaşayır. == Əsas rolları == Orxan — ("İncəbel qarı", R. Tohidoğlu) Bala siçan — ("Çəkməli pişik", Ş. Perro) Keçi — ("Pişiyin evi", S. Marşak) Rəqqasə, müğənni, Tıq-tıq xanım — ("Tıq-tıq xanım", A. Şaiq) Ərəb şahzadəsi — ("Zoluşka", Ş. Perro) Susanna – ("Aydın", C. Cabbarlı) Mari – ("Şelkunçik", E. T. A. Hofman) Pərzad – ("Hekayəti xırs quldurbasan", M. F. Axundzadə) Xəlil – ("İfritin kələyi", Y. Şvarts) Gözəl qız – ("Ələddinin sehrli çırağı", ərəb xalq nağılı) Şardot – ("Oliver Tvistin macəraları", Ç. Dikkens) Səidə – ("Mənim ağ göyərçinim", T. Vəliyeva) Lalə – ("Mən səni sevirəm – MSS", Ə. Əmirli) Fəridənin dublyoru – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev) Ofeliya – ("Buzovna kəndinin əhvalatları", Elçin) Şərəfnisə – ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə) Büllur, qaravaş – ("Şahzadə Xəzərin nağılı", K. Ağabalayev, N. Kazımov) B – ("Mən gəldim, qızlar", L. Nuren) Qorlin Kelleqer – ("Yalqız Qərb", M. Makdonax) Benina — "Müharibə" == Filmoqrafiya == Xoca (film, 2012) – Günel Ağabəyovlar (film, 2012-2014) Tək olanda qorxma...
Üç bahadır və Şamaxı çariçası
Üç bahadır və Şamaxı çariçası (rus. Три богатыря и Шамаханская царица) − "Melnitsa" studiyasının tammetrajlı cizgi filmi. == Ədəbiyyat == Георгиев С.Г. Три богатыря и Шамаханская царица. М.: Эгмонт. 2011. ISBN 978-5-9539-5758-8 , 978-5-9539-5757-1. == İstinadlar == == Xarici keçidlər == Три богатыря и Шамаханская царица "Мельница" saytında (rus.) Filmin rəsmi saytı (rus.) Üç bahadır və Şamaxı çariçası — Internet Movie Database saytında.Filimdə İqor Raseryayev tərəfindən bəstələnmiş Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine "Bahadırlar" mahnısı.

Digər lüğətlərdə

вы́шивка кага́льный обшлёпывать окорна́ть перетря́хивание разглаша́ться рассве́рливание сало́пный устра́иваться благоприя́тствование же́стик ловчи́ть обма́тывать amalgamize camerawork defectology olefiant open flag лапландец насекать ненавистник приметить скарлатина снашиваться фок-рей