BAHƏDDİN

dinin gözəlliyi və yaraşığı.
BAHARƏDDİN
BAHİR
OBASTAN VİKİ
Bahəddin Mirzəyev
Mirzəyev Bahyəddin Şahvələd oğlu (31 dekabr 1914, Sulut, İsmayıllı rayonu – 19 iyun 1987, Bakı) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == 1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Leytenant Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir. Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi. Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir. 1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu.
Bahəddin Ögəl
Mehmet Bahəddin Ögəl (d. 21 aprel 1923, Elazıq - ö. 7 mart 1989) — Türkiyə tarixçisi, professor. == Həyatı == 21 aprel 1923-cü ildə Türkiyənin Elazıq elinin Çarşı məhəlləsində doğulmuşdur. İlk və orta təhsilini Elazığ və Malatyada tamamlamış, 1940-1941-ci illərdə Ankara universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix ixtisasında təhsil almışdır. Şəmsəddin Günaltay və Afet İnanın oxutduqları Orta Asiya Türk Tarixini əsas alaraq bölümüne davam etmiş, 1944-1945-ci ildə fakültədən məzun olmuşdur. Məzuniyətinden sonra MEB-ə başvurmuş, 30 iyun 1945-ci ildə Ərzurum Litseyi Tarix-Coğrafya müəllimliyinə təyin edilmiş və 31 oktyabr 1947-ci ilə qədər bu vəzifəni aparmışdır. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Yaşayan eski Türk inançları itibariyle 'Türk Mitolojisi' ve Prof.
Səlahəddin Bahəddin
Səlahəddin Məhəmməd Bahəddin Sadiq (ərəb. صلاح الدين بهاء الدين‎; 1950, Hələbcə) — kürd siyasətçi. O, Kürdüstan İslam Birliyinin qurucusu və indiki lideridir. Səlahəddin Məhəmməd Bahəddin Sadiq 1950-ci ildə Hələbcə şəhərində anadan olmuşdur. O, 1971–1981-ci illərdə müəllim işləmişdir. Səlahəddin Bahəddin İraq ordusunda xidmət etməkdən imtina etdikdən sonra vəzifəsindən azad edilmişdir. O, BƏƏS Partiyasına qoşulmaqdan imtina etdikdən sonra işgəncələrə məruz qalmışdır. Səlahəddin Bahəddin ardınca İraqı tərk edərək 10 il İran, Türkiyə və Körfəz ölkələrində yaşamışdır. O, daha sonra 1991-ci ildə İraqa qayıtmışdır. Səlahəddin Bahəddin 6 fevral 1994-cü ildə Kürdüstan İslam Birliyinin təsisçilərindən biri olmuşdur.
Bahəddin Şakir
Bahəddin Şakir (türk. Bahaddin Şakir; 1874, Konstantinopol – 17 aprel 1922, Berlin) — Türkiyə həkimi, türk millətçisi siyasətçisi və erməni soyqırımının memarlarından biri. Hökumətdə nazir və ya millət vəkili olmamasına baxmayaraq, "İttihat və Tərəqqi" Mərkəzi Komitəsində güclü nüfuz sahibi idi və partiyanı dəstəkləyən "Şura-yı Ümmət" jurnalının müdiri idi. O, "İttihat və Tərəqqi"də "Həkimlər Qrupu"nun üç mühüm adından biri idi (digər ikisi Doktor Nazım və Doktor Rüsuhi Dikmən olmuşdur). O, "İttihat və Tərəqqi"nin pantürkist və turançı qanadının bir hissəsi idi. Şakir Birinci Dünya müharibəsi zamanı "Təşkilati Məxsusə"nin liderliyində idi. O, əmin müharibənin sonunda "İttihat və Tərəqqi"nin digər üzvləri ilə birlikdə əvvəlcə yerli Osmanlı hərbi tribunalı, sonra isə Britaniya hökuməti tərəfindən həbs edilmişdir. Şakir bəşəriyyətə qarşı cinayətlərə görə hərbi mühakimə olunana qədər Maltaya sürgün edilmiş və daha sonra Britaniya tərəfindən türk millətçi qüvvələrinin saxladığı girovlarla mübadilə edilmişdir. 17 aprel 1922-ci ildə Berlində Camal Əzmi ilə birlikdə sui-qəsd nəticəsində öldürülmüşdür. == Erkən həyatı == Bahəddin Şakir Osmanlı imperiyasının Sliven şəhərində (indiki Bolqarıstanın bir hissəsi) anadan olmuşdur.